Siyasət

İtkin düşmüş hərbçilərin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşir. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Mülki Məcəlləyə təklif olunan dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, hərbi əməliyyatlarla əlaqədar […]

Şou-Biznes

Beyons süpürgəçi işləyib

Dünya şöhrətli pop-ulduz Beyons əvvəllər hansı işi görməsi barədə danışıb. Lent.az-ın xəbərinə görə, 1990-cı illərdə şöhrətlənməyə başlayan müğənni 57 günlük turu çərçivəsində İsveçdəki tamaşaçılarına öz keçmişi barəsində danışıb. “Məktəbi qurtarandan sonra süpürgəçi işləyirdim. Anamın işlətdiyi gözəllik salonunda qadınların kəsilmiş saçlarını süpürürdüm. Anamın işləri uzananda müştərilərinə mahnı oxuyub, havayı konsert verirdim. Çoxlarının saçını özüm səliqəyə salırdım”, – o bildirib. […]

İdman

Rüstəm Orucov: “Karyeramla bağlı yayılan xəbərlər doğru deyil”

“Karyeramı başa vurmamışam. Yayılan xəbərlər doğru deyil”. Bunu “Report”a açıqlamasında Azərbaycan cüdoçusu Rüstəm Orucov idmanla vidalaşması barədə çıxan iddialara münasibət bildirərkən deyib. Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı karyerasını davam etdirəcəyini söyləyib: “Özümdə bu gücü hiss edirəm. Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzv seçilməyim idmanla məşğul olmağıma mane olmur. Hazırda Lukaş Krpalek də həm güləşir, həm […]

Hadisə

Yasamalda qanunlar başçı istəyəndə İŞLƏMİR… – AXI NİYƏ?!

Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakıda və digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Qeyd edək ki, ölkə rəhbəri […]

Hadisə

“Siz, Prezident Aparatına yazırsınız, mən də surətləri mənə göndərilən həmin kağızlara baxmadan, tualetdə istifadə edərək, atıram!” – İcra başçısı

Məmur özbaşınalığının və harınlığın daha bir təsdiqiÖlkə mətbuatında xəbər yayılıb ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da, borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə verilən məlumatlarda deyilir ki, o, borclu qaldığı külli miqdarda pulu qaytarmamaq üçün, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. İş adamlarına qəbul otağında deyib ki, ondan pul […]

İdman

Azərbaycan güləşçiləri Astanada daha səkkiz medal qazanıblar – FOTO

Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirə yekun vurulub. Oxu.Az xəbər verir ki, memorialın son günündə güləşçilərimiz 8 medal qazanıb. İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Təvəkgül Həziyev (67 kq), Rəvan […]

Siyasət

“Heç kim düşünməsin ki, atdığı addım, gördüyü iş gizli qalacaq” – ŞƏRH + FOTO

“Azərbaycan xüsusi xidmət orqanları ölkəmizdə yalandan ajiotaj yaratmaq istəyən, təxribata cəhd edən, agent şəbəkəsi formalaşdırmağa can atan xarici xüsusi xidmət orqanlarının niyyətini peşəkarlıqla ifşa edir, onların qanunsuz əməllərinin qarşısını operativ ala bilirlər”. Bu sözləri Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib. O qeyd edib ki, xüsusi xidmət orqanları […]

Siyasət

“Casus yuvaları mütləq xüsusi xidmət orqanları vasitəsilə ifşa edilməlidir” – RƏY + FOTO

“Vətəndaşlarımıza ölkəmizin hədəfləri və maraqlarını izah etməyi gündəlik təbliğat işinin mərkəzinə qoymalıyıq”. Bu fikirləri “Report”a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib. Ekspertin sözlərinə görə, xarici xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin ifşa olunması Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşəkarlığı ilə bağlıdır: “Onlar bu işdə çox böyük qətiyyət, vətənpərvərlik və əzmkarlıq nümayiş etdirirlər. Müstəqilliyimizin illərində bu cür elementlərin […]

İqtisadiyyat

Azərbaycanda pensiyalarla bağlı yeni layihə hazırlanır

“Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır”. “Report”un xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, özəl sosial müdafiə fondlarının yaradılması istiqamətində araşdırmalar aparılır: “Artıq bununla bağlı normativ hüquqi sənədlərin layihələri hazırlanır. Dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq”. […]