Cəmiyyət

Qazaxda Ukrayna vətəndaşı ölüb

Qazaxda Ukrayna vətəndaşı ölüb. APA xəbər verir ki, Ukrayna Respublikası vətəndaşı, TIR sürücüsü, Yuri Yuliyeviç Lobanov Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ağciyər-ürək çatışmazlığı, şəkərli diabet xəstəliyindən ölüb. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az

Dünya

Ərdoğan: “Türkiyə heç vaxt Avropa İttifaqının köməyinə arxalanmayıb”

“Türkiyə heç vaxt Avropa İttifaqının köməyinə arxalanmayıb və buna ehtiyac da duymur”. Bu sözləri ABŞ-nin PBS (“Public Broadcasting Service”) televiziya kanalına müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan Türkiyənin Avropa İttifaqına üzv olmaqdan imtina ehtimalını da şərh edib. “Türkiyə 50 ildir ki, Avropa İttifaqının qapısında dayanıb. Biz heç vaxt Avropa İttifaqının vəsaitinə və […]

Dünya

G7-nin növbəti toplantı tarixi məlum oldu

G7 ölkələrinin xarici işlər nazirləri noyabrın 7-8-də Tokioda görüşmək barədə razılığa gəliblər. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, razılıq G7 ölkələrinin (ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Kanada, İtaliya, Aİ və Yaponiya) xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı baş tutan görüşündə əldə edilib.   Xatırladaq ki, 2023-cü ildə G7-yə […]

İdman

Çempionlar Liqası: Qrup mərhələsinə start verilir – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupunun oyunları keçiriləcək. F qrupunda “Milan” “Nyukasl”ı, PSJ isə Dortmund “Borussiya”sını qəbul edəcək. Son çempion “Mançester Siti” G qrupunun ilk matçında Serbiyanın “Srvena Zvezda” komandasını sınağa çəkəcək. UEFA Çempionlar Liqası Qrup mərhələsi I tur […]

İqtisadiyyat

Yevlaxın qaz təchizatı dayandırılıb

Bu gün Yevlaxda qaz təchizatı dayandırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 9:00-dan “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” […]

Cəmiyyət

Bayılda 28 yaşlı şəxs yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Report”un məlumatına görə, qəza Səbail rayonunun Bayıl qəsəbəsində baş verib. Qəzada 1995-ci il təvəllüdlü Müzabil Azad oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib – FOTO

Meksikanın ən çox oxunan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb” sərlövhəli geniş məqalə dərc olunub. Səfirlikdən bildiriblər ki, məqalə sözügedən nəşrdə bir neçə gün əvvəl yayımlanmış Ermənistanın xarici işlər nazirinin müavininin yalan və qərəz dolu yazısına cavab olaraq hazırlanıb. Yazıda erməni yalanları […]

Cəmiyyət

Balaxanıda qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb. “Report” xəbər verir ki, Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində iki avtomobil toqquşub. Qəzada 1977-ci il təvəllüdlü Kəmalə Yaqub qızı Bəhramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Binədə ağır qəzada iki nəfər yaralanıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Hüseyn Ələddin oğlu Hüseynov və 1979-cu il təvəllüdlü Rövşən Hüseyn oğlu Musayev xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az