Siyasət

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edir – CANLI YAYIM

Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə həmin görüşdə fəxri qonaq qismində iştirak edir:   Xeberal.az

İqtisadiyyat

Fidan Behbudova: “Müəyyən xərclər var və onların bir hissəsinin geridönüşü gözlənilir”

“Bu biznesyönümlü tədbirdir. Müəyyən xərclər var və onların bir hissəsinin geridönüşü gözlənilir”. Oxu.Az xəbər verir ki, bu sözləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova “74-cü Beynəlxalq Astronavtika Konqresi”nin brifinqində jurnalistin sualını cavablandırarkən deyib. O bildirib ki, genişmiqyaslı tədbir olduğu üçün, təbii ki, xərclər var: “Bakı bu tədbirə 2019-cu ildən hazırlaşır. Konqres Mərkəzi ilə birlikdə bütün infrastruktur layihələri həyata keçirilib. […]

Cəmiyyət

“Azərbaycanda kosmik qanunun qəbul edilməsi ölkəmizin bu sahədə inkişafına ciddi təkan verəcək”

“Azərbaycanda kosmik qanunun qəbul edilməsi ölkəmizin bu sahədə inkişafına ciddi təkan verəcək”. Oxu.Az xəbər verir ki, bu sözləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində jurnalistin “Peyk hazırlanması ilə bağlı maraqlı şirkətlər arasında “Azərkosmos”dan sertifikat alanlar varmı?” sualını cavablandırarkən deyib. O bildirib ki, ölkə başçısı tərəfindən bu konqres ərəfəsində kosmik qanunun qəbul edilməsi […]

Siyasət

Stanislav Tkaçenko: “Ermənistan eyni anda bütün pedalları basır”

“Yaxın vaxtlara qədər Ermənistanın siyasəti ondan ibarət idi ki, siyasi və diplomatik səviyyədə hər kəsdən – ABŞ-dən, Fransadan, Avropa İttifaqından, Hindistandan, İrandan, Rusiyadan dəstək almaq lazımdır. Rusiya isə öz növbəsində Qarabağın Azərbaycana məxsus olmasından irəli gələrək aydın mövqe tutdu, bu isə o deməkdir ki, bu məsələnin gündəmə gətirilməsinə lüzum yoxdur”. Bu sözləri son vaxtlar gərginləşən […]

Cəmiyyət

Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri: “Könüllülərin də iştirakı planlaşdırılır”

“74-cü Beynəlxalq Astronavtika Konqresinə olan maraq və bu çərçivədə ölkəmizə gələcək qonaqların çoxluğu nəzərə alınaraq könüllülərin də iştirakı planlaşdırılır”. Oxu.Az xəbər verir ki, bu fikirləri Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində çıxışı zamanı deyib Onun sözlərinə görə, ölkəmizdə baş tutacaq Beynəlxalq Astronavtika Konqresində 300-ə yaxın könüllü olacaq: “Könüllülərə konqres […]

İdman

UEFA “Qalatasaray” – “Kopenhagen” oyunu üçün azərbaycanlıya iş tapşırdı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb. Qurumun saytının yaydığı məlumata görə, o, Türkiyədə “Qalatasaray” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək Gənclər Liqasının qrup mərhələsinın I turunun oyununda UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, qarşılaşma sentyabrın 20-də İstanbulda baş tutacaq. Xeberal.az

Cəmiyyət

Qəbələdə üç övlad atası intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Zarağan kəndində qeydə alınıb. Belə ki, kənd sakini Elşən Elxan oğlu Abdurrəhmanov yaşadığı evin həyətində özünə qəsd edib. Məlumata görə, E.Abdurrəhmanov ailəli olub, üç övladı var. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Hərbi ekspert Amatuni: “Ermənistanda “Vaqner”çiləri şəxsən görmüşəm”

Erməni hərbi ekspert Qor Amatuni Ermənistanda Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvlərini şəxsən gördüyünü bildirib. O, bu barədə özünün “YouTube” kanalında məlumat verib. Erməni ekspertin sözlərinə görə, onları Gorusda hotellərin birində görüb. “Mən bu yaxınlarda Gorusa getmişdim. Orada “Vaqner”çilərdən bir neçə nəfəri gördüm, onların komandiri rusiyalı erməni idi, başqa ermənilər də vardı. Sonra biz onları […]

Dünya

Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərini şəxsi uçuşlara xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib. Bunu Gürcüstanın “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib. “Hər kəs razıdır ki, ölkənin birinci şəxsinin çarterlərlə uçması cinayətdir. Yeni böyük cinayət faktı faktiki olaraq təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, – deyə M.Mdinaradze bildirib. Kütləvi […]

İdman

Qurban Qurbanov: “Emin Mahmudovun rekordumu yeniləyəcəyinə inanıram”

“Emin Mahmudovun tez bir zamanda rekordumu yeniləyəcəyinə inanıram”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin kapitanı Emin Mahmudovun yığmanın heyətində ona məxsus 14 qolluq rekorda yaxınlaşmasına münasibət bildirərkən deyib. 51 yaşlı mütəxəssis “Neftçi”nin yarımmüdafiəçisinin yaxşı formada olduğunu bildirib: “Emin son vaxtlar millidə çox yaxşı oyunlar keçirir, əla performans göstərir. Yığmaya xeyir verməkdə […]