MARAQLI

Operatorun faciəvi şəkildə öldüyü filmin çəkilişləri başa çatdı – FOTO

Operatorun Hollivud ulduzu Alek Bolduin tərəfindən təsadüfən güllələndiyi “Pas” (“Rust”) filminin çəkilişləri faciədən 18 ay sonra başa çatıb. Bu barədə amerikalı aktyorun özü elan edib. 65 yaşlı aktyor obrazının saqqalsız fotosunu “Tanrım, bu saqqalı qırxmaq necə gözəl idi” cümlələri ilə yayımlayıb. O, həmçinin 13 yaşlı həmkarı Patrik Skott Makdermott ilə çəkdirdiyi şəkli də paylaşıb. “Bu […]

İdman

“Mançester Siti” “Real Madrid”i darmadağın edib Çempionlar Liqasının finalına yüksəldi – VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Oxu.Az xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gəlib. Yarımfinalın ilk oyununda İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi öz meydanında qəbul edib. “Etihad” stadionunda təşkil olunan qarşılaşma “şəhərlilər”in böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0. Hesabı 23-cü dəqiqədə Bernardu Silva […]

Dünya

Sallivan: “ABŞ Türkiyə ilə işləməyə davam edəcək”

Prezident seçkilərinin ikinci turunda hansı namizədin qalib gəlməsindən asılı olmayaraq ABŞ Türkiyə ilə işləməyə davam edəcək. Bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib. “Seçkidə kim qalib gəlsə, hazırkı prezident və ya digər namizəd olsun, istər Ukrayna, istər Yaxın Şərqdəki regional problemlər, istərsə də Türkiyənin ABŞ-nin NATO müttəfiqi kimi […]

İdman

UEFA-dan Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım – FOTO

UEFA-nın sosial şəbəkə səhifəsindən Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edilib. Paylaşımda turnirin finalında hansı komandaların üz-üzə gələcəyi açıqlanıb və oyun üçün uduşlu biletlərin anonsu verilib. Paylaşımdakı fotoda “Real” və “İnter” komandalarının qarşılaşacağı göstərilib və fotoya “Finalçılar bəllidir və səhnə hazırdır” şərhi yazılıb. Halbuki, “İnter” ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müəyyənləşməyib. Tvit tezliklə […]

Dünya

Almaniya XİN rəhbərinin son üç gündə ikinci təyyarəsi sıradan çıxdı

Almaniyanın xarici işlər naziri Annalena Berbokun təyyarəsində nasazlıq aşkarlanıb. Nəticədə onun Dohadan Berlinə planlaşdırılan uçuşu təxirə salınıb. Xanım Berbokun bazar ertəsi Ərəbistan yarımadasına gəlişi də digər bir hökumət təyyarəsində nasazlıq aşkar edildikdən sonra gecikib. Almaniyalı nazir həmkarı – Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bin Abdullah Al Səud ilə görüşdükdən sonra çərşənbə […]

Dünya

Kann Film Festivalında Conni Depp göz yaşlarını saxlaya bilmədi – VİDEO

Hollivud aktyoru Conni Depp 76-cı Kann Film Festivalında göz yaşlarını saxlaya bilməyib. Belə ki, “Jeanne du Barry” (“Janna Dübarri”) filminin təqdimatından sonra aktyor yeddi dəqiqə ərzində sürəkli alqışlanıb. Mediada fransız tamaşaçılarının ümumiyyətlə Conni Deppi çox səmimi qarşıladıqları vurğulanıb. Qeyd edək ki, film Fransa kralı XV Lüdovik və onun Versal sarayına gətirdiyi rəsmi məşuqəsi Janna Dübarrinin münasibətlərindən bəhs edir. […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Bakıda keçirilən iki beynəlxalq sərgi ilə tanış olublar -YENİLƏNİB+FOTO/VİDEO

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, hər […]