Siyasət

Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə edilib. Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir mübadiləsi […]

Cəmiyyət

Nazirdən yüksək vəzifəyə TƏYİNAT

Elm və Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb. O, […]

Siyasət

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib – FOTO

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər […]

Cəmiyyət

Şəhid hərbi qulluqçumuzun övladı dünyaya gəlib – FOTO

Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib. Bu barədə “YAŞAT” Fondu məlumat yayıb. Bildirilib ki, Bakıda doğulan körpəyə Humay adı verilib. Humayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə […]

Dünya

Dağıstanda böyük ticarət mərkəzində güclü yanğın olub – VİDEO

Rusiyanın Dağıstan Respublikasının Buynaksk şəhərində yerləşən böyük ticarət mərkəzində güclü yanğın olub. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti də təsdiq edib. Bildirilir ki, yanğın sahəsi 500 kvadratmetr təşkil edib. “Binadan 27 nəfər təxliyə edilib”, – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin dərc etdiyi məlumatda qeyd olunub. Mənbə: TASS Xeberal.az

Dünya

Ermənistan hər il Metsamor üçün beş ay Araz çayından su götürəcək

Ermənistan hər il beş ay ərzində Araz çayından su götürəcək. Ermənistan mediasının məlumatına görə, bu barədə hökumətin fevralın 1-də keçirilən iclasında bildirilib. Məlumata görə, hökumət Axuryan hövzəsində qrunt sularının səviyyəsinin azalmasının nəticələrini yumşaltmaq barədə qərar qəbul edib. Buna nail olmaq üçün Araz çayından Metsamor atom elektrik stansiyasına (AES) suyun vurulması təklif olunub. Qərarın əsaslandırılmasında göstərilib […]

İdman

Qurban Qurbanov “Qarabağ”da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/2009 mövsümündə qeydə alınıb. Həmin vaxt bölgə təmsilçisi Premyer […]

Siyasət

İlham Əliyev: “Ermənistan Azərbaycana qarşı iddialara son qoyduğu halda sülhə nail oluna bilər”

“Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq […]

Dünya

Gürcüstanda yeni baş nazirin namizədliyi təsdiqləndi, Qaribaşvilinin yeni vəzifəsi bilindi

Bu gün Gürcüstanda hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayı keçirilib. Qurultayda verilən qərara əsasən, ölkənin sabiq baş naziri İrakli Qaribaşvili partiyanın yeni sədri seçilib. Eyni zamanda hakim partiya baş nazir postuna yeni namizədin adın irəli sürüb. Belə ki, qurultayın nümayəndələri Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini irəli sürüblər. […]

Dünya

HƏMAS İsrail həbsxanalarında məhbus olan fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razıdır

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların mübadiləsinə dair yeni saziş çərçivəsində İsrail həbsxanalarında saxlanılan fələstinlilərin mərhələli şəkildə azad edilməsinə razılıq verib. Məlumata görə, hərəkat bu yaxınlarda Parisdə keçirilən toplantıda hazırlanmış yeni təşəbbüs çərçivəsində fələstinlilərin həbsdən tədricən azad edilməsinə razılıq verib. Qeyd olunub ki, HƏMAS razılaşmaların ilk mərhələsində uzun müddətə azadlıqdan məhrum edilmiş şəxslərin […]