Cəmiyyət

İsmayıllı sakinini ilan sancıb, vəziyyəti ağırdır

İsmayıllıda kənd sakinini ilan sancıb. APA xəbər verir ki, hadisə rayonun Pirdinar kəndində qeydə alıb. Belə ki, kənd sakini 1984-cü il təvəllüdlü Alqayıt Cavanşir oğlu Nəsirovu ilan sancıb. Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağırdır. Hazırda reanimasiya şöbəsində müşahidə altında saxlanılır. Xeberal.az

Siyasət

Rusiyalı hərbi ekspert: “Ermənistan Rusiyanı kürəyindən vurdu”

“N.Paşinyan administrasiyasının müvafiq departamentlərinin nəzarəti altında olan hökumətyönlü erməni bloqları Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri alıb”. Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko özünün “Telegram” kanalında yazıb. Onun fikrincə, bu prosesdə aparıcı şəxs Rusiyanın yüksək səviyyəli rəsmilərinə qarşı heç bir sivil cəmiyyətdə qəbuledilməz olan tamamilə alçaldıcı […]

İdman

“Qarabağ” – “Molde” oyununun biletlərinin satışa çıxarılacağı vaxt AÇIQLANDI

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan “iticket.az”da satışa çıxarılacaq. Ölkə çempionunun rəsmi “Facebook” səhifəsində verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP […]

Mədəniyyət

“Bakı payızı-2023. 35 il sonra” yarışmasına start verilir – FOTO/VİDEO

Sentyabrın 16-da “Nizami boutique house” şirkətinin Baş sponsorluğu ilə 35 il həsrətində olduğumuz istedadlar müsabiqəsinə – “Bakı payızı-2023. 35 il sonra” yarışmasına start verilir. Oxu.Az xəbər verir ki, layihə “Best Cast Talent Agency” & “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Harada pul varsa, ora erməni üçün vətəndir” – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. “Ermənilər təbiət insanı deyillər, onlar təbiətin düşmənidirlər”adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə (Sisyan) rayonu, Urud kənd sakini Gündüz Tahirovun həyat hekayəsinə həsr olunub. O, doğulduğu, boya-başa çatdığı kəndin tarixindən, uşaqlıq, orta məktəb, gənclik […]

İdman

DÇ-2024: Azərbaycanın futzal millisi Rumıniyaya uduzub

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsində ilk oyununa çıxıb. “Report”un məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma səfərdə Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1. Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək. Xeberal.az

Siyasət

“Dərman vasitələrilə bağlı yeni qərar bazarda keyfiyyətə və qiymətlərə müsbət təsir göstərəcək” – RƏY + FOTO

“Dərman vasitələrilə bağlı yeni qərar bazarda keyfiyyətə və qiymətlərə müsbət təsir göstərəcək”. Bunu “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, bu gün Tarif Şurasının verdiyi qərar, əslində, qısa müddət öncə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Dərman vasitələri haqqında” qanundakı yeni dəyişikliklərin tələbinə uyğun şəkildə həyata keçirilir: “Əvvəl Tarif […]

Cəmiyyət

“CBC Sport”un dörd əməkdaşı işdən ayrıldı: Telekanalda nə baş verir?

“CBC Sport” telekanalında daha dörd nəfər jurnalist işindən ayrılıb. Prosport.az-ın xəbərinə görə, bunlar İsmayıl Abdullayev, Fərid Axundov, Emin Ağa və Əli Cəfərovdur. Onların ayrılmasının müxtəlif səbəbləri var. Lakin hər birinin ayrılmasının kökündə müəyyən mənada maliyyə məsələsi də durur. Belə ki, “CBC Sport” maliyyə vəsaitinin azlığı ucbatından bəzi verilişləri bağlamalı olub. “Neftçi TV”də də işləyən şərhçi İsmayıl Abdullayev […]

Siyasət

Səfir: “Azərbaycan və Meksika beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir”

“Azərbaycan və Meksika beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir”. “Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda Meksika Birləşmiş Ştatlarının müstəqilliyinin 213 illiyinə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, BMT çərçivəsində ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq daim inkişaf edir. “Bu ilin yanvarında etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə […]