Dünya

Argentinada güclü zəlzələ baş verdi

Argentinanın Santyaqo del Estero əyalətində çərşənbə axşamı 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 23 km şimalda yerləşib. Mənbə 611 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS Xeberal.az

Dünya

Türkiyədə qadın solist öldürüldü: Qatilin qaçışı anbaan lentə alındı – FOTO/VİDEO

Türkiyənin Bursa şəhərində yerləşən əyləncə məkanında solist olaraq çalışan qadın öldürülüb. Cinayət solist qadına aşiq olan şəxs tərəfindən törədilib. İddiaya görə, 46 yaşlı İzzet A. adlı şəxs əyləncə məkanında tanış olduğu 41 yaşlı Nurcan İnanın evinə gedib. Qadın onunla görüşmək istəməyib. İzzet Nurcanı “Gəl danışaq” bəhanəsi ilə evdən çıxmağa razı salıb. Qızı ilə aşağı düşən […]

Dünya

Oğurluq məqsədi ilə evə girmək istədi, havalandırma kanalında ilişib qaldı

Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən şəxs tikilinin havalandırma sisteminin kanalında ilişib qalıb. Hadisə yerinə gələn polislər şübhəli şəxsi saxlayaraq idarəyə aparıblar. İlkin araşdırmalar nəticəsində məlum olub ki, oğurluq etməyə çalışan 29 yaşlı şəxs əvvəllər də müxtəlif cinayətlər törətdiyinə görə, məhkəmə qarşısına çıxarılıb. Mənbə: Anadolu Xeberal.az

Dünya

Qırğızıstanda uşaqlara təcavüz edənlər axtalana bilərlər

Qırğızıstan Parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin axtalanmasını nəzərdə tutan qanun təklif edilib. Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlament tərəfindən qəbul edilib. Bakasov ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyasına diqqət çəkib və  qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların […]

Dünya

Türkiyəli futbolçu boşandı

Türkiyəli futbolçu Özer Hurmacının Mihriban Hurmacı ilə 7 illik evliliyi başa çatıb. Təxminən 1,5 ildir davam edən mübahisəli boşanma ilə bağlı məhkəmədə tərəflər razılığa gəliblər. Onların uşaqlara birgə qəyyumluq etmələri və futbolçunun övladları üçün ayda 35 000 lirə (3 164 AZN) keçmiş həyat yoldaşına isə 20 000 lirə (1 808 AZN) ödəməsi barədə qərar verilib. […]

Dünya

“Spigel”: “Təlim zamanı “Puma” zirehli texnikalarının hamısı sıradan çıxıb”

Bundesverin (Almaniya Federativ Respublikası Silahlı Qüvvələri) “Puma” ağır zirehli texnikasının iştirakı ilə təlimləri tamamilə uğursuz olub. Təlimdə iştirak edən 18 zirehli texnika sıradan çıxıb. “Puma”nın ilk rotası NATO-nun Çevik Reaksiya Qüvvələri üçün nəzərdə tutulmuşdu. Əvvəlcə Almaniya Müdafiə Nazirliyi uğursuzluğa görə istehsalçını günahlandırsa da, sonra qurum problemin qoşunlarda olduğunu etiraf etməli oldu. Məlum olub ki, operatorların döyüş […]

Dünya

Pekin alimləri: “Yerin nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə hərəkət edə bilər” – FOTO

“Yerin daxili nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə fırlana bilər”. Çindəki Pekin Universitetinin alimləri İ Yan və Syadun Sun bu qənaətə gəliblər. Onların fikrincə, Yerin daxili nüvəsi son on ildə demək olar ki, fırlanmağı dayandırıb. “Nature Geoscience” jurnalında bununla bağlı dərc olunan məqalədə Yerin sirli daxili strukturu  nəzərdən keçirilib və nüvəni yarıb keçmiş zəlzələlərdən […]

Dünya

Məşhur amerikalı reper türkiyəli dizayneri aldatdı – FOTO/VİDEO

Məşhur amerikalı reper türkiyəli ayaqqabı dizaynerinə qarşı fırıldaqçılıq edib.   Amerikalı rep sənətçisi Ronni Cey sosial media hesabında mesajlaşdığı gənc dizaynerə ayaqqabı sifariş edib və onu Mayamiyə göndərməsini istəyib. Lakin ayaqqabının dəyərini – 800 dolları ödəməyib. Daha sonra dizaynerin hazırladığı ayaqqabılarla sosial şəbəkədə paylaşım edib. Gənc dizayner qonorar tələb etdikdə isə Ronni Cey ona mesaj göndərib və təhqirlər yağdırıb. […]

Dünya

Vaşinqtonda atışma: Ölənlər var – FOTO

Vaşinqton ştatının Yakima şəhərində mağazada baş verən atışma nəticəsində azı 3 nəfər ölüb. Bu barədə çərşənbə axşamı şəhərin polis idarəsinin nümayəndəsi məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, naməlum şəxs Yakima şəhərində yerləşən “Circle K” mağazasına daxil olaraq atəş açıb, bundan sonra o, yolu keçərək içərisində sərnişin olan avtomobili qaçırıb. Hadisəni törədən şəxs qaça bilib. […]