İdman

Qarabağ qaziləri İsveçrədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər – FOTO

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə millisinin üzvləri, Qarabağ qaziləri Ömər Bozbaxov və Ramiz Sadıqlı İsveçrənin Notvil şəhərində keçiriləcək Qran-pridə iştirak edəcəklər. Komitədən verilən məlumata görə, onlar nüvə itələmə növündə mübarizə aparacaqlar. Hər iki atlet Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün təşkil edilmiş tibbi təsnifatdan uğurla keçib. Qran-pri iyulda Fransanın paytaxtı Parisdə […]

Şou-Biznes

Viktoriya Bekhem tanınmaz halda

Məşhur futbolçu Devid Bekhemin xanımı, stilist və supermodel Viktoriya Bekhem imicini kardinal şəkildə dəyişib. Lent.az-ın məlumatına görə, o, uzun qəhvəyi rəngli saçlarını dibindən kəsdirərək, sarıya boyadıb. İzləyiciləri məşhur xanımı bu görünüşdə tanıya bilməyiblər. Bir çoxları Viktoriyanın saçlarını kəsdirəcəyinə inanmayıb.  O isə öz sosial şəbəkə hesabında yeni obrazdakı şəklini paylaşaraq, tərəddüdlərə son qoyub.

Şou-Biznes

İrina Şeykin Kann festivalındakı geyimi heyrət doğurdu

Supermodel İrina Şeyk 76-cı Kann Kinofestivalına qara tül geyimdə gəlib. Onun tül libasının altından qara alt paltarı görünüb. Model libasını tül uzunboğaz çəkmələr və böyük boyunbağılarla tamamlayıb. Lent.az-ın xəbərinə görə, Şeykin “Getty Images”! portalında yayılmış fotoları böyük müzakirələrə səbəb olub. 37 yaşlı supermodelin ideal bədən quruluşu barədə xoş sözlər deyilib. Şeykin geydiyi libasın “Gucci”nin payız […]

İqtisadiyyat

İrandan Azərbaycana idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlanıb

İrandan Azərbaycana idxal edilən bibər məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib. Aparılan ekspertizanın nəticələrinə əsasən, İrandan ixracatçı şirkətlər “Bazargani Amanj Sahragard”a məxsus “Green Fruit-22” MMC tərəfindən idxal olunan 12 428 kq bibər məhsulunda “Carbendazim”in, “Azin Pishro Azarin”a məxsus “Dry Fruits” MMC tərəfindən idxal edilən 6 650 kq bibər məhsulunda […]

İqtisadiyyat

Azərbaycanda dövlət müəssisələrinin büdcəyə nə qədər borcu var?

2022-ci ildə bütün mülkiyyət növləri üzrə vergi ödəyicilərinin büdcə daxilolmaları artıb. Bu məlumat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb. Belə ki, 2022-ci ildə Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin […]

Mədəniyyət

Oğlunu erkən itirdi, həyat yoldaşı qollarında can verdi – Nailə Mirməmmədlinin faciəvi həyatı – FOTO

Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında on maraqlı faktı təqdim edir. Nailə Mirməmmədli 1961-ci ildə “Sovetski” adlanan məhəllədə anadan olub. 1985-ci ildə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub. Nailə Mirməmmədli bəstəkar Hikmət […]

Siyasət

Prezidentin Litva səfərinin izi ilə…

Könül İsmayılova: “Prezident bütün platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır” Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Litvada rəsmi səfərdə olub, görüşlərdən sonra mətbuatda bəyanatla çıxış edib. Prezident bu bəyanatı ilə hansı nüanslara diqqət çəkdi və səsləndirilən fikirlər Azərbaycanın ölkələrlə əməkdaşlıq münasibətlərini necə göstərdi? Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şura və […]

İqtisadiyyat

Azərbaycanda hansı tikinti materialları bahalaşıb? – SİYAHI

“Azərbaycanda tikinti mövsümünün başlaması tikinti materiallarının qiymətinə az təsir edib”. Bu “Trend”ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib. Onun sözlərinə görə, yalnız bir neçə materialın qiymətində cüzi artım var. “Əsasən dəmir və armaturların qiymətində 20%-ə qədər bahalaşma var. Sement məhsullarında qiymət bir qədər artıb. Belə ki, əvvəl bir kisə sement 6,50 manat idisə, […]

Müharibə

Alban-Udi xristian dini icmasının sədr müavini erməni din xadimlərinə çağırış edib

“Mən həmişə erməni tərəfinə müraciətimdə tolerantlığı bizdən öyrənməyə dəvət etmişəm”. Bunu “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına açıqlamasında Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari deyib. O, bu gün Xudavəng monastırını ziyarət etdiklərini xatırladıb: “Bu məbəddə ibadət etmək çox xoş oldu. Biz bura ilk dəfə 2020-ci ilin dekabr ayında gəlmişdik. Hər dəfə gələndə şəhidlərimizə, Prezidentimizə, […]

Mədəniyyət

Azərbaycanda aktyor vəfat etdi – FOTO

Bədii qiraət ustası, Əməkdar müəllim Ənvər Vəliyev vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Əməkdar artist Elnur Kərimov özünün “Facebook” hesabında bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Ə.Vəliyev 1945-ci ildə Bakıda anadan olub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-Kino fakültəsini bitirib və uzun illər orada müəllim kimi fəaliyyətini davam etdirib. […]