Dünya

Çində ay təqvimi ilə yeni il daxil olub – FOTO

Çinlilər ay təqvimi ilə yeni ili qeyd edirlər. Bu, COVID-19 pandemiyası məhdudiyyətlərindən sonra ilk yeni ildir ki, çinlilərin ölkə daxilində sərbəst səyahət edə biləcəklər. Hazırda Çində bayramlarla əlaqədar bəzi restoranlar, banklar, mağazalar bağlanıb, dövlət idarələri tətilə çıxıb. Yalnız polis, yanğınsöndürənlər və digər fövqəladə hallar xidmətində çalışan şəxslər işə çıxıblar. Mənbə: TASS Xeberal.az

Dünya

Türkiyədə sahibsiz itlər yaşlı qadını mühasirəyə alıb onu dişlək-dişlək etdilər – VİDEO

Türkiyənin Bursa şəhərində 10-dan çox sahibsiz it yaşlı qadını mühasirəyə alaraq ona xəsarət yetiriblər. Yıxılaraq itlərə müqavimət göstərməyə çalışan qadının köməyinə hadisənin şahidi olan şəxs çatıb. Qadın xəstəxanaya yerləşdirilib. Aparılan müayinə zamanı məlum olub ki, itlər qadının ombasını, ayaqlarını, biləyini dişləyiblər. Mənbə: İHA Xeberal.az

MARAQLI

Tavandan düşən “çağırılmamış qonaq” iclası bir-birinə qatdı – VİDEO

Meksikanın Akapulko şəhərində şəhər şurasının iclası zamanı qəribə hadisə baş verib. Belə ki, tədbirin ortasında tavandan yenot düşüb. “Çağırılmamış qonaq” yerli deputatların qışqırıqları altında özünü itirib və zalda vurnuxa-vurnuxa qalıb. Sonda yenot qapını tapa bilib. Qeyd olunur ki, tavan panelinin arxasında onun daha bir yoldaşı görünüb, ancaq o, otaqdakı hay-küydən sonra “tədbirə qatılmaq istəməyərək” yoluna […]

Dünya

“WhatsApp”ın yeni funksiyası: Artıq özünüzə mesaj göndərə biləcəksiniz

“WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz. Bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir. Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz. Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola […]

Dünya

İlon Mask qorxuya düşdü: Mühafizəçilərini silahlandırdı

“Tesla”, “SpaceX” şirkətlərinin qurucusu və “Twitter”in rəhbəri İlon Mask öz evində və atasının evində təhlükəsizlik tədbirlərini gücləndirib. Onun qaçırılmaqdan qorxduğu bildirilir. Bu barədə milyarderin atası Errol Mask məlumat verib. Errol Maskın sözlərinə görə, indi iş adamının evində yüksək texnologiyalı kameralar, elektrik hasarları və gecə-gündüz müşahidə sistemi quraşdırılıb. Bundan əlavə, Mask öz mühafizəçilərini maksimum dərəcədə silahlandırıb. […]

MARAQLI

Nepalda matç zamanı meydançaya helikopter endirən pilot və sərnişinləri döyülüblər – VİDEO

Matç zamanı meydançaya helikopter endirən pilot və sərnişinləri döyülüblər. Qəribə hadisə Nepalda baş verib. Məlumata görə, sərxoş varlı gənclər futbola baxmaq istəyiblər. Bunun üçün helikopter kirayələyiblər, pilotu da oyun zamanı meydançada eniş etməyə razı salıblar. Azarkeşlər əvvəlcə helikopterin nasazlığa görə eniş etdiyini düşünüblər. Lakin əsl həqiqəti öyrənəndə bərk qəzəbləniblər və helikopterdə olanların hamısını (ən çox […]

Dünya

Soçi dağlarında içində insanların olduğu hava şarı ağaca ilişib qaldı

Rusiyanın Soçi şəhərində 2000 metr yüksəklikdəki dağda hava şarı ağaca ilişib qalıb. Bu barədə fövqəladə hallar xidməti məlumat verib. Hadisə Soçinin Lazarevski rayonunun Soloxaul kəndində baş verib. Hava şarının içində üç böyük və üç uşağın olduğu qeyd edilir. Hazırda xilasedicilər insanların xilas olunması üçün tədbirlər görürlər. Hadisənin səbəbləri araşdırılır. Mənbə: İzvestiya Xeberal.az

Dünya

Britaniyada silah zavodu yaxınlığında yanğın: Sakinlərdən qapı-pəncərələrin bağlanılması istənildi – VİDEO

Britaniyanın Derbişir qraflığında yanğınsöndürənlər ikinci gündür ki, “PW Defence” (hərbi pirotexnika istehsalçısı) şirkətinə məxsus silah fabrikinin yaxınlığındakı böyük yanğını söndürməyə səy göstərirlər. Məlumata görə, hadisə nəticəsində iki işçi silah-sursatda istifadə olunan ağ fosfordan zərər çəkib, onlar xəstəxanaya yerləşdiriliblər. Şahidlərin sözlərinə görə, havadan barıt və kükürd iyi gəlir. Yanğınla əlaqədar yerli sakinlərdən pəncərə və qapıları bağlı saxlamaq […]

Dünya

Moskvada binaların damlarında hava hücumundan müdafiə sistemləri niyə yerləşdirilib? – FOTO

Rusiyada binaların damlarında hava hücumundan müdafiə sistemlərinin quraşdırılması “informasiya əməliyyatı”nın tərkib hissəsidir. Moskvada binaların damlarında bu qəbildən sistemlərinin yerləşdirilməsində məqsəd ölkə daxilində Ukrayna müharibəsinin uzun sürəcəyi ilə bağlı fikir formalaşdırmaqdır. Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilib. Analitiklərin fikrincə, Kreml Rusiyanın ekzistensial müharibə apardığına dair ictimai rəyi formalaşdırmaq cəhdlərini gücləndirir. ISW-dan diqqətə çatdırılıb ki, binaların […]

Mədəniyyət

“Khalisi” “Əjdaha evi”nə baxmaqdan imtina edir – FOTO

“Taxt-tac oyunları”nda Deneris Tarqarien (“Khalisi”) rolunu canlandıran Emiliya Klark filmin prikveli olan “Əjdaha evi”nə baxmaqdan imtina edib. Bu barədə aktrisanın özü etiraf edib. Serialın ulduzu ona tanış olan, lakin tamamilə fərqli obrazların iştirak etdiyi kino aləmində keçən hadisələrə baxmağa özünü məcbur edə bilmədiyini deyib. “Bilmirəm, buna görə məni bağışlaya biləcəksinizmi, amma seriala baxmamışam və açığı, […]