Siyasət

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı anlaşma əldə olunub – YENİLƏNİB + VİDEO

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Rusiyanın çoxtərəfli sazişlərdə, beynəlxalq təşkilatlarda və birliklərdə iştirakı (MDB istisna olmaqla) Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi […]

Kriminal

Göyçayda sərxoş kişi qonşusunu kürəyindən bıçaqladı

Göyçay şəhərində sərxoş olan şəxslər arasında dava qanla bitib. “Report”un məlumatına görə, Göyçay şəhər sakini Rahim Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1985-ci il təvəllüdlü Pünhan Nəsrullayevin kürək nahiyəsinə bıçaqla xəsarət yetirib. Artıq Rahim Məmmədov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hadisə zamanı onların hər ikisinin sərxoş olduğu bildirilir. Daxili İşlər Nazirliyinin […]

İdman

Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI

Şuşada keçiriləcək 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub. Federasiyadan verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq. Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumıniya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın “G FLOU” klubu və “Neftçi” komandası olacaq. Qeyd edək ki, 12-13 iyunda Şuşadakı “Tut Bağında” keçiriləcək 3×3 basketbol […]

Siyasət

Erməni fəal sülh danışıqlarına olan maneələrin səbəbini AÇIQLADI – VİDEO

Azərbaycanla Ermənistan arasında sülhün tərəfdarı olan erməni fəal İşxan Verdyan, Qarabağdakı separatçıları rəsmi İrəvanla münasibətlərin normallaşması prosesini ləngitməkdə ittiham edib. O, Baku TV-yə açıqlamasında sülhü əngəlləməyə çalışanların adlarını açıqlayıb. “Qarabağdakı ermənilər separatçıların əsiridirlər. Separatçılar üçün heç bir qanun yoxdur və bildikləri siyasəti yürüdərək sülh prosesinə əngəl olmağa çalışırlar”, – deyə İ.Verdyan bildirib. Daha ətraflı süjetdə: Xeberal.az

Şou-Biznes

Onu uşaq bilib zorla…

“Buğlama” komediya-şousu, həmçinin sosial şəbəkələrdəki aktiv iştirakı ilə ilə tanınan bəstəboylu aktyor Amil Verdiyev maraqlı xatirəsini paylaşıb. Lent.az-ın məlumatına görə, o 7 yaşlı oğlu Hüseyinin oxuduğu məktəbə  ilk dəfə valideyn iclasına getməsindən danışıb. Gülməli hadisə də orda baş verib. “Oğlumun oxuduğu sinifin qapısı ağzında dayanıb digər valideynlərin gəlməsini gözləyirdim. Zəng vuruldu. Müəllim bütün birinciləri qabağına […]

Müharibə

Ermənistanın növbəti təxribatı cavabsız qalmadı – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Kəlbəcər və Ağdam atəşə tutuldu. Ermənistanın növbəti təxribatı cavabsız qalmadı. “İnsana yaraşan iş deyil bu”. Salyanda məzarları eşərək ölüləri soyanlar saxlanıldılar. Şəxsiyyət vəsiqəsini girov saxlayanlar cərimələnə bilərlər. Həmin şəxslərlə bağlı qanunda nələr nəzərdə tutulub? Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında:   Xeberal.az

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Gedib oranın daşını, divarını, torpağını öpərəm…” – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. Jurnalist Əsgər İbrahimovun müəllifi olduğu verilişin bugünkü buraxılışı Qərbi Azərbaycandan deportasiya edilmiş, Ağbaba mahalının Amasiya rayonunun Güllücə kənd sakini Gülnarə Əliyevanın “Həyat Hekayəsi”nə həsr olunub. O, vaxtilə yaşadığı Arpa çayı sahilində yerləşən kəndi barədə kövrələ-kövrələ danışıb: “Mən oradan […]

Şou-Biznes

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

Hollivud ulduzu Leonardo Di Kaprio uzun müddətdir ətraf mühitin mühafizəsi dərnəyinə rəhbərlik edir. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o indiyədək ekologiyanın qorunması üçün milyon dollarlara ianə verib. Lakin ekofəallar onun saxtakarlıqda və ikiüzlülükdə ittiham ediblər. Onlar yaxın günlərdə Hollivud ulduzunun özəl təyyarə ilə Sardiniya hava limanına düşdüyünü görüblər. Özəl təyyarələr digər sərnişin təyyarələrinə nisbətən […]

İdman

Xviça Kvaratsxeliya A Seriyasının ən yaxşısı oldu

“Napoli” klubunun gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya A Seriyasının 2022/2023 mövsümünün ən yaxşı oyunçusu seçilib. Reytinq “Hawk-Eye” sistemindən istifadə etməklə qeydə alınıb. Bildirilir ki, Kvaratsxeliyanın oyunlardakı orta texniki səmərəlilik göstəricisi 94,8% olub ki, bu da A Seriyasında son beş ilin rekordudur və Avropa səviyyəsində ən yaxşı hücumçulara uyğundur. 17 matçda isə futbolçunun fiziki effektivliyi 95%-i ötüb. Mənbə: […]