Cəmiyyət

Bakıda kollec yataqxanasında baş verən yanğın söndürülüb: Təxliyə edilənlər var – YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yataqxananın ikinci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 kvadratmetr olan mətbəxdə bir ədəd qaz sobası yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən dörd nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın […]

Kriminal

Gömrük Komitəsinin rüşvətdə günahlandırılan sabiq vəzifəli şəxsi bəraət istəyir

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 7-nə təyin edilib. Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və […]

Siyasət

Azərbaycanda zəlzələ ilə bağlı gözlənilməz açıqlama – Xəbərlərin 12:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Kəlbəcər yenə atəşə tutuldu. Erməni silahlılarından növbəti təxribat. Azərbaycanda zəlzələ olacaq? Qurban Yetirmişlidən gözlənilməz açıqlama. “Taxıl sazişi” yenidən  bərpa olunacaq? Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşünə saatlar qaldı. Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

14 yaşlı oğlan intihar etdi

Göygöl rayonunda 14 yaşlı yeniyetmə intihar edib.  Oxu.Az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü Kəlbəcər rayon sakini F.Mamedov Göygöl Rayon Murovdağ qəsəbəsində yaşadığı evdə özünü asaraq intihar edib. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır. İlhamə Əbülfət Xeberal.az

Dünya

Türkiyədə leysan azı üç nəfərin həyatına son qoyub – FOTO/VİDEO

Türkiyənin bir sıra əyalətlərində yağan güclü yağışlar nəticəsində azı 3 nəfər ölüb. Leysan yağışlar Türkiyənin bir çox bölgəsində daşqınlara səbəb olsa da, ən çox zərər çəkənlər Aksaray, Kayseri və Nevşehir olub. Xilasedicilər hələ də Türkiyənin bir neçə əyalətlərində dağıntılar altında itkin düşənlərin axtarışını davam etdirirlər. Mənbə: ТАСС Xeberal.az

İdman

Nazim Süleymanov millidən yaxşı tanıdığı mütəxəssisi “İrəvan”a apardı

I Liqada mübarizə aparacaq “İrəvan” klubunun baş məşqçisi Nazim Süleymanov özünə köməkçi götürüb. Oxu.Az xəbər verir ki, Aleksandr Jidkov komandanın qapıçılar üzrə məşqçisi olacaq. Qeyd edək ki, son illər Rusiyada bir sıra klublarda çalışmış 58 yaşlı mütəxəssis 2020-ci ilin yayından işsiz idi. Xatırladaq ki, Süleymanov və Jidkovun münasibətləri keçmişə dayanır. Onlar uzun illər “Neftçi”də və […]

İqtisadiyyat

Azərbaycan Çinlə infrastruktur layihələri üzrə qarşılıqlı fəaliyyətin təşviqini müzakirə edib – FOTO

Azərbaycan Çinlə infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir qeyd edib ki, Çinin kommersiya nazirinin müavini Linq Ci ilə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl […]

İdman

“Sabah”dan növbəti səs-küylü transfer: Sabiq “Qalatasaray”lı ilə anlaşma əldə edildi

Bir neçə gün əvvəl Ayaz Quliyevi heyətinə qatan “Sabah” daha bir “transfer bombası”nı partlatmağa hazırlaşır. Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi bu dəfə hücum xəttini gücləndirir. “Bayquşlar” nigeriyalı vinger Cesse Sekidika ilə anlaşıblar. Son olaraq Türkiyədə “Eyüpspor”un formasını geyinən ön xətt oyunçusu azad agent kimi heyətə cəlb ediləcək. Keçid yaxın zamanda açıqlanacaq. Hücumun hər […]