Dünya

Portuqaliya məktəblərində korrupsiyaya qarşı mübarizə fənni keçiriləcək

“Korrupsiyanın qarşısının alınması” üzrə seçmə kurs Portuqaliyanın məktəb kurikulumuna daxil ediləcək. Məlumata görə, indiyədək bu cür kursların tədrisi yalnız ali məktəblərdə həyata keçirilib. Xatırladaq ki, Portuqaliya hökuməti 2020-ci ildən 2024-cü ilə qədər olan dövr üçün milli antikorrupsiya strategiyasını öz prioriteti hesab edir. Ölkənin səlahiyyətli orqanları bu mövzuda bilik və təlim səviyyəsini artırmağı hədəfləyir. Mənbə: rossaprimavera.ru […]

Dünya

Tunis sahillərində növbəti miqrant faciəsi: Azı 29 nəfər öldü

Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində azı on nəfər həlak olub. Bu barədə bazar günü yerli təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayılıb. Məlumata görə, insident Tunisin şərq sahilində baş verib. Bu, son sutka ərzində ərazidə yaşanan ikinci gəmi qəzası olub. Ümumilikdə qeyri-qanuni miqrantların olduğu iki gəminin qəzaya uğraması nəticəsində azı 29 nəfər həlak […]

Dünya

Trampın vəkili onun həbs olunmaqdan qorxduğunu açıqladı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp həqiqətən həbs olunacağından qorxub. Bu barədə eks-prezidentin vəkili Co Takopina bildirib. Onun sözlərinə görə, martın 20-də xüsusi xidmət orqanları əməkdaşlarının Nyu-York polis departamentinin əməkdaşları ilə Trampın məhkəməyə çatdırılmasının təşkili barədə danışıqlar aparması haqqında məlumatın sızdırılıb. “O, bu məlumatlar əsasında bunun baş verə biləcəyini ehtimal etdi. O həbs olunmaq istəmir”, – […]

Cəmiyyət

Bakıda 23 yaşlı qadın motosikletçi qəza törədib

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 2000-ci il təvəllüdlü Pirmalıyeva Sevinc Ceyhun qızı idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb – VİDEO

Martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanından sonra başlayan kortəbii etiraz aksiyası artıq 58 min insanı toplayıb. Bu qiymətləndirməni hadisə yerindən canlı yayım aparan “Kan 11” dövlət telekanalı verib. Televiziyanın məlumatına görə, etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Onlar yolda əlaltı materiallarından od […]

İdman

“Qalatasaray” azarkeşləri “Qarabağ”ın futbolçusunun transferini istədilər

“Qarabağ” – “Qalatasaray” xeyriyyə matçında (1:2) Abdullah Zubirin oyunu İstanbul klubunun azarkeşlərinin diqqətini çəkib. Oxu.Az xəbər verir ki, “sarı-qırmızılar”ın fanatları sosial şəbəkələrdə fransalı oyunçu barədə xoş fikirlər səsləndiriblər. “Twitter”də bir çox azarkeşlər onun transfer edilməsini istəyiblər və qiymətinin nə qədər olması ilə bağlı paylaşımlar ediblər. Hətta fanatlardan biri Zubiri “Qalatasaray”ın ulduzu Nikolo Zaniolo ilə müqayisə edib. […]

Dünya

Avropa Parlamentinin deputatı: “Makron Fransa vətəndaşlarına qarşı biganədir”

Fransa Prezidenti Emmanuel Makron pensiya islahatından narazı olan ölkə vətəndaşlarının problemləri ilə maraqlanmır. Bu barədə martın 26-da Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani məlumat verib. O qeyd edib ki, Makron birinci və ikinci dövr üçün aydın proqram təqdim etməyib və hakimiyyətə gəlişi ilə bağlı jurnalistlərə qıcıqlanaraq cavab verib. “O, özü haqqında çox yüksək fikirdədir”, […]

Dünya

Türkiyədə zəlzələnin 49-cu günündə dağıntılar altından qadın meyiti tapıldı

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 49 gün keçdikdən sonra dağıntılar altından qadın meyiti çıxarılıb. Bu barədə “Haber Global” məlumat yayıb. Qeyd edilir ki, qadın meyiti Kahramanmaraşın Mərkəz Dulkadiroğlu rayonu İsmet Paşa küçəsində aşkar edilib. AFAD-dan bildirilib ki, hazırda ölən şəxsin kimliyi araşdırılır. Xeberal.az

İdman

“Qalatasaray”ın futbolçusu: “Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı”

“Azərbaycan qardaş ölkədir, bizi çox yaxşı qarşıladı”. “Report”un məlumatına görə, bunu “Qalatasaray”ın futbolçusu Yunus Akgün Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra deyib. 23 yaşlı yarımmüdafiəçi matçın maraqlı və çətin alındığını bildirib: “Eyni zamanda anlamlı qarşılaşma idi. Hər iki komandaya gözəl oyuna görə təşəkkür düşür”. Forvard komandanı coşqu ilə qarşılayan azərbaycanlı azarkeşlərə […]