MARAQLI

Misirin şimal-şərqinə qar yağıb – VİDEO

Misirin şimal-şərqində yerləşən Şərqiyyə əyalətinə qar yağıb. Yerli KİV yazır ki, əyalətin müxtəlif şəhər və kənd yolları, damları qarla örtülüb. Qeyd olunur ki, Misirin bu ərazilərinə qarın yağması nadir hallarda müşahidə olunur. Paytaxt Qahirədə isə artıq bir neçə gündür ki, güclü yağışlar yağır. Şəhərin bir çox küçələri su yığılması səbəbindən bağlanıb, tunellərdə hərəkət müvəqqəti dayandırılıb, Nil […]

Dünya

Yeni Dehlidə qatar səfərləri təxirə salındı

Hindistanın paytaxtı Yeni Dehlidə duman və küləyin, eləcə də soyuq havanın təsiri ilə hava çirkliliyi “təhlükəli” həddə çatıb. Yeni Dehlidəki meteorologiya stansiyası şəhərin müxtəlif yerlərində beş gündür havanın temperaturunun 4 dərəcədən aşağı olduğunu açıqlayıb. Duman və çiskin səbəbilə görmə məsafəsinin 25 metrə qədər azaldığı şəhərdə dəmir yolu nəqliyyatında fasilələr yaranıb, azı 29 qatar reysi təxirə […]

Dünya

Türkiyədə ən əhəmiyyətli göllərdən biri buz bağladı – FOTO/VİDEO

Türkiyədə Afyonkarahisar şəhərinin Bolvadin rayonunda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb. Nəticədə bölgədə yerləşən və ən əhəmiyyətli göllərdən sayılan Eber gölü buz bağlayıb. Temperaturun mənfi 4 dərəcəyə çatdığı bölgədə donmuş göl maraqlı mənzərələr yaradıb. Qayıqlar gölün kənarında hərəkətsiz qalıb. Buz bağlayan hissələr isə gözəl görüntülər əmələ gətirib. Lakin gölün donması problemlərə də səbəb olub. Belə […]

Dünya

“The Guardian”: “Zelenski Hollivudda əfsanəvi status qazanıb” – FOTO

“Volodimir Zelenski amerikalı aktyorlarla müsahibəsi, videomüraciətləri və ABŞ-yə səfərindən sonra Hollivudda günün qəhrəmanına çevrilib”. Bu barədə “The Guardian”ın köşə yazarı İzabel Koşiv yazıb. “Zelenskinin kommunikasiya fəaliyyətini izləyənlərin fikrincə, məhz o, Hollivudu Ukrayna məsələsinə cəlb etməyə davam edib”, – deyə jurnalist bildirib. Məqalədə Hollivud Tənqidçiləri Assosiasiyasının prezidenti Nikki Faulerdən də sitat gətirilir. Faulerin fikrincə, Zelenskinin səfərini həyatı təqlid edən sənət […]

İdman

İranlı futbolçu Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib

İranlı futbolçu Əmir Rza Nəsr Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib. 26 yaşlı idmançı İsfahanda payız etirazları zamanı 3 polis əməkdaşının öldürülməsində iştirak etməkdə, həmçinin ictimai təhlükəsizliyi pozmaq və qeyri-qanuni təşkilata üzv olmaqda təqsirli bilinib. Eyni zamanda, o, cinayətlərdən birinə görə maksimum müddətdə – 16 il həbsdə qalacaq, çünki İran qanunlarına görə, o, bütün […]

Dünya

“Facebook” Braziliyadakı iğtişaşları dəstəkləyən paylaşımları siləcək

“Facebook” administrasiyası Braziliyanın eks-prezidenti Jair Bolsonarunun tərəfdarlarının təşkil etdikləri iğtişaşlara dəstək verən paylaşımları yığışdıracaq. Bu barədə “Meta”nın sözçüsü Endi Stoun xəbər verib. “Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, – “Facebook”un sahibi olan şirkətin sözçüsü bildirib. Xatırladaq ki, yanvarın 8-də Bolsonarunun tərəfdarları ölkənin paytaxtında aksiyalara başlayaraq, hökumət binalarında iğtişaşlar törədiblər. İlkin hesablamalara görə, iğtişaşlarda beş […]

Dünya

İsti hava İsveçrədə problem yaradıb

Normal şəraitdə ilin bu vaxtında rekord aşağı temperaturun qeydə alındığı İsveçrə Alp dağlarında bu il kifayət qədər qarın yağmaması xizəkçilər və xizək kurortlarının operatorları üçün problem yaradır. İqlim dəyişikliyinin təsiri ilə xüsusilə ilin ilk günlərində Avropada temperaturun mövsümi normalardan yüksək olduğu, bəzi yerlərdə isə 20 dərəcəni keçən temperaturun yaşandığı müşahidə edilib. Yanvarın 1-də Alp dağlarının […]

Dünya

Harri qalmaqallı müsahibə verdi, kraliyyət ailəsi bayram etdi – FOTO

Keyt Middlton Uels şahzadəsi kimi ilk ad gününü qeyd edib. Yanvarın 9-da onun 41 yaşı tamam olub. Bu münasibətlə kraliyyətin “The Royal Family” hesabında təbrik yerləşdirilib. Paylaşıma Keyt Middltonun ötən il sentyabrın sonunda Suonsi şəhərinə səfəri zamanı Şarlotta Buntinq adlı iki yaşlı qızdan gül buketi alarkən çəkilmiş fotosu əlavə edilib. Maraqlıdır ki, 41-ci ad günü […]

MARAQLI

“Twitter”ə sadə, amma lazımlı yenilik gəlir – FOTO

“Twitter”ə mətn formatlama funksiyası əlavə olunacaq. Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı sahibkar İlon Mask sosial şəbəkədəki səhifəsində məlumat verib. “Bu rübdə biz qalın şrift, alt xətt və şrift ölçüsü kimi sadə formatlaşdırma xüsusiyyətlərini əlavə edəcəyik”, – deyə o bildirib. Bundan əvvəl Mask “Twitter”də yeni funksiyalar, o cümlədən uzun mətnlər və interfeysin kütləvi yenilənməsi haqqında məlumat […]

Dünya

Almaniya silah əldə etməklə bağlı qaydaları sərtləşdirir

Almaniyada silahlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Yeni ildə baş verən iğtişaşlar və “Reichsburger” qrupunun Almaniyada hakimiyyəti ələ keçirmək planlarının polis tərəfindən ifşa olunmasından sonra federal daxili işlər naziri Nensi Fezer ölkədə silaha sahiblik haqqında qanunu sərtləşdirmək niyyətindədir. Daxili İşlər Nazirliyinin qanun layihəsində, xüsusən, fiziki şəxslər üçün xüsusilə təhlükəli yarımavtomatik silahların saxlanmasına qadağa qoyulması nəzərdə tutulur. […]