İdman

İngiltərədə stadionun üzərində dron peyda oldu, hakim qarşılaşmanı saxladı – VİDEO

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Sauthempton” – “Aston Villa” matçı stadionun üzərində peyda olan pilotsuz uçuş aparatının müşayiət olunması səbəbindən yarımçıq qalıb. Hadisə oyunun birinci hissəsinin son dəqiqələrində baş verib. Nəticədə hakim görüşü saxlayıb və oyunçuları paltardəyişmə otağına yollayıb. Qarşılaşma yalnız 10 dəqiqədən sonra bərpa olunub. Qeyd edək ki, hazırda oyunda ikinci hissənin ortalarıdır, […]

Ana Səhfə

Azərbaycanla Çin arasında qarşılıqlı hörmət var

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verdi. Bu müsahibədə prezident Çin və Azərbaycan münasibətlərini hərtərəfli təqdim etdi. Bildiyimiz kimi Azərbaycanla Çin arasında qarşılıqlı hörmət var. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırdı. Eyni […]

Dünya

İranda Yaxın Şərqin ən böyük həbsxanası olacaq zindan tikilir – FOTO

İranın molla rejimi Məşhəddə baha başa gələn yeni zindan tikir. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir. Bildirilir ki, İran hökuməti Məşhəd şəhərində 10 min nəfər tutumlu həbsxana inşa edir. Bu tikili Yaxın Şərqin ən böyük həbsxanası olacaq.  Digər ölkələrdə insanlara fayda verən böyük mərkəzlər tikilir, layihələr qurulur, lakin molla hakimiyyəti insanların azadlığını əlindən […]

Siyasət

XİN: “Laçın yolunun fəaliyyətinə müdaxilə Ermənistanın işğalçılıq siyasətini hələ unutmadığının göstəricisidir

“Azərbaycanın suveren ərazisi olan Laçın yolunun fəaliyyətinə müdaxilə etməsi Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətini hələ də unutmadığının göstəricisidir. Halbuki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanındığını dəfələrlə bəyan edib”. Oxu.Az xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də […]

Siyasət

Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub

“Ermənistan işğal dövründə minlərlə kv. km. Azərbaycan ərazilərinin minalanmasını həyata keçirib, hal-hazırda mina təhdidini davam etdirir və yalnız 44 günlük Vətən müharibəsindən sonra davam edən mina partlamaları nəticəsində 282 nəfər azərbaycanlı mina qurbanı olub”. Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 20 yanvar 2023-cü il tarixində Ermənistanın xarici […]

Siyasət

İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat – VİDEO

2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində “Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik […]

Siyasət

XİN: “Destruktiv fəaliyyət və bəyanatlar Ermənistanın əleyhinədir”

“Destruktiv fəaliyyət və bəyanatlar bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir”. Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 20 yanvar 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın […]

Şou-Biznes

Müşviq Şahverdiyev “Komedixana”da söyüş məsələsindən DANIŞDI

“Aktrisa Firuzə Balayeva ilə münasibətlərim yaxşı idi, ancaq verdiyi müsahibədən sonra ümumi danışdığına görə ondan küsmüşəm. Firuzə xanımın o sözləri səsləndirməsi bizə xoş gəlmədi. Ən azından illərlə burada yediyi çörəyin xətrinə bunu etməməli idi”. Bu sözləri Lent.az-a açıqlamasında tanınmış aktyor Müşviq Şahverdiyev deyib. O, “Komedixana”da aktrisa Firuzə Balayeva ilə həmkarı Ənvər Abbasov arasında yaşanan qalmaqala […]

Dünya

Qırğızıstan Prezidenti xalqından üzr istədi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkədə işıqların kəsilməsinə və bununla bağlı yaranan narahatlığa görə Qırğızıstan xalqından üzr istəyib. Sadır Japarov qeyd edib ki, ölkə ərazisində müşayiət olunan şaxtalı hava şəraiti ilə əlaqədar elektrik enerjisinin sərfiyyatı artıb, avadanlıqlar yüklənib. “Avadanlıqları qoruyub saxlamaq və qəzaların qarşısını almaq üçün elektrik enerjisinin verilməsi məhdudlaşdırılıb. Allahın köməyi ilə qışdan itkilərsiz çıxacağıq. […]