Cəmiyyət

Bakıda azyaşlı qəzada xəsarət alıb

Bakının Qaradağ rayonunda altı yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. “Report” xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs 2018-ci il təvəllüdlü A.Çernişovdur. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Kadırovun 24 yaşlı qızı yüksək vəzifəyə təyin edildi

Çeçenistan rəhbərinin qızı 24 yaşlı Xədijat Kadırova respublika başçısı və hökuməti administrasiyası rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib. Bu barədə regional parlamentin sədri Maqomed Daudov məlumat verib. “Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaci Kadırovun nəvəsi, Çeçenistan Respublikasının başçısı və hökumətinin administrasiyasının rəhbərinin birinci müavini – Çeçenistan Respublikasının naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. […]

Dünya

Niderland, Almaniya və Polşa: Yeni hərbi dəhliz yaradılacaq

Niderland, Almaniya və Polşa qoşunların və hərbi texnikanın hərəkəti üçün dəhlizin yaradılmasına dair bəyannamə imzalayıb. Bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren sosial şəbəkə hesabında məlumat verib. “Hərbi heyətin və texnikanın daha sürətli və səmərəli hərəkət etməsi üçün bizə “hərbi Şengen” lazımdır. Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq: Polşa, Almaniya və Niderland […]

Dünya

ABŞ-nin daha bir ştatı azot qazı ilə edamı qanuniləşdirməyə hazırlaşır

Alabama ştatında 58 yaşlı Kennet Smit azot qazı ilə edam edildikdən sonra ABŞ-nin daha bir ştatı bu cür edamı qanuniləşdirməyə hazırlaşır. Ohayo ştatının rəsmiləri eyni şəkildə edama icazə verən qanun layihəsi təqdim ediblər. 1988-ci ildə Alabama ştatında törədilən qətl üzrə məhkum edilən Kennet Smit ilk dəfə tətbiq edilən bir üsulla yanvarın 25-də edam olunub. Smitə […]

İdman

“Barselona”ya qələbə üçün bir qol bəs etdi – VİDEO

İspaniya La Liqasının 22-ci turunda “Barselona” “Osasuna”nı qəbul edib. Katalon klubuna qələbə üçün bir qol lazım olub. Matçın 63-cü dəqiqəsində komandanın yeni cəlb olunmuş forvardı Vitor Roke Joao Kanselonun ötürməsini tamamlayaraq qola çevirib. 67-ci dəqiqədə qonaqlar azlıqda qalsalar da, bu, matçın nəticəsinə təsir etməyib – 1:0. “Barselona” hazırda La Liqanın turnir cədvəlində üçüncü yerdədir. Komanda […]