Siyasət

Artur Xaçikyan: “ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, Qarabağdakı ermənilərə heç bir təminat verilməyəcək”

“ABŞ Dövlət Departamentinin Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamaları ilə bağlı mövqeyi onu göstərir ki, ABŞ tərəfinin nöqteyi-nəzərində Qarabağın öz müqəddəratını təyin etmək hüququ yoxdur və Qarabağ ermənilərinə heç bir təminat verilməyəcək”. Bu fikri Ermənistan mediasına müsahibəsində beynəlxalq politoloq, Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib. O əlavə edib ki, ABŞ-nin maraqları Azərbaycanda cəmləşib, […]

Dünya

Rusiya-Ukrayna müharibəsindən dəhşətli səhnə: Nəvəsinin meyiti yanında oturan beli bükülmüş baba – VİDEO

Rusiyanın Ukraynaya iyunun 1-nə keçən gecə etdiyi hücumun faciəsini əks etdirən görüntülər yayılıb. Kadrlar Kiyevdə yerli fotoqraf tərəfindən çəkilib. Belə ki, fotoda Rusiyanın paytaxta etdiyi raket hücumlarının doqquz yaşlı qurbanının meyitinin yanında beli bükülmüş vəziyyətdə oturan babası əks olunub. Məlumata görə, yaşlı kişi saatlarla nəvəsinin meyitinin yanından ayrılmayıb. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Kriminal

Bakıda dava: 14 yaşlı yeniyetmə bıçaqlandı

Bakının Səbail rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. 2009-cu il təvəllüdlü Abbasov Məhəmmədəli Əfqan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Xeberal.az

Siyasət

Volodimir Zelenskidən Prezident İlham Əliyevlə görüşü barədə paylaşım – VİDEO

“Biz Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə həsr olunmuş paylaşımında yazıb. “Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik. Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini […]

Siyasət

Azərbaycanla Moldova ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edib – FOTO

Azərbaycanla Moldova arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. Bu barədə Moldova Baş nazirinin müavini və xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku “Twitter” hesabında yazıb. “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla məhsuldar görüş oldu. Moldova və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib”, – Niku Popesku qeyd edib. Had a productive meeting with […]