Dünya

Avstraliya səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı – FOTO

Avstraliyanın İrandakı müvəqqəti işlər vəkili müdaxiləçi açıqlamalarına görə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Qeyd edək ki, bu çağırış Avstraliya xarici işlər nazirinin İran xalqını və insan haqları məsələsini dəstəkləmək məqsədli bəyanatlarından, eləcə də Avstraliyanın bir sıra İran rəsmilərinə qarşı sanksiya tətbiq etməsindən sonra baş verib.   Xeberal.az

İqtisadiyyat

11 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib – FOTO

Daha 11 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Şəhadətnamə almış KOB subyektlərindən hamısı mikro, 3-ü qadın sahibkardır. Layihələrin əksəriyyəti xidmət sektorunu əhatə edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnamələri “Think” MMC-nin gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys, “Hellojob” MMC-nin onlayn iş elanları platfoması, Ramil Qədirovun saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat-proqram […]

Siyasət

Azərbaycandan Ermənistana yeni sülh təklifləri: Qovluqda nələr var? – ŞƏRH

Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, İrəvan həmin təkliflərə qısa zamanda cavab verəcək. Azərbaycanın təqdim etdiyi yeni plan əvvəlki (2022-ci ildə təqdim olunan) beş baza prinsipi üzərində inkişaf etdirilən detallı bir sənəd ola bilər. XATIRLATMA Baza prinsipləri üzrə beş bənd aşağıdakılardır: – Dövlətlərin […]

Siyasət

Sahibə Qafarova Budapeşt Demoqrafik Sammitində Xocalı soyqırımından danışdı – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan cəmiyyəti ənənəvi və ailə dəyərlərinə söykəndiyi üçün cəmiyyətimizin inkişafında ailənin əvəzsiz rolu var. Ölkə Konstitusiyası ailənin mahiyyətini müəyyən […]

Siyasət

Baş prokuror Kamran Əliyev Türkmənistan Baş prokurorunun müavinini qəbul edib – FOTO

Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Oxu.Az xəbər verir ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan Baş prokuror Türkmənistanın bizim üçün yaxın dost ölkə olduğunu qeyd edərək […]

Cəmiyyət

Cari ildə Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib. Bu barədə Dövlət Miqrasiya Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın […]

Siyasət

AZAL deputatlara yaxın gələcəkdə müsbət dəyişikliklər barədə məlumat verib – FOTO

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və Milli Məclis üzvləri arasında görüş keçirilib.  Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini qeyd edərək bu prosesdə AZAL-ın rolunu vurğulayıb. Görüşün əsas mövzularından biri AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planı […]

Siyasət

Özbəkistanın Baş prokuroru Azərbaycana gəlib – FOTO

Özbəkistanın Baş prokuroru Niqmatulla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub. N.Yuldoşev Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak edəcək. Azərbaycanın Baş prokuroru […]