İdman

Müller milli karyerasını bərpa edir

“Bavariya”nın futbolçusu Tomas Müller Almaniya millisindəki karyerasını bərpa edir. Almaniya Futbol İttifaqının rəsmi saytının yaydığı məlumata görə, baş məşqçi Hans-Diter Flik 33 yaşlı hücumçunu yoldaşlıq oyunları üçün yığmaya çağırıb. O, zədə səbəbindən düşərgəyə qoşula bilməyən Niklas Fyullkruqun əvəzinə dəvət olunub. Qeyd edək ki, Tomas Müller 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ərəfəsində milli karyerasını bitirdiyini açıqlayıb. […]

Dünya

İsveçdə Quranın yandırılmasına etiraz edən şəxslər küçələrdə avtomobillərə od vurublar – VİDEO

İsveçin Malmö şəhərində Quran kitabının yandırılmasına etiraz olaraq keçirilən etirazlar iğtişaşlara çevrilib. Bu barədə İsveç mətbuatı xəbər verir. Qeyd olunur ki, Quranın təhqir olunmasından hiddətlənən bir qrup şəxs küçələrdə zibil qutularına, avtomobillərə od vurub. İğtişaş yerinə polis qüvvələri cəlb ediləndən sonra isə etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar başlayıb.  Mənbə: Svt.se Xeberal.az

Cəmiyyət

Kürdəmirdə zəlzələ nəticəsində 100-dən çox fərdi evə ziyan dəyib – FOTO

Sentyabrın 3-də axşam saatlarında Kürdəmirdə baş verən zəlzələ zamanı rayonda 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib. Bu sözləri “Report”un Yuxarı Şirvan bürosuna Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, eləcə də rayon fövqəladə hallar komissiyasının sədri Ağali Kərimli bildirib. Onun sözlərinə görə, hazırda FHN-in nümayəndələri əraziyə cəlb olunublar və Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə […]

Dünya

Putin Türkiyədə “qaz habı”nın yaradılması ilə bağlı danışıb

“Moskva və Ankara yaxın vaxtlarda Türkiyədə “qaz habı”nın yaradılması ilə bağlı razılıqlara gələ bilərlər”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib. “Biz irəliləyiş əldə etmişik və ümid edirəm ki, bölgədəki enerji vəziyyətini daha sabit və balanslı etmək üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqları tezliklə başa çatdıracağıq. […]

Müharibə

Rəhman Hacıyev: “QDF-yə ianə olunan minatəmizləmə maşını böyük töhfə verəcək”

“Qarabağ Dirçəliş Fonduna (QDF) ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə böyük töhfə verəcək”. “Report” xəbər verir ki, bunu QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O, QDF-nin donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində fonda pul vəsaiti ilə yanaşı, texniki vasitələrin də […]

Siyasət

Azərbaycan istehsalı olan minatəmizləmə maşını ANAMA-ya təqdim edilib – FOTO

Sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “Improtex” Şirkətlər Qrupunun istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub. “Report” xəbər verir ki, QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib. Mərasimdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, “Improtex” […]

Dünya

İran-İraq sərhədində baş verən qəzada 31 nəfər xəsarət alıb

İran-İraq sərhədində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 31 nəfər xəsarət alıb. Qəza avtobusla minik avtomobilinin toqquşması nəticəsində baş verib. Qəza nəticəsində boyun və başından ağır xəsarət alan iki uşaq helikopterlə İranın Xuzistan əyalətinin inzibati mərkəzi Əhvaz xəstəxanasına aparılıb. 29 nəfərin isə yüngül xəsarət aldığı bildirilir. Mənbə: Tasnim Xeberal.az

Müharibə

Sülh danışıqları birdəfəlik pozulur? – TƏHLİL + FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ separatçılarına təbrik məktubu yollaması Bakı-İrəvan gündəliyi üzrə danışıqlardakı müvazinəti pozur. Bu, təkcə danışıqların yox, bu zamana qədər əldə edilmiş razılıqların da ruhuna ziddir. Bununla belə, Paşinyanın mövqeyini Azərbaycan-Ermənistan danışıqlarının yekunlaşması kimi başa düşmək də düzgün olmaz. Yəni Paşinyanın danışıqlar prosesinə, sülh və təhlükəsizliyə xələl gətirən açıqlamasına baxmayaraq, Azərbaycan-Ermənistan ali […]

Dünya

Ərdoğan: “Bütün dünya bizim Putinlə danışıqlarımızın nəticəsini gözləyir”

Bütün dünya Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə taxıl müqaviləsi ilə bağlı məsləhətləşmələrinin nəticəsini gözləyir. Bu barədə Türkiyə lideri rusiyalı həmkarı ilə danışıqlara başlamazdan əvvəl qeyd edib. “Bu gün bütün dünya Türkiyə-Rusiya sammiti zamanı taxıl dəhlizi barədə xəbərləri izləyir. Onlar bu gün nəticənin necə olacağını gözləyirlər. Düşünürəm ki, görüşlərimizin nəticələri […]

Cəmiyyət

Qazaxıstanın Füzulidə inşa etdiyi Uşaq Yaradıcılıq Mərkəzi nə vaxt açılacaq?

“Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi davam etdirilir, tikinti işləri 60 faiz yerinə yetirilib”. Bunu “Report”a açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib. “Açılış bu ilin dekabrına planlaşdırılır. Bu mərkəz uşaqları vokal, musiqi alətləri, robototexnika, 3D modelləşdirmə, veb-dizayn, fotoqrafiya və videoçəkiliş kimi təlim sahələrinə yönəldəcək. Bundan əlavə, xalçaçılıq, dulusçuluq və s. […]