Siyasət

Azərbaycanlılar kütləvi şəkildə Rusiyanı tərk edir – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Qanunların dilinə görə, deputatlar arasında mübahisə düşdü. Azərbaycanlılar kütləvi şəkildə Rusiyanı tərk edir. Miqrantların ölkədən getməsinin səbəbləri açıqlandı. “İslam birjası” adı ilə dələduzluq. Vətəndaşlar necə aldadıldı? Heç vaxt asfalt üzü görməyən kənd yolu niyə abadlaşdırılmır? Səkkiz yaşlı vunderkind Fərid Babayev arzularını Baku TV ilə bölüşdü. Daha ətraflı BAKU NEWS-un […]

Siyasət

Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib

Yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti bəlli olub. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən verilən məlumata görə bu vəzifəyə Bəhruz Nəbiyev seçilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub. Baş Assambleyanın fevralın 2-də keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub. Xeberal.az

İdman

Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub

Qarışıq döyüş sənətləri (MMA) üzrə azərbaycanlı döyüşçü Rafael Fiziyevə UFC (Ultimate Fighting Championship beynəlxalq idman təşkilatı) ulduzu Dastin Porye ilə döyüş təklif olunub. Bu barədə 30 yaşlı idmançı “The AllStar”a müsahibəsində bildirib. Fiziyevin sözlərinə görə, zədə səbəbindən döyüşə çıxa bilməyib: “Menecerim zəng edib dedi ki, UFC Porye ilə döyüşməyimi istəyir. Təəssüfləndim, çünki hazır deyildim. Bundan […]

Siyasət

Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib. C.Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, […]

İdman

“Neftçi”nin qadınlardan ibarət komandasına yeni TƏYİNAT

“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub. Bakı klubundan Oxu.Az-a verilən məlumata görə, hazırda qadınlardan ibarət Azərbaycan millisini də çalışdıran Siyasət Əsgərovla mövsümün sonuna qədər müqavilə bağlanıb. Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə […]

Siyasət

Azərbaycanda sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşib

Nazirlər Kabineti (NK) sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini müəyyən edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 milyon kilovat/saat və ondan yuxarı müəyyən edilib. Qərar 2025-ci il iyulun birindən qüvvəyə minəcək. Xeberal.az

Dünya

Qərbi Azərbaycan əyalətində dövlət işçiləri həbs olundular – FOTO

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində korrupsiyada ittiham olunan 9 bələdiyyə işçisi həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məlumata görə, əyalətin Baş Ədliyyə İdarəsinin rəisi Nasir Ütəbati bildirib ki, korrupsiya ittihamı ilə 21 şəxsin həbsi barədə məhkəmə qərarı çıxarılıb. Onlardan 9 nəfəri həbsxanaya göndərilib. Qeyd olunub ki, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatına əsasən, […]

İqtisadiyyat

Azərbaycan EBRD ilə kredit sazişi imzalayıb – FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında kredit sazişi imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”, – nazir qeyd edib. EBRD-dən verilən məlumata […]

Kriminal

Bakıda qanunsuz avtomat və qumbara saxlayan şəxslər tutulub – FOTO/VİDEO

Xətai rayonunda saxlanılan şəxslərdən üç qumbara, üç ədəd “Kalaşnikov” avtomatı və bir ədəd “Makarov” tapançası aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu […]

Mədəniyyət

Vyanada görkəmli rejissor Rasim Ocaqovun yubileyi keçirilib – FOTO

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində xatirə axşamı təşkil edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək, görkəmli rejissorun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan kino tarixində mühüm rolundan […]