Siyasət

Ceyhun Bayramov Macarıstanın diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxış edib – FOTO

Sentyabrın 4-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib, Azərbaycan-Macarıstan münasibətləri, bölgəmizdə cari vəziyyət, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, Azərbaycan-Ermənistan arasında post-münaqişə normallaşma prosesi barədə çoxsaylı sualları cavablandırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, C.Bayramov ötən il diplomatik münasibətlərin […]

Siyasət

Türkiyəli politoloq: “Bakı ilə Ankara arasında müdafiə sahəsində əməkdaşlıq nümunədir”

“Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Əməkdaşlıq artıq müttəfiqlik səviyyəsinə yüksələrək regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verir”. Bunu “Report”a açıqlamasında türkiyəli politoloq Engin Özer deyib. Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud müttəfiqlik münasibətlərinin formatı müdafiə qabiliyyətini gücləndirməkdə maraqlı olan digər ölkələr üçün də nümunə ola […]

Cəmiyyət

“TikTok”da məşhur olan “avtoş” nənə: “İlk maşınım VAZ-2106 olub” – VİDEO

Türkan qəsəbəsində yaşayan ahıl qadının avtomobil sürmək bacarığı onu xeyli məşhurlaşdırıb. Baku TV-nin əməkdaşı Arzu Kəlbi “TikTok”da izlənmə rekordu qıran 76 yaşlı Səlmi nənə ilə həmsöhbət olub. Onun sözlərinə görə, maşın sürməyi həyat yoldaşından öyrənib. 51 yaşında avtomobil idarə etməyə başladığını deyən Səlmi nənə ilk dəfə “QAZ-53” sürdüyünü qeyd edib. “İlk maşınım VAZ-2106 olub. İndiki maşınımı […]

Siyasət

Putin və Ərdoğanın nahar menyusu məlum olub

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan işgüzar nahar zamanı liderlərin nə yedikləri məlum olub. Məlumata görə, menyudan donuz ətli təamlar çıxarılıb. Əvəzində dövlət başçılarına hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat souslu qırmızı kefal balığı, mal əti ilə xarço supu, göbələk souslu tərəvəzli kefal […]

Cəmiyyət

Azərbaycanda casusluq əməllərinin törədilməsində ittiham edilən şəxslə bağlı materiallar məhkəməyə göndərilib

Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsində ittiham edilən Mohammad Ghaedinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən Mirhəsən Mirəyyub oğlu Haşimimüqəddəmin işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məlumata görə, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf […]

İdman

Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək – VİDEO

Azərbaycan millisinin üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək. Oxu.Az xəbər xəbər verir ki, 24 yaşlı hücumçu İsveçrə “Qrashoppers”indən “Hatayspor”a keçib. Bununla bağlı klub özünün sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda futbolçunun adı açıqlanmasa da, əldə etdiyimiz məlumata görə, bu, Renat Dadaşovdur. Faiq Tahirov Xeberal.az

Siyasət

Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan […]

Dünya

Ukraynada müharibənin bir günü neçəyə başa gəlir?

“Müharibənin bir günü Ukraynaya 100 milyon dollara başa gəlir və bu, könüllülərin hesabına yığılan məbləğ deyil, əsasən dövlət vəsaitidir”. Bu barədə Ukraynanın istefa astanasında olan müdafiə naziri Aleksey Reznikov açıqlama verib. Cəbhədə dronların azlığı və onların niyə büdcənin deyil, vətəndaşların könüllülərə bağışladığı vəsaitlə alınması barədə suala cavabında Reznikov bildirib ki, müharibəyə könüllülər tərəfindən göndərilən vəsaitlər ümumi […]

İdman

Serxio Ramosun yeni klubu bəlli oldu

Müdafiəçi Serxio Ramos İspaniyanın “Sevilya” futbol klubuna keçib. Bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb. Futbolçu ilə müqavilə bir mövsümlük imzalanıb. Qeyd edək ki, Ramosun 37 yaşı var və onun son klubu 2021-2023-cü illərdə çıxış etdiyi PSJ olub. Xatırladaq ki, futbolçu peşəkar karyerasına məhz “Sevilya”da başlayıb və 2002-2005-ci illərdə klubda çıxış edib. Xeberal.az

Cəmiyyət

Qaxda avtoxuliqanlıq edən sürücü cəzalandırıldı – FOTO

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, paytaxt sakini Səbuhi Bağırov idarə etdiyi BMW markalı avtomobillə Qax şəhəri ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə […]