Cəmiyyət

Kürdəmirdə yol-nəqliyyat hadisəsində iki nəfər yaralanıb – FOTO

Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb. Belə ki, Elvin Rəhimovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil işıqforda dayanmış sürücü Elcan Əhmədovun idarə etdiyi “Daewoo” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə birincidə olan iki sərnişin – rayon sakinləri Fəqan Fərhad […]

İdman

“Arsenal” son dəqiqə qolları ilə “Mançester Yunayted”i məğlub etdi – VİDEO

İngiltərə Premyer Liqasının IV  turunun mərkəzi oyununda “Arsenal” “Mançester Yunayted”i qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1. Hesabı 27-ci dəqiqədə “qırmızı şeytanlar”ın heyətində Markus Reşford açıb. Lakin bir dəqiqə sonra Martin Odegard hesabda tarazlıq yaradıb. 90+6-cı dəqiqədə Deklan Rays “topçular”ı önə keçirib. 90+11-ci dəqiqədə isə Qabriel Jesus […]

Cəmiyyət

Azərbaycanda yeni milli park yaradılacaq – MÜSAHİBƏ + FOTO

2023-cü ilin altı ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülüb. Bu və digər məsələlərlə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Kaspi” qəzetinə müsahibəsində açıqlamalar verib.  – 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və Qarabağda quruculuq, bərpa işləri […]

İdman

“Qarabağ” turun bağlanış matçında “Səbail”lə bacarmadı – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Oxu.Az xəbər verir ki, bağlanış matçında “Qarabağ” “Səbail”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Hesabı üçüncü dəqiqədə qonaq komandanın heyətində Hamidu Keyta açıb. Lakin Aleksandre Ramalinqomun dublu Bayıl təmsilçisinə qələbə qazandırıb. Madaqaskarlı futbolçu 17 və 42-ci dəqiqələrdə fərqlənib. Bu nəticədən sonra […]

Cəmiyyət

Ucarda əmioğlular arasında baş verən mübahisə qanla bitdi

Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qazyan kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Daşqın Ağasəf oğlu Abdullayev qonşuluğunda yaşayan əmisi oğlu, 1991-ci il təvəllüdlü Əbülfəz Ağahüseyn oğlu Hüseynli ilə aralarında baş vermiş münaqişə nəticəsində sonuncuya bıçaqla ağır xəsarət yetirib. Zərərçəkən Ə. Hüseynli […]

Dünya

İsrail parlamentinin sədri Gürcüstana rəsmi səfərə yollanıb

İsrail Knessetinin sədri Amir Ohana Gürcüstana rəsmi səfərə gəlib. Sentyabrın 4-də o, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək, bundan sonra onlar birgə mətbuata bəyanatla çıxış edəcəklər. Ohana həmçinin Baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili və Ali Məhkəmənin sədri Nino Kadagidze ilə görüşəcək. Mənbə: 1tv.ge Xeberal.az

Dünya

Fidan: “İran Prezidentinin Ərdoğanla görüşünü gözləyirik”

Türkiyə İran Prezidenti İbrahim Rəisinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında iştirak etmək üçün Ankaraya səfərini gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib. Türkiyəli nazir bildirib ki, Tehranda budəfəki danışıqlar zamanı tərəflər Əməkdaşlıq Şurasına hazırlıq məsələlərini müzakirə ediblər. […]

Siyasət

Qarabağdakı erməniəsilli şəxslərin ehtiyacları üçün iki yük maşını Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR hələ də Ağdam-Xankəndi yolundadır. Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir. Belə ki, içərisində 40 ton un olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında gözləyir. Ərazidə olan Azərbaycan Qızıl […]

Cəmiyyət

Su kranlarımız niyə tez sıradan çıxır? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Paytaxt sakinləri son dövrlər mənzillərindəki su kranlarının vaxtından əvvəl sıradan çıxması, paslanması, ərp bağlamasından şikayətlənirlər. Vətəndaşlar iddia edirlər ki, bu, evlərə verilən suyun tərkibi ilə əlaqədardır. Onların fikrincə, təhlükəsizlik məqsədilə içməli suya qatılan kimyəvi məhlullar son nəticədə mənzillərdə su kranlarının tez-tez sıradan çıxmasına səbəb olur. Sakinlər iddia edirlər ki, suyun təmizlənməsi üçün şəxsi vəsaitləri hesabına […]