Dünya

Ərdoğan 2013-cü ildən bəri ilk dəfə Misirə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2013-cü ildən bəri ilk dəfə fevralın 14-də Misirə səfər edəcək. Məlumata görə, Ərdoğanın Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirəcək danışıqlarında əsas müzakirə mövzusu Qəzzadakı fələstinlilərə yardım və müharibəyə son qoymaq üçün atılacaq addımlar olacaq. Xatırladaq ki, ölkələr ötən ilin iyulunda səfirlər səviyyəsində diplomatik münasibətləri bərpa ediblər. Mənbə: Sozcu Xeberal.az

Cəmiyyət

Zirəli ağbirçək: “İndiki gəlinlər ərinə deyir ki, yorğunam” – VİDEO

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında Zirə sakini Arifə Kərimova köhnə adətlərdən danışıb. O qeyd edib ki, əvvəllər qızın nişanlı olduğunu bildirmək üçün başqasının toyunda onun ardınca bir neçə xonça çıxarardılar: “Xonçaya gəlin üçün bir dəst paltar, qızıl əşyası, ayaqqabı, şirniyyat qoyardılar. Bu o demək idi ki, qızı […]

Siyasət

Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda qlobal iqlim dəyişikliyinin mənfi təsirləri və bu istiqamətdə kollektiv əməkdaşlığın qurulmasının vacibliyi […]

Dünya

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi gerçəkləşdi

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi gerçəkləşdirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, danışıqlar nəticəsində 195 rusiyalı hərbi əsir Ukrayna Silahlı Qüvvələrinin əsirliyindən vətənə qayıdıb, eyni sayda döyüşçü də Kiyev tərəfinə təhvil verilib. “Bu gün, yanvarın 31-də danışıqlar prosesi nəticəsində 195 Rusiya hərbçisi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – […]

Dünya

Aİ-nin mülki missiyası Nigeri tərk edəcək

Avropa İttifaqının (Aİ) hərbi missiyası bu ölkənin hakimiyyət orqanlarının tələbi ilə Nigerdən çıxarılıb. Bunu Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Avropa İttifaqının müdafiə nazirlərinin qeyri-rəsmi görüşü sonrası keçirilən mətbuat konfransında bəyan edib. “Aİ-nin hərbi missiyası Nigerdən çıxarılıb, mülki missiya isə iyun ayına qədər geri çəkiləcək. May ayında hər bir ölkəyə dair Saheldəki vəziyyətlə bağlı ətraflı […]

Dünya

BTQ-nin icraçı direktoru: “Fransa polisinin Korsikada fəalları saxlamasını şiddətlə qınayırıq” – FOTO

“Fransa polisinin Korsikada “Nazione” azadlıq hərəkatının üzvlərinin saxlanılmasını şiddətlə qınayırıq”. Bu barədə “Report”a Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum hərəkat fəallarının və onların ailə üzvlərinin əsassız həbsini qətiyyətlə pisləyir və onların dərhal azad edilməsini tələb edir. “Belə siyasi həbslər, zorakılıqlar digər müstəmləkə ərazilərində də davam edir. Fransa […]

Cəmiyyət

Xaçmaz sakinini cərəyan vuraraq öldürüb

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Arif Səlimov küçəsində qeydə alınıb. Belə ki, 1954-cu il təvəllüdlü Elarov Valeri Babaəli oğlunu həmin ərazidə elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Qərbi Azərbaycan Xronikası: Ermənilər Əştərəyə niyə kütləvi axın ediblər? – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə erməni saxtakarlığından ən çox zərər çəkən türk-oğuz yurdlarından biri – Əştərək rayonu haqqında süjet hazırlanıb. Oxu.Az xəbər verir ki, “Qıpçaq türk qalalarının yerləşdiyi oğuz yurdu” adlı süjetdə tarix boyu azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın xəbis əməllərindən əl çəkməyərək addəyişmə əməliyyatlarını […]

Dünya

Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyə hazırlaşır

Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməyi planlaşdırır. Bunu yanvarın 31-də keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi deyib. “Şimali Koreya qanadlı raketlərə nüvə silahı yerləşdirməklə qəfil hücum imkanı əldə etməyi hədəfləyir. Bunun üçün ona nüvə silahlarının ölçüsünü daha da azaltmaq lazımdır”, – deyə o bildirib. Hayasi qeyd edib ki, Şimali Koreya raketləri […]

İqtisadiyyat

Laçın aeroportunun tikintisi üçün idxal olunan mallarla bağlı QƏRAR

Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün gətirilən malların idxal gömrük rüsumundan azad edilməsi müddəti 2025-ci ilədək uzadılıb. “Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan […]