Dünya

Arazdəyəndə tikilən Ermənistan-ABŞ metallurgiya zavodu başqa yerə köçürülüb

Arazdəyəndə, Azərbaycanla sərhəddə tikilən Ermənistan-ABŞ birgə metallurgiya zavodu başqa yerə köçürülüb. Məlumata görə, müəssisənin inşası Ararat şəhəri yaxınlığındakı rayonda aparılacaq. Yerli sakinlər işlərin dayandığını, zavodun başqa yerə köçürüldüyünü və tikinti materiallarının ərazidən daşındığını deyiblər. Hazırda köhnə tikinti yerində ancaq qarovulçu var. Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyib. “Hazırda […]

Müharibə

Şəhid Turan Məhərrəmovun nişanlısı: “Özümə təsəlli verirəm ki, guya toyumuz olub” – VİDEO

“Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da, 21 gün sonra Turan əlində gül gəlib məni bu evə gətirəcəkdi”. Bunu sentyabr döyüşlərində şəhid olan Turan Məhərrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib. Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: “Mənə sevdiyini deyəndə beşinci sinifdə oxuyurdum. Sevilməyi Turanla […]

Tədbirlər

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i İsmayıllı rayonunda tədbir keçirib – FOTOLAR

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zorla ərə verilmə, erkən nikah” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Rayon Polis şöbəsinin əməkdaşı Rahim Orucov, “Vəfa” […]

Dünya

Dünyanın ən hündür iti ölüb – FOTO

Nəhəng ölçüsünə görə Ginnesin Rekordlar Kitabına daxil edilən Zevs adlı itin 2022-ci ildə onun boyu 1,046 metr olub. Üç yaşlı it sümük xərçəngindən əziyyət çəkib. İtin pəncəsi amputasiya edilib, lakin əməliyyatdan sonra onda pnevmoniya yaranıb. Bu xəstəlikdən it artıq sağ çıxa bilməyib. Zevs başını sahibi Brittani Devisin dizlərinə qoyaraq ölüb. Bütün ailə onun zəngin və […]

Cəmiyyət

Qarabağda qanunsuz silahlı qruplaşmalara qarşı yeni hərbi əməliyyatlar keçirilməlidirmi? – SORĞU

44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində sülhməramlı kontingentin erməni silahlı qüvvələrinin çıxarılmasına paralel yerləşdirilməsi öz əksini tapıb. Münaqişədən ötən müddət ərzində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünü tanımasına baxmayaraq, silahlı qruplaşmaların hələ də çıxarılmaması və davam edən təxribatlar növbəti hərbi əməliyyatların keçirilməsi mövzusunu gündəmə gətirib. Sosial Tədqiqatlar Mərkəzindən verilən məlumata […]

Siyasət

Türkiyənin Baş Prokuroru Şuşa və Füzuliyə səfər edib – FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib. Oxu.Az xəbər verir ki, səfər iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə nəticəsində Şuşaya səfər etmək imkanı əldə etdiklərini, bu tarixi torpaqda olmaqdan sevinc və qürur hissi keçirdiklərini bildirib, Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa […]

İdman

Emin Mahmudov: “Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”

“Üç il əvvəl milliyə yaxın deyildim, indi rekorda yaxınlaşmışam”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığma tarixinin ən məhsuldar futbolçusu Qurban Qurbanovun rekorduna yaxınlaşması ilə bağlı danışarkən deyib. 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətində vurduğu qol sayını qısa müddətdə 11-ə çatdırmasının özü üçün gözlənilməz olduğunu etiraf edib: “Açığı, millidə bu qədər qol vuracağımı gözləmirdim. İki […]

Dünya

“Barselona” sabiq futbolçusunu geri qaytardı – VİDEO

“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç kluba qayıdıb. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ispaniyalı keçmiş oyunçu klubun akademiyasında futbol koordinatoru olub. Onun işi gənc oyunçulara nəzarət etmək olacaq. Daha əvvəl mətbuatda Krkiçin digər klublarda icarə əsasında çıxış edən gənc “Barselona” oyunçularını izləyəcəyi, həmçinin klubun yetirmələrinin əsas komandaya keçidinə cavabdeh olacağı bildirilirdi. Xatırladaq […]

Dünya

Kreml: “Qarabağda davam edən gərginlikdən narahatıq”

“Rusiya Qarabağda davam edən gərginlikdən narahatdır”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, Moskva Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. “Əlbəttə ki, biz gərginliyin səngiməməsindən və hətta bəzi məntəqələrdə artmağa meyilli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Biz həm […]

Siyasət

Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlər bəyanat yayıblar

Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlər bəyanat yayıblar. “Report” xəbər verir ki, bəyanatı 50 sakin və ictimaiyyət nümayəndəsi imzalayıb. Bəyanatda deyilir: “Biz – Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər – dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 […]