Dünya

Ermənistanın Rusiya təbii qazına sürpriz alternativi – ŞƏRH + FOTO

Ermənistan iqtisadiyyatı daha çox Rusiyadan asılı vəziyyətdədir. Açıqlamaları və atdığı addımlara əsasən, rəsmi İrəvanın Moskvanın asılılığından xilas olmaq istədiyi qənaətinə gəlmək mümkündür. Ötən gün baş nazir Nikol Paşinyanın “Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir” deməsi də bunu təsdiqləyən faktlardandır. Odur ki, bu asılılıqdan xilas olmaq yolunu Ermənistan yeni şeflər axtarmaqda görür. Bir sıra suallar yaranır: […]

Siyasət

Türkiyə Milli Müdafiə Nazirliyi: “Ermənistanın istehkamlar tikdiyi barədə əlimizdə məlumatlar var”

“Ermənistanın bölgədə atəşkəs rejimini pozmaqla yanaşı, səngərlər qazdığı və istehkamlar tikdiyi barədə əlimizdə məlumatlar var”. Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib. O, Ermənistanı təxribatları bir kənara qoymağa, sülh danışıqları və əməkdaşlığa diqqət etməyə çağırıb. “Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. […]

Siyasət

İlham Əliyev İsrail prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa təbrik məktubu ünvanlayıb. President.az-ın xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Sizi və Sizin simanızda dost İsrail xalqını qarşıdan gələn yəhudi yeni ili – Roş ha-Şana bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. İnsanlara […]

Siyasət

Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.  Bu barədə AZƏRTAC məlumat yayıb.  Təbrik mətnində deyilir:  “Hörmətli həmvətənlər! Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də […]

Dünya

Meksikada təyyarə evin üzərinə düşdü: Ölənlər var – FOTO/VİDEO

Meksikanın Puebla ştatında yüngül mühərrikli təyyarə evin üzərinə düşüb. Bu barədə regionun qubernatoru Serxio Salomon “X” sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, yüngülmühərrikli təyyarə yaşayış binasına çırpılıb. Həmin vaxt evdə heç kim olmayıb. Təyyarədə olan üç nəfər ölüb. Təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır. Mənbə: News.ru Xeberal.az

Siyasət

Rusiya artıq Ermənistanın dostu deyil: Kremli ermənilər üçün satqın dövlətə çevrilib – ŞƏRH

Rusiya və ona aid nə varsa Ermənistandan sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoyan baş nazir Nikol Paşinyan hədəfinə doğru irəliləməkdədir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərindən imtina edib ABŞ ilə birgə təlimlər keçirilməsi, Avropa İttifaqı (Aİ) müşahidə missiyasına üstünlük verilməsi də bu istiqamətdə atılan növbəti addım kimi nəzərdən keçirilir. İrəvan Azərbaycanla sərhəddə gərginlik iddiasını ortaya ataraq […]

Dünya

İran hökuməti Məhsa Əminin ölümü ilə başlayan etirazların ildönümünə hazırlaşır – VİDEO

İran hökuməti ötən il Məhsa Əminin ölümü ilə başlayan etirazların ildönümünə hazırlaşır. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib və bununla əlaqədar görüntülər təqdim edib. Kadrlar Yəzd əyalətində çəkilib. Videodan görünür ki, molla rejimi xalq etirazlarından qorxduğu üçün sözügedən əyalətin valilik binasını hasarlamağa başlayıb.   Xeberal.az

İdman

Yeni transfer “Neftçi”yə kimin məsləhəti ilə gəldiyini açıqladı

“Neftçi”nin yeni transferi Lukas Melano klubun televiziyasına açıqlama verib. Argentinalı hücumçu ilk olaraq “ağ-qaralar”ın sabiq yarımmüdafiəçisi Xorxe Korreanın bu keçiddə əhəmiyyətli rol oynadığını söyləyib: “Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxt yox idi. Çünki transfer bazarı artıq bağlanmaq üzrə idi. Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum […]

Siyasət

Paşinyanın müsahibəsi, Hacıyevin məqaləsi: Fərqlər və hərbi eskalasiya riski – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın nüfuzlu “Politico” nəşrindəki müsahibəsi sentyabrın 13-də dərc edilib. Sentyabrın 14-də isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmin nəşrdə məqaləsi çıxıb. Hər iki yazını çox diqqətlə oxuyub incələməyə çalışdım, Paşinyanın fikirləri Rusiya-Ermənistan gərginliyinin regional yırğalanmalarına işarə verir. Baş nazirin fikirlərindən çıxarışlar edərək onları […]

Cəmiyyət

Şəhərsalmada XAOS: “Harada gəldi bina tikilir, evlər üslubsuzdur, qanunsuz tikililərə göz yumulur” – ARAŞDIRMA

Azərbaycanda yaşayış binalarının, fərdi evlərin tikintisi zamanı müvafiq qurumlardan mütləq şəkildə icazə alınmalıdır. Bu icazələrə tikintinin həyata keçirildiyi yerin seçimi, binanın hündürlük limiti, təhlükəsizlik göstəriciləri daxildir. Bu qədər ciddi nəzarətə baxmayaraq, binaların və fərdi evlərin xarici görünüşü haqqında tənqidlər də tez-tez qabardılır. Əksəriyyət düşünür ki, hazırda tikintilərin xarici görünüşü, memarlıq üslubu, zövqlü tərtibatı baxımından ciddi […]