İdman

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı başlayır

Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı başlayır. Oxu.Az xəbər verir ki, 38 ölkədən 315 idmançının qatılacağı turnir “Ulduz kimi parla” şüarı ilə keçiriləcək. Beş gün davam edəcək çempionatda gimnastlar fərdi proqramda və qrup komandalarında çıxış edəcəklər. Avropa çempionatı mayın 21-də başa çatacaq. Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatıdır. […]

Dünya

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə poçt markası buraxılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə respublikanın “Dövlət Poçt İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ozarbayjon xalqining umummilliy lideri Haydar Aliyevning 100 yilligi” adlanan poçt markası buraxılıb. Bu barədə Mədəniyyət Mərkəzindən bildirilib. Üzərində ulu öndərin portreti əks olunan poçt markası 2023-cü […]

Kriminal

Bakıda qadın kişini yataqxanada bıçaqlayıb

Bakıda qadın kişini yataqxanada bıçaqlayıb. APA xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən 2 saylı yataqxanada yaşayan, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Gülnarə Yusif qızı Allahverdiyeva 1988-ci il təvəllüdlü Amil Səməndər oğlu Əşrəfovu bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az

Siyasət

Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində “İnsan hüquqları sahəsində yeni və yaranan çağırışlarla qarşı qarşıya – gələcək artıq buradadır” adlı “dəyirmi masa”da iştirak edib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Avropa Şurasının Dövlət və Hökumət […]

Kriminal

Bakıda 31 yaşlı kişi özünə 3 bıçaq zərbəsi vurub

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi özünə bıçaqla xəsarətlər yetirib. “Report”un məlumatına görə, Maştağa qəsəbəsində 1992-ci il təvəllüdlü Səid Şamil oğlu Ağayev özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının və hər iki qolun kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

İdman

Azərbaycan Premyer Liqası: 34-cü tura yekun vurulur – AFİŞA

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq. Oxu.Az xəbər verir ki, təxirə salınmış oyunda “Sabah” “Sumqayıt”ın qonağı olacaq. Hazırda paytaxt klubu 77 xalla 2-ci, “gənclik şəhəri” təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb. Qeyd edək ki, qarşılaşma “Sabah”ın 13 mayda Türkiyənin “Beşiktaş” klubu ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə əvvəlcədən nəzərdə tutulduğu kimi […]

Dünya

Çempionlar Liqası: İkinci finalçı “Real Madrid” olacaq, yoxsa “Mançester Siti”? – AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. Oxu.Az xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gələcək. Yarımfinalın ilk oyununda İspaniyada “Real”la (Madrid) 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibi öz meydanında qəbul edəcək. “Etihad” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. UEFA Çempionlar Liqası Yarımfinal, cavab oyunu […]

Siyasət

Əhaliyə hava ilə bağlı xəbərdarlıq – Xəbərlərin 09:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ceyhun Bayramov Avropa Şurasının baş katibi və İslandiyanın baş naziri ilə görüşdü. Xarici işlər naziri İslandiyaya niyə gedib? Şabranda kütləvi zəhərlənmə baş verdi. Tikinti şirkətinin 14 əməkdaşı xəstəxanaya yerləşdirildi.  “Leysan yağacaq, dolu düşəcək”. Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq etdi. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az

MARAQLI

Tarixin ən güclü təbii fəlakətinin daha 2 qurbanının sümükləri tapıldı – FOTO

İtaliyada məşhur Vezuvi püskürməsinin qurbanlarının yeni skeletləri tapılıb. Onlar Pompeydə qazıntılar zamanı aşkarlanıblar. İlkin məlumata görə skeletlər iki kişiyə aiddir, onların yaşı 50-dən yuxarı olub. Qurbanların 79-cu ildə vulkan püskürməsi ilə birlikdə baş verən zəlzələ zamanı həyatlarını itirdikləri ehtimal edilir. Mənbə: MK.ru Xeberal.az

MARAQLI

Bir neçə gün əvvəl “WhatsApp”da tapılan təhlükəli boşluq “Telegram”da da aşkarlandı

“Google” mühəndisi Den Reva “macOS” üçün “Telegram”da sahibinin xəbəri olmadan kamera və mikrofonu aktivləşdirən təhlükəli boşluq aşkar edib. Bu boşluq hakerə “Telegram”ın içində zərərli proqram olan dinamik kitabxana (“Dylib”) yerləşdirməyə imkan verir. Beləliklə, haker kameradan video yaza və qeydi gizli qovluqda saxlaya bilir. Bildirilir ki, mesencerin “Apple”ın “Hardened Runtime” və “Entitlements” adlanan daxili təhlükəsizlik mexanizmlərindən istifadə […]