İdman

“Mançester Siti” qalib gəlib “Arsenal”a yaxınlaşdı

İngiltərə Premyer Liqasında XXVI tura start verilib. Oxu.Az xəbər verir ki, açılış oyununda çempionluğa oynayan “Mançester Siti” və Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda yarışan “Nyukasl” üz-üzə gəlib. “Etihat” stadionunda keçirilən qarşılaşma “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 15-ci dəqiqədə Fil Foden açıb. Görüşdə son nöqtəni 66-cı dəqiqədə Bernardu Silva qoyub. Bu qələbə […]

Siyasət

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnaməyə dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər […]

Dünya

“Caliber”in Olaf Şoltsun kağızdan oxuduğu sözlərə cavabı – VİDEO

Almaniya kansleri Olaf Şolts təcrübəsizliyindən və ya bəlkə də sadəcə diqqətsizliyindən, bir qədər artıq sözlər danışıb. Bu barədə Almaniyaya səfər etmiş Nikol Paşinyanın bu ölkənin kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransı barədə təhlil hazırlayan “Caliber” analitik layihəsinin “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunub. Müəllif qeyd edir ki, Olaf Şoltsun kağızdan oxuduğu “Qarabağda yaşayanların öz müqəddəratını təyinetmə hüququ” […]

Cəmiyyət

Hacı Şahin oğlundan təsirli çıxış: “Mən atamı, imamımı, böyüyümü, ağamı itirdim” – VİDEO

Bu gün Heydər məscidində tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin üç mərasimi keçirilib.  Mərasimdə mərhumun doğmaları, dostları, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər.  “Baku TV”yə danışan Hacı Şahinin oğlu Hüseyn Həsənli atasının çoxları üçün mənəvi ata olduğunu qeyd edib: “Mən bioloji atamı itirməklə yanaşı, imamımı, böyüyümü, ağamı itirdim. […]

Cəmiyyət

Şərurda külli miqdarda aksizi olmayan siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkarlanıb – FOTO

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah aşkar ediblər. Bu barədə DGK-nın yaydığı məlumatda deyilir. Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər. Baxış zamanı həmin ünvanda yerləşən evin […]

Cəmiyyət

Qubada silah-sursat aşkarlanıb – FOTO

Qubada silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayonun Dəvədabanı yaşayış massivində yol kənarında 4 ədəd ov tüfəngi və 84 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır. Xeberal.az

Siyasət

Pakistanlı jurnalist: “Qarabağın bərpa sürəti heyrətamizdir”

“Qısa zaman ərzində yolların bərpası, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun və hava limanlarının tikintisi Azərbaycanın “Böyük Qayıdış” prosesi çərçivəsində heyrətamiz işlər gördüyündən xəbər verir”. Bu sözləri “Report”a pakistanlı jurnalist, “Dawn” qəzetinin əməkdaşı Camal Şahid bildirib. O, işğaldan azad edilmiş Azərbaycan ərazilərində gördüyü dağıntıların miqyasından sarsıldığını söyləyib. Jurnalist indiyə qədər bu cür səhnələri yalnız xəbərlərdə gördüyünü […]

Siyasət

Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir

Almaniyada işgüzar səfərdə olan Nikol Paşinyan Almaniyanın kansleri Olaf Şolzla görüşdən sonra mətbuat nümayəndələri qarşında çıxış edib. Mətbuat konfransında alman jurnalist Nikol Paşinyandan “Ermənistanın Rusiyaya Avropa İttifaqının sanksiyalarından yayınmağa kömək edirmi?” sualını ünvanlayıb. Lakin Nikol Paşinyan sualdan yayınaraq Almaniya ilə Ermənistan arasında olan ticarət dövriyyəsinə toxunub. N.Paşinyan qeyd edib ki, Almaniyadan Ermənistana edilən ixracda artım […]

Cəmiyyət

DİN və Baş Prokurorluqdan Bakıdakı silahlı basqınla bağlı MƏLUMAT

Bu gün saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Oxu.Az xəbər verir ki, birgə məlumatda qeyd edilir ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən […]