Siyasət

Prezidentin Litva səfərinin izi ilə…

Sharing is caring!

Könül İsmayılova: “Prezident bütün platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Litvada rəsmi səfərdə olub, görüşlərdən sonra mətbuatda bəyanatla çıxış edib.

Prezident bu bəyanatı ilə hansı nüanslara diqqət çəkdi və səsləndirilən fikirlər Azərbaycanın ölkələrlə əməkdaşlıq münasibətlərini necə göstərdi?

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova Prezidentin Litvaya rəsmi səfərini Versus.Az-a şərh edib.

Könül İsmayılova bildirdi ki, ümumiyyətlə ölkə başçısının digər dövlətlərə rəsmi səfərləri bir daha göstərir ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları daha da genişlənir.

Azərbaycanın aktiv şəkildə dünya ölkələrilə siyasi münasibət və iqtisadi əməkdaşlığını genişləndirməkdə olduğunu deyən siyasətçi xanım vurğuladı ki, Azərbaycan Prezidentinin Litvaya səfəri də bu istiqamətdəki fəaliyyətin davamıdır:

“Azərbaycanın kifayət qədər geniş nəqliyyat loqistika imkanları var. Prezident bu istiqamətdə Bakı ilə Vilnüs arasında geniş əməkdaşlığın qurulmasının hər iki tərəfin marağında olduğunu deyib. Ölkə başçısı eyni zamanda Litva ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərindən söz edib. Xatırlayırsınızsa, ötən il Litva Prezidenti Azərbaycanda səfərdə olmuşdu və tərəflər arasında əməkdaşlığın səviyyəsi müzakirə edilmişdi. Bu son görüşdə də tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə imkanlar müzakirə predmeti olub”.

Ölkə başçısının Cənubi Qafqazdakı vəziyyətlə bağlı da Litva Prezidentini məlumatlandırmasına diqqət çəkən K.İsmayılova bildirdi ki, bu da olduqca əhəmiyyətli məqamdır. Könül xanımın fikrincə, bu onu göstərir ki, İlham Əliyev bütün platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır:

“Son səfər çərçivəsində Litva rəsmiləri də Azərbaycanın sülhün əsas təşəbbüskarı olması, bu istiqamətdə baxışlarımzın nədən ibarət olduğu barədə məlumatlandırıldılar. Bu da ölkəmizin kifayət qədər güclü olan siyasi mövqeyimizi daha da möhkəmləndirir. Cənab Prezidentin “siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir, əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır” – sözlərini nəzərə alsaq, heç şübhəsiz ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Bununla da ölkə başçısının da dediyi kimi, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq”.

K.İsmayılova bildirdi ki, bütün rəsmi səfərlərdə, xarici mediaya müsahibələrində olduğu kimi, Litva görüşündə də Azərbaycan Prezidenti 30 il ərzində Ermənistanın işğalı altında qalan tarixi torpaqlarımızda yaşanan acı fəsadlardan, 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsindən bəhs etdi:

“Prezidentin bütün rəsmi səfərlərdə işğaldan azad etdiyimiz ərazilərimizin aqibətindən, perespektivdə duran inkişafından söz etməsi göstərir ki, bu mövzu bizim üçün birincidərəcəli və həssas tərəfimizdir. Ölkə başçısı səbrlə sülh danışıqlarının baş tutacağını gözləyir. Çünki əmindir ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Buna görə də, qarşı tərəfin də sülh anlaşmasını imzalanması çox vacibdir”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir