Cəmiyyət

Milli.Az 14 yaşında!

Bu gün Milli.Az-ın 14 yaşı tamam olur. Tam 14 il əvvəl yaranmış sayt o dönəmdəki informasiya məkanında onlayn informasiya vasitələrindən biri olub. Medianın təməl prinsiplərinə daim əməl edən Milli.Az saytı 2009-cu ilin 1 fevralında fəaliyyətə başlayıb. Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan saytda ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər sahələrdən […]

Dünya

İranda işgəncələrə məruz qalan güneyli keçmiş siyasi məhbusun dörd barmağı amputasiya edildi – VİDEO

İranda fiziki və psixoloji işgəncələrə görə dəfələrlə əməliyyat olunan keçmiş güneyli siyasi məhbus Əkbər Lakestaninin barmaqları amputasiya edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məlumata görə, Əkbər Lakestani bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib və ayağının dörd barmağının kəsildiyini bildirib. Qeyd olunub ki, o, siyasi fəaliyyətinə və hakimiyyəti tənqid etdiyinə görə İran […]

Kriminal

Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb

Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28 800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov […]

Cəmiyyət

“İdman TV” 15 yaşını qeyd edir

Bu gün Azərbaycan teleməkanının ilk idman kanalı olan “İdman TV”nin yaranmasından 15 il ötür. “İdman TV” 1 yanvar 2009-cu ildə “İdmanın Tək Ünvanı” şüarı ilə fəaliyyətə başlayıb.   Azərbaycan və dünya idmanının nəbzini tutan, sağlam həyat tərzini təbliğ edən telekanal ən nüfuzlu daxili və xarici yarışları barədə operativ xəbər buraxılışları ilə yanaşı, gündəlik xəbərlər bloku, gündəm […]

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olundu – ÖZƏL

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub. Oxu.Az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək. Qeyd edək ki, Samir Nizaməddin oğlu Şəfiyev 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində doğulub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsini […]

Kriminal

Bakıda hipermarketdəki silahlı insidentin şahidi: “Sürünə-sürünə otların arası ilə getdim” – FOTO

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş qismində tanınan Namiq Qəhrəmanov ifadə verib. O bildirib ki, hadisə günü […]

Cəmiyyət

Yanan obyektin sahibi: “130 min manat ziyan dəyib” – VİDEO

Ötən gecə Lerik rayonu ərazisində yerləşən “Təbəssüm” istirahət mərkəzində güclü yanğın baş verib. Obyekt sahibi Akif Əliyev bu barədə “Unikal”a açıqlamasında bildirib ki, yanğın nəticəsində istirahət mərkəzinə təxminən 130 min manata yaxın ziyan dəyib. “Anidən yanğın baş verib, uşaqlar düşüblər həyətə. Telefonları da içəridə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. 5 ədəd tikili idi. Təxminən […]

Dünya

Argentina Parlamentinin qarşısında polislərlə qarşıdurma: Saxlanılanlar var – FOTO/VİDEO

Argentina parlamentinin qarşısında Prezident Xavyer Mileyin islahatları ilə bağlı etirazlar keçirilir. Hazırda deputatlar hökumətin göndərdiyi qanun layihəsini müzakirə edirlər. Nümayiş əvvəlcə dinc davam edib, ancaq bir qrup etirazçı küçəni qismən bağladıqdan sonra qarşıdurma yaranıb. Təhlükəsizlik qüvvələri nümayişçiləri yoldan sıxışdırmağa başlayıblar və bu zaman gözyaşardıcı qazdan istifadə edilib. Aksiyalarla bağlı azı üç nəfərin saxlanıldığı bildirilir. Mənbə: […]

Dünya

Tarixi seçkiyə hazırlıq “Haber Global”ın obyektivində – VİDEO

“Fevralın 7-də Azərbaycanda prezident seçkisi keçiriləcək. 30 ildən sonra erməni işğalından azad edilən Qarabağda ilk dəfə seçki qutusu qurulacaq. Bir çox hərbi və siyasi uğurlara imza atan hazırkı Prezident İlham Əliyev seçkinin favoritidir”. Bu sözlər “Haber Global”ın Azərbaycanda prezident seçkisi ilə bağlı hazırladığı videosüjetdə deyilib. Bildirilib ki, dost və qardaş ölkə Azərbaycan Qarabağ qələbəsindən sonra […]

Siyasət

Tarixi seçkiyə hazırlıq “Haber Global”ın obyektivində – VİDEO

“Fevralın 7-də Azərbaycanda prezident seçkisi keçiriləcək. 30 ildən sonra erməni işğalından azad edilən Qarabağda ilk dəfə seçki qutusu qurulacaq. Bir çox hərbi və siyasi uğurlara imza atan hazırkı Prezident İlham Əliyev seçkinin favoritidir”. Bu sözlər “Haber Global”ın Azərbaycanda prezident seçkisi ilə bağlı hazırladığı videosüjetdə deyilib. Bildirilib ki, dost və qardaş ölkə Azərbaycan Qarabağ qələbəsindən sonra […]