Cəmiyyət

13 yaşlı Rəsul amansız xəstəliyə qarşı mübarizə aparır – FOTO/VİDEO

13 yaşlı Rəsul ağır xəstəliklə mübarizə aparır. Bu barədə Oxu.Az-a onun anası Nəsibzadə Fatma məlumat verib. O bildirib ki, övladı Nəsibzadə Rəsul kəskin leykozdan əziyyət çəkir: “Rəsul beş aydır ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır. Oğlumun bədəni günü-gündən zəifləyir, göyərmələr əmələ gəlir. Vəziyyəti ağırdır, sümük iliyi nəqli olmalıdır. Donor bacısıdır ancaq bu əməliyyat üçün bizə 300 […]

Kriminal

Keçmiş müavinin qızını və qayınanasını öldürən xalaoğlulardan xəbər var

Bakıda 18 il əvvəl qətl törətməkdə təqsirləndirilən Fərid Məmmədli və Anar Ağalarov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər. Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkumlar cəzalarının yüngülləşdirilməsini istəyiblər. Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılır. Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Məmmədli 15 il […]

İqtisadiyyat

Bu il Bakıya ən çox turist Rusiyadan gələcək, turizm gəlirləri artacaq – ŞƏRH + FOTO

Rusiyada internet portallarından birinin keçirdiyi sorğunun nəticələrinə əsasən, xarici ölkələrə səyahət etmək istəyən rusiyalılar üç şəhəri – Bakı, Antalya və İstanbulu seçirlər. Səyahətçilər Moskvadan bu şəhərlərə birbaşa uçmağı planlaşdırırlar və bir çoxu artıq yay üçün aktiv şəkildə reyslər bron edirlər. Azərbaycana gələn rusiyalı turistlərin artması artıq statistikada da özünü göstərməyə başlayıb. Belə ki, Dövlət Turizm […]

Siyasət

XİN rəsmisi BMT-nin ali komissarını Laçın yolundakı vəziyyət barədə məlumatlandırdı

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, görüş zamanı insan hüquqları sahəsində Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, cari regional vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər […]

İdman

“Real” “The Best”in nəticələrindən narazı qalıb

“Real” rəhbərliyi FIFA-nın təqdim etdiyi “The Best” mükafatının nəticələrindən narazı qalıb. Madrid klubu Çempionlar Liqası, La Liqa, Avropa Superkubokunu əldə etmələrinə baxmayaraq,  komandanın futbolçularına məhəl qoyulmamasına təəccüblənib. Benzema “Qızıl top”u, Tibo Kurtua isə Lev Yaşin mükafatını qazanıb, ancaq onlar FIFA-nın mükafatlarına layiq görülməyiblər. Bundan başqa, “Real”da hesab edirlər ki, hücumçu Vinisius Junior ilin komandasına seçilməli […]

Mədəniyyət

Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR

Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub. Oxu.Az-ın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub. A.Kərimlinin digər əmri ilə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə təyin olunublar. Mədəniyyət Nazirliyindən məlumatı Oxu.Az-a təsdiqləyiblər.  İlhamə Əbülfət Xeberal.az

Cəmiyyət

Səkilərə həsrət qalan Bakı – VİDEO

Bakıda səkilər günü-gündən yoxa çıxır. Belə ki, səki gah yox olur, gah ortasında işıq dirəyi “peyda” olur, gah da park edilmiş maşınlarla zəbt olunur. Azərbaycanın müasir paytaxtı sağlam insanların piyada hərəkəti üçün də narahatdır. Bloqer Anar Əliyev nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə Nərimanov rayonunda bir sıra küçələri gəzib, bu küçələrin nümunəsində mövcud problemləri göstərib. Səkilərlə […]

Cəmiyyət

Ötən sutka 43 yanğına çıxış olub, 5 nəfər xilas edilib – VİDEO

Ötən sutka ölkə ərazisində 43 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla 5 nəfər xilas […]