Siyasət

Azərbaycana qarşı qarayaxma kampaniyası – VİDEO

Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması üçün əlimizdən gələni etsək də,  ermənilərin provokativ addımları prosesi yubatmağa xidmət edib. Ən yüksək dairələr səviyyəsində bəyan etmişik ki, heç zaman Qarabağda üçüncü qarşıdurmanın tərəfdarı deyilik. Ancaq ermənilər Azərbaycanı yenə bu məsələdə ittiham edirlər. Ölkəmizə qarşı uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti […]

Siyasət

İki bədbəxt “bacı”nın xoşbəxtliyi – VİDEO

Hakimiyyətə gələndə öz xalqına böyük intibah vəd edən və rəqibi Le Pendən fərqli olaraq humanist çıxışları ilə yadda qalan Makron gözləntiləri doğrultmayıb. Keçmiş ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın Qarabağ məsələsində neytral mövqeyini görmədik. Əksinə Makron hakimiyyəti əlindən gələni etdi ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilməsin. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Şou-Biznes

Acunun sevgilisindən 43 min manatlıq sifariş

Türkiyəli iş adamı Acun Ilıcalının sevgilisi Çağla Altunkaya 480 min lirə (təxminən 43 min 449 manat) dəyərində ayaqqabı sifariş edib. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu ayaqqabı “Dior” və “Nike” brendlərinin birgə məhsuludur.  Qeyd edək ki, dünyada həmin ayaqqabıdan sadəcə 8 min ədəd var.

Şou-Biznes

Acunun sevgilisindən 43 min manatlıq sifariş

Türkiyəli iş adamı Acun Ilıcalının sevgilisi Çağla Altunkaya 480 min lirə (təxminən 43 min 449 manat) dəyərində ayaqqabı sifariş edib. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu ayaqqabı “Dior” və “Nike” brendlərinin birgə məhsuludur.  Qeyd edək ki, dünyada həmin ayaqqabıdan sadəcə 8 min ədəd var.

Siyasət

Məhkəmə korpusu yeni nəsil gənc hakimlər hesabına möhkəmləndirilir

Ötən dövrdə 1200-dək hakimliyə namizədlərin şəffaf prosedurlarla seçimi keçirilib. Bu barədə Məhkəmə Hüquq Şurası məlumat yayıb. Bildirilib ki, müasir İKT imkanlarından istifadə edilməklə hər bir namizədin sualları fərdi qaydada, kompüter vasitəsilə cavablandırması müəyyən olunub, sənədlərin qəbulu davamlı xarakter alıb. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər […]

Cəmiyyət

Bakıda keçirilən “l Turan Kitab Festivalı”ndan FOTOREPORTAJ

Bakıda “I Turan Kitab Festivalı” keçirilib. Oxu.Az xəbər verir ki, Festival 11-15 yanvar 2023-cü il tarixlərində “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Yunus Əmrə İnstitutunun Bakı mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. Festivalda ölkənin 40-a yaxın nəşriyyatı, 20-yə yaxın kitab mağazası iştirak edir.  Qeyd edək ki, festival “Pasaj-1901” sərgi salonunda keçirilir və […]

Cəmiyyət

Prokuror iki yaşlı uşağı oğurlayan qadına ağır cəza istədi

Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror Gültəkin Muradovanın verilmiş ittihamla təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. İttiham olunan şəxsin […]

Cəmiyyət

Şamaxıda inzibati binada yanğın olub

Şamaxıda inzibati binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 kvadratmetr olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 kvadratmetr sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 kvadratmetr sahədə və içərisindəki əşyalar yanıb. Binanın qalan hissəsi […]

Siyasət

İnzibati vəzifələrin dördüncü və beşinci təsnifatının əhatə dairəsi genişlənib

Azərbaycanda inzibati vəzifələrin dördüncü və beşinci təsnifatının əhatə dairəsi genişlənib. AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub. Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat […]

Siyasət

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı nümayəndələrinin maaşı artırılır

Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı nümayəndələrinin maaşı artırılır. AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Diplomatik xidmət haqqında” qanunun tətbiq edilməsi barədə”, “Diplomatik xidmət haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında” fərmanlarında […]