Siyasət

Azərbaycan və Kuba XİN rəhbərləri telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən nazirlər əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini […]

Siyasət

Ceyhun Bayramov niderlandlı həmkarı ilə Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra ilə telefon danışığı zamanı Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı tərəflər regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar prosesi müzakirə ediblər. C.Bayramov Azərbaycan vətəndaşlarının legitim etirazının […]

Siyasət

Milli Məclis Avropa Parlamentinin qeyri-obyektiv qətnaməsinə etirazını bildirib

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri bəyanat yayıb. Oxu.Az xəbər verir ki, bəyanatda deyilir: “Biz Avropa Parlamentinin 2023-cü il yanvarın 19-da xüsusi prosedur qaydasında qəbul etdiyi qeyri-obyektiv və ədalətsiz qətnaməyə etirazımızı bildirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd […]

Siyasət

Ceyhun Bayramov: “Azərbaycan və NATO arasında siyasi dialoq müxtəlif sahələrdə əməkdaşlığa töhfə verir”

Azərbaycan və NATO arasında davamlı siyasi dialoq müxtəlif sahələrdə əməkdaşlığa töhfə verir. Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 19 yanvar 2023-cü il tarixində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina arasında görüşündə deyib. Görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, həmçinin regional […]

Cəmiyyət

Qardaşı göz yaşı içində İlham və Fərizənin ölüm anını anlatdı – VİDEO

“Xırdalan qəbiristanlığına gəldik. Qəbirqazan yox idi, özümüz qazası olduq. Qəbir də qazılmırdı. Sanki torpaq da onların ölümünə heyifsilənirdi”. Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişində 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib. Onun sözlərinə görə, Şəhidlər xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub. “Dəfn vaxtı gəldi. Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin […]

Siyasət

Prezident: “Biz 2027-ci ilədək Avropaya qaz təchizatını iki dəfə artıracağıq”

“2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac isə 24 milyard kubmetr olacaq”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel […]

Cəmiyyət

Bakıda obyekt yanır

Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən sexlərin birində yanğın başlayıb. “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın müxtəlif sexlərin yerləşdiyi ərazidə qeydə alınıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir. Xeberal.az