Cəmiyyət

Biləsuvarda avtomobildən oğurluq olub – FOTO

Biləsuvarda avtomobildən oğurluq olub. “Report”un məlumatına görə, hadisə Biləsuvar şəhərində evlərdən birində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər qaraja girərək, burada saxlanılan VAZ 2106 markalı minik avtomobilin yan şüşələrindən birini sındıraraq salonuna daxil olub. Hadisə yerindən avtomobilin maqnitofonu və akkumulyatoru oğurlanıb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. Xeberal.az

Dünya

Azərbaycan səfirliyi ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib – VİDEO

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb. Bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının sosial şəbəkədəki paylaşımında qeyd olunub. “7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna […]

Siyasət

Azərbaycan səfirliyi ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib – VİDEO

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb. Bu barədə Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının sosial şəbəkədəki paylaşımında qeyd olunub. “7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna […]

İdman

Messi – Ronaldu dueli baş tutmadı

Portuqaliyalı futbol ulduzu Ronaldu və onun agentinalı həmkarı Messinin adları müvafiq olaraq “Ən-Nəsr” və “İnter Mayami”nin heyəti siyahısına salınmayıb.  Hər iki hücumçu komandalar arasında keçirilən yoldaşlıq görüşünü buraxıb.  Oyun cümə axşamı Ər-Riyadda baş tutub.  Ronaldunun zədə səbəbindən matçda iştirak etmədiyi bildirilsə də, Messinin niyə meydanda olmaması ilə bağlı açıqlama verilməyib.  Mənbə: TASS  Xeberal.az

Cəmiyyət

Vunderkind Sumqayıt şagirdi: Səkkiz yaşı var, dördüncü sinifdə oxuyur – VİDEO

“Gələcəkdə elmə məlum olmayan kəşflər etmək istəyirəm”. Bu sözləri Baku TV-yə açıqlamasında Sumqayıtda yaşayan səkkiz yaşlı vunderkind Fərid Babayev deyib. Fərid səkkiz yaşı olmasına baxmayaraq, dördüncü sinifdə oxuyur. O, dünyanın 80-dən çox ölkəsindən 45 milyon şagird arasında hər il keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin də qalibi olub. Fərid müsabiqədəki sualları həll edərkən çətinlik çəkmədiyini söyləyib: “Mənim […]

Cəmiyyət

“TikTok”er Aysun Mirişli hakim qarşısına çıxarılır

Fevral ayının 2-də “TikTok”er Aysun Mirişlinin məhkəməsi olacaq. “Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Aysun Ədalət qızı Mirişlinin məhkəmə prosesi Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.  Xatırladaq ki, ötən ilin dekabr ayında “TikTok”da “axundova_302” adı ilə tanınan Aysun Mirişli barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs […]

Dünya

Ermənistan “oturduğu budağı kəsir”: “Orijinal” təkliflər sülhə mane olur, Rusiya ilə gərginliyi artırır – ŞƏRH

Ermənistanın regional xarici siyasətinin ən spesifik xüsusiyyətlərindən biri ikibaşlı hərəkətlərdir. Belə ki, rəsmi İrəvan bir tərəfdən sülhdə, sabitlikdə maraqlı olduğunu deyir, digər tərəfdənsə prosesi uzatmağa çalışır. Bu, aydın görünür. Məsələ burasındadır ki, Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər Azərbaycanla münasibətlərin normallaşması üçün bütün lazımi addımları atdıqlarını iddia edirlər. Digər tərəfdən, sülh üçün lazımi […]

Cəmiyyət

Bərdə çörəyini Dubaydan, Türkiyədən sifariş edirlər – VİDEO

Bərdənin Cəyirli kəndində yaşayan Lilpar nənəni demək olar ki, tanımayan yoxdur. Onun uzun illərdir ki, əlinin zəhməti ilə dəyirman unundan bişirdiyi çörəyin sorağı sərhədləri aşıb. Lilpar nənə 30 ilini təndirə həsr etdiyini deyib: “Burada nə varsa, yuxası, kətəsi – hamısını dədə-baba üsulu ilə bişirirəm. Öz anamın vaxtında olan ənənəni davam etdirirəm”. O, bişirdiyi çörək üçün […]

İdman

Messidən azərbaycanlı iş adamına ad günü hədiyyəsi – VİDEO

Argentina millisi və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadəni ad günü münasibətilə təbrik edib.  Müvafiq kadrları həmyerlimiz sosial şəbəkə səhifəsində paylaşıb.  Kadrlardan da göründüyü kimi, futbolçu biznesmenə “Jacob And Co Messi edition” saatı hədiyyə edib.     Xeberal.az