Siyasət

Milli Məclisin sədri Macarıstan Prezidenti Katalin Novak ilə görüşdü – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. “Report” xəbər verir ki, Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Katalin Novak, ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Katalin Novak, qarşılıqlı səfərlərin bu əlaqələrin daha da […]

Cəmiyyət

Bakıda gənc oğlan gecə əmisini öldürdü: “Dedi, sənin anan…” – Şok təfərrüat

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Şahin əmisi Valehi qətlə yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi 29 sentyabr 2022-ci ildə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Şahin yaşadığı evin yaxınlığında əmisi Valehlə mübahisə edib. Mübahisə zamanı Şahin bıçaqla onun bədən nahiyəsinə zərbə vurub. Valeh aldığı xəsarətdən vəfat edib. İstintaq orqanı tərəfindən Şahinin barəsində […]

Dünya

Liviyada sel və daşqınlar nəticəsində ölənlərin sayı 20 minə çata bilər – FOTO

Liviyanın şimal-şərq bölgələrində, xüsusən də, Derna şəhərində baş verən yağış və daşqınlar nəticəsində ölənlərin sayı artıb. Şəhər merinin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 18-20 minə çatıb. Qeyd edək ki, fəlakətdən əziyyət çəkən Liviyaya kömək üçün bir neçə ölkədən humanitar yardım göndərilib. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Qəzada həyatını itirən hərbçimizin anası: “Oğlum bizi yox, Vətəni, bayrağı seçdi” – VİDEO

Sentyabrın 13-ü qəza zamanı həlak olan və bu gün dəfn olunan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Taleh Saleh oğlunun yaxınları danışıblar. Qeyd edək ki, hərbçi Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb. “Oğlum bizi seçmədi, Vətəni, bayrağı seçdi. İki saat əvvəl danışmışdıq. Gülə-gülə sağollaşdı”, – şəhidin anası deyib. Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, […]

Siyasət

Səfir: “Azərbaycan Özbəkistanın tərəfdaşları arasında özünəməxsus yer tutur”

“Azərbaycan Özbəkistanın tərəfdaşları arasında özünəməxsus yer tutur”. “Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. “Müstəqillik illərində Özbəkistan özünün şərəfli inkişaf yolunu keçib, iqtisadiyyatın bir çox sahələrini, o cümlədən sənayeni, turizmi və digər sahələri gücləndirib. Özbəkistan demokratik, inkişaf etmiş vətəndaş cəmiyyətinə malik sosial […]

Siyasət

Şahin Mustafayev: “Azərbaycan və Özbəkistan bir çox sahələrdə əməkdaşlığa böyük önəm verir”

“Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərdə ticarət-iqtisadi əməkdaşlıq əsas prioritetlərdən biridir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. “Dövlət başçılarının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, hökumətlərimiz ticarət-iqtisadi əməkdaşlıq istiqamətində zəngin potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün ardıcıl səylər göstərirlər. Bir müddət əvvəl […]

Dünya

Vaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı – FOTO

Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırılıb. Daha əvvəl Ermənistanın ABŞ-də üç qatı lobbiçisi – senatorlar Bob Menendes, Kris Van Hollen, konqresmen Kris Smit, eləcə də Azərbaycan və Türkiyə əleyhinə olan amerikalı siyasətçilərin Qubad İbadoğluna dəstəklərini ifadə etdiyini və onun dərhal azadlığa buraxılmasını tələb etdiklərini nəzərə […]

Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Ayırıcı zolaqlarda avtomobil saxlayanlar cərimələnəcəklər – VİDEO

Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayırlar. Daha sonra isə cərimə olunurlar. Xezerxeber.az-ın məlumatına görə, söhbət Zaur Nudirəliyev küçəsi, “ASAN xidmət”in yaxınlığında yerləşən ərazidən gedir. Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər. Onlar burada avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradırlar. Məsələ ilə bağlı Bakı Şəhər […]