Dünya

İsrail Borrelin ölkəyə rəsmi səfərinə icazə vermədi

İsrail hakimiyyəti Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borreli rəsmi səfərlə ölkədə qarşılamaqdan imtina edib. Məlumata görə, Fələstin radikallarının terror hücumları ilə İsrail ordusunun hərəkətlərini müqayisə edən Borrelin şərhləri yəhudi dövlətinin hakimiyyət orqanlarını qəzəbləndirib. İsrail Xarici İşlər Nazirliyi Aİ diplomatiyasının rəhbərinin ölkəyə şəxsi səfərlə daxil olmasına mane olmayacaq, lakin onun üçün […]

Dünya

Ermənistanın müdafiə naziri: “Hətta iblislə də əməkdaşlığa hazıram” – VİDEO

“Lazım gələrsə, hətta iblislə də əməkdaşlığa hazıram. Kaş ki bu, ordumuza az da olsa fayda gətirsin”. Bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib. S.Papikyan həmçinin istefa verməyə hazırlaşmadığını da bildirib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”. Mənbə: News.am Xeberal.az

Siyasət

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları birgə foto çəkdiriblər. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə […]

Dünya

Amerika və Rusiya təyyarələrinin Qara dəniz üzərində toqquşmasının VİDEOQRAFİKASI

Qara dəniz üzərində Rusiyanın Su-27 təyyarəsi ilə Amerikanın “MQ-9 Reaper” pilotsuz uçuş aparatının mümkün toqquşmasının videoqrafikası hazırlanıb. Videoqrafika CBS telekanalı tərəfindən nümayiş olunub. Materialda Amerika pilotsuz uçuş aparatının suya düşməsinin ehtimal olunan görüntüləri yer alıb.   Mənbə: UNİAN “Telegram” Xeberal.az

İqtisadiyyat

Almaniya enerji konserni “Şimal axını”ndakı payını sildi

Almaniyanın “E.ON” enerji konserni “Şimal axını” qaz kəmərindəki payını tamamilə silib. Bu barədə Almaniya şirkətindən məlumat verilib. “Qeyri-müəyyənliyin artması və “Şimal axını-1” boru kəmərlərinin hər ikisinin zədələnməsi fonunda investisiya 31 dekabr 2022-ci il tarixinə sıfıra endirilib”, – deyə “E.ON”un açıqlamasında bildirilib. Şirkətdən qeyd edilib ki, 2021-ci illə müqayisədə azalma təxminən 1,2 milyard avro təşkil edir. […]

MARAQLI

Nifrətin dərəcəsi: Tom Kruzun “Oskar” mərasiminə qatılmamasının əsl səbəbi bəlli oldu – FOTO

60 yaşlı amerikalı aktyor Tom Kruz keçmiş həyat yoldaşı Nikol Kidmanı görmək istəmədiyi üçün “Oskar” mükafatlarının təqdimetmə mərasimində iştirak etməyib. Bu barədə “Daily Mail” öz mənbələrinə istinadla xəbər yayıb. Bildirilir ki, hətta “Top Gun: Maverick” filminin altı mükafata namizəd olması da Tom Kruzu tədbirə cəlb etməyib. “Tom orada deyildi, çünki Nikol mərasimdə idi, o isə […]

MARAQLI

Tarantino son filmini çəkir: Ssenari hazırdır – FOTO

Hollivud rejissoru Kventin Tarantino yeni və ehtimal ki, son filminin ssenarisi üzərində işini başa çatdırıb. Məlumata görə, ssenari “Kino tənqidçisi” (“The Movie Critic”) adlanır və 1970-ci illərin sonunda Los-Ancelesdə baş verən hadisələr təsvir edilir. Qeyd olunur ki, film amerikalı jurnalist və ən nüfuzlu kino tənqidçilərindən biri Polin Keylə həsr oluna bilər. İnsayderlərin məlumatına görə, çəkilişlərə […]

MARAQLI

“WhatsApp” “Telegram”ı üstün edən funksiyanı işə salmağı bacarmadı

“WhatsApp”ı bu qədər populyar edən tətbiqin mütəmadi olaraq yenilənməsidir. Amma bu dəfə yeniləmələrdən biri gözlənilən nəticəni verməyib. Söhbət istifadəçilərin fotoşəkilləri orijinal keyfiyyətdə qarşı tərəfə göndərə bilməsindən gedir. Məlumata görə, yeni funksiyanın işində nasazlıqlar hələ də var: “Ayarlar”da “ən keyfiyyətli” seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edir. “WhatsApp”ın vəziyyətdən xəbərdar olduğu […]

Dünya

Bələdiyyə bütün biletləri aldı: Azarkeşlərə pulsuz paylanacaq

UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək “Sivasspor” – “Fiorentina” cavab oyunu üçün azarkeşlərin bilet almasına ehtiyac olmayacaq. Türkiyə klubunun yaydığı məlumata görə, bütün biletləri Sivas Bələdiyyəsi alıb. Biletlər azarkeşlərə pulsuz paylanacaq. Bir nəfər maksimum üç biletə sahiblənə biləcək. Sabah keçiriləcək “Sivasspor” – “Fiorentina” matçı Bakı vaxtı ilə 21:45-də başlayacaq. İlk görüşdə italyanlar minimal hesablı (1:0) qələbə […]