Cəmiyyət

Prezidentin köməkçisi: “Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”

“Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrində gedən məqaləsində bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox məhsulla […]

Dünya

Avropa Parlamenti Lukaşenkonun həbsinə order verilməsini istəyir

Avropa Parlamenti Belarus Prezidenti Aleksandr Lukaşenkonu Ukrayna ərazisindəki hərbi cinayətlərin iştirakçı kimi tanıyıb. Bu barədə qurum tərəfindən qəbul edilmiş qərarda deyilir. Deputatlar həmçinin Beynəlxalq Cinayət Məhkəməsini (BCM) Belarus liderinin həbsinə order verməyə çağırıblar. Xatırladaq ki, daha əvvəl BCM Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Mənbə: tsargrad.tv Xeberal.az

Cəmiyyət

Jurnalist Mübariz Əhmədov vəfat edib

Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Mübariz Əhmədov vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Onun ölümünə infarktın səbəb olduğu deyilir. Qeyd edək ki, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetində, 2008-2012-ci illərdə Bakı Avrasiya Universitetində və nəhayət 2009-cu ildən indiyədək, əvvəlcə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin Yeni media və kommunikasiya texnologiyaları […]

Siyasət

Hikmət Hacıyev: “Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir” – FOTO

“Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb. “Azərbaycanın bu bölgəsi – Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından etnik təmizləməyə məruz qaldığı […]

MARAQLI

Kosmosdan valehedici görüntülər – VİDEO

Rusiyanın “Roskosmos” dövlət agentliyinin kosmonavtı Dmitri Petelin kosmosdan valehedici görüntülər paylaşıb. Videonun 18-ci saniyəsində kadrın sağ tərəfində kometa görünür. Onun sentyabrın 12-də Yerə maksimal dərəcədə yaxınlaşan “Nişimura” kometası ola bilməsi ehtimal edilir. Mənbə: TASS Xeberal.az

Dünya

13 il haqsız həbsdə yatan Ufa sakini dövlətdən təzminat aldı

Ufa sakini 1959-cu ildə başqasının cinayətinə görə həbsə düşüb. O, günahsızlığını sübut edərək dövlətdən 31 milyon rubl (təxminən 550 min manat) təzminat tələb edib. Kişi etmədiyi cinayətə görə 13 il həbs cəzası alıb. Bu müddət ərzində o, həyat yoldaşını və valideynlərini itirib. Rusiya vətəndaşı cəzasını tam çəkərək həbsdən çıxıb və günahsızlığını sübut etmək üçün uzun […]

MARAQLI

Ed Şirandan tanımadığı cütlüyün toyunda xoş sürpriz – VİDEO

Britaniyalı musiqiçi Ed Şiran Las-Veqasda (ABŞ) tanımadığı şəxslərin toyuna qatılmaqla bəylə gəlinə inanılmaz sürpriz edib. Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb. Müğənni həmçinin onların qarşısında yeni mahnısı “Magical”ı ifa edib. Məlumata görə, yeni evlənən cütlüklər Cordan və Karter Lindenfilddir. Müğənninin gözlənilməz çıxışından sonra yeni evlənənlər nikah şəhadətnaməsinə imza atıblar. Ed Şiran da şahid kimi imza […]

MARAQLI

Dərbənddə yanar suda çimən turistin maraqlı görüntüləri – VİDEO

Sosial şəbəkələrdə sözün həqiqi mənasında alovlanan suda duş alan gənc barədə görüntülər böyük maraqla qarşılanıb. Kadrlar Dərbənd şəhərinin Belici kəndindəndir (Dağıstan). Yerlilərin dilində “Qoryaçka” adlanan bu bulağın suyu əslində +40 dərəcəni keçmir. Alova səbəb isə suyun tərkibində xlorid kalsiumun yüksək miqdarda olmasıdır. Mənbə:  “Lenta dnya”  “Telegram” kanalı  Xeberal.az

MARAQLI

Tom Hardinin “Venom”u zoologiya kitablarına salınır – FOTO

Alimlər tapdıqları yeni bir hörümçək növünü Hollivud ulduzu Tom Hardinin “Venom” rolunun şərəfinə “venomius tomhardyi” adlandırıblar. Belə bir qərara səbəb buğumayaqlının bədənində olan və antiqəhrəmanın üzünü xatırladan xarakterik naxış olub. Mütəxəssislər bildiriblər ki, “venomius tomhardyi” zəhərli sayılır, lakin onun zəhəri insanlara zərər verə bilməz, çünki xeliserləri (üst çənədəki dişlər) insan dərisinə nüfuz edə bilmir. Qeyd […]