Şou-Biznes

Pikedən ayrılan Şakira Tom Kruzla GÖRÜNTÜLƏNDİ

Keçmiş sevgilisi futbolçu Jerar Pike tərəfindən aldadıldıqdan sonra münasibətini bitirən və çətin anlar yaşayan dünyaca məşhur müğənni Şakira məşhur aktyor Tom Kruzla görüntülənib. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı dünya şöhrətli aktyor Tom Kruzla fotokamera qarşısına keçib. O, qatıldığı Mayami Qran Prisi yarışında çox xoşbəxt görünüb. Qəşəng geyimləri ilə bütün diqqətləri üzərinə çəkməyi bacaran cütlüyün […]

Siyasət

Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi […]

Siyasət

Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışı olub – FOTO

Mayın 9-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2 473 metr, eni isə yol yatağına uyğun olaraq […]

Siyasət

Heidi Kühn: “Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik”

Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik. Bu barədə Trend-ə açıqlamasında Füzuliyə səfəri zamanı “Sülhün Kökləri” (“Roots of Peace”) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn deyib. “Biz Qarabağı yenidən dirçəltmək üçün töhfəmizi verəcəyik. Hazırda burada cəsur ANAMA işçiləri ilə birlikdəyik. Qarabağ adının gözəl mənası var. Amma hazırda minaların yaratdığı təhlükə bu gözəlliyə kölgə salır. […]

Cəmiyyət

“Qarabağ”ın gənc futbolçusu dəfn olundu

“Qarabağ-2”nin 20 yaşlı futbolçusu Şirxan Həsənzadə dəfn edilib. “Qafqazinfo”nun məlumatına görə, dəfn mərasimi Astara rayonunun Şahağac kəndində olub. Dəfn mərasimində futbolçunun komanda yoldaşları iştirak ediblər. Qeyd edək ki, ötən ay məşq zamanı isinmə hərəkətləri zamanı huşunu itirən Ağdam təmsilçisinin futbolçusu Şirxan Həsənzadə dünən dünyasını dəyişib. Xeberal.az

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan saxlanılıb – VİDEO

Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan saxlanılıb. Bildirilir ki, o, iclasın keçirildiyi məhkəmə zalında nəzarətə götürülüb. Pakistanın keçmiş baş naziri vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışında ittiham olunur. Bundan əvvəl İslamabadın Ali Məhkəməsi Xanın məhkəməyə hörmətsizlikdə ittiham olunmasına qərar verib. Bundan əlavə, Pakistan polisi Xana qarşı […]

İdman

Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün açılış mərasimi olub – FOTO

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılışı keçirilib. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Açılış nitqini söyləyən nazir yarışın Azǝrbaycan xalqının ümummilli lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyini vurğulayıb. Fərid Qayıbov qeyd edib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr […]

Cəmiyyət

Müvafiq təhsili olmayan bağça müəllimləri işdən çıxarılacaqlar? – RƏSMİ + FOTO

Elm və Təhsil Nazirliyinin (ETN) açıqladığı məlumata görə, ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər həyata keçirilib. Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5 800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas […]

Cəmiyyət

Saməddin Əsədov: “Azərbaycanın yeni peykləri orbitə “Falcon” raketləri ilə buraxıla bilər”

Azərbaycanın yeni peykləri orbitə ABŞ-nin “SpaceX” şirkətinin (“Space Exploration Technologies Corporation”) “Falcon” raketləri ilə buraxıla bilər. “Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib. S.Əsədovun sözlərinə görə, bununla bağlı şirkətin Azərbaycanda səfərdə olan prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) […]

Dünya

Ərdoğan Azərbaycanın da daxil olduğu beynəlxalq sazişi təsdiqlədi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib. Oxu.Az-ın məlumatına görə, bu barədə qərar “Resmi gazete”də dərc olunub. Anlaşma Memorandumuna əsasən, tərəflər bu sahədə münasibətlərin təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat […]