Cəmiyyət

Gədəbəy və Qazaxda dəm qazından zəhərlənənlər var

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb. APA-nın məlumatına görə, rayon sakinləri 1994-cü il təvəllüdlü Sevta Aslanova və onun oğlu 2013-cü il təvəllüdlü Əli Aslanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşadıqları evdə dəm qazından zəhərlənib. Qazaxda 2 nəfər dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir. Zəhərlənən şəxsləri […]

Dünya

Britaniya Şimali Koreyanı nüvə raket proqramından imtina etməyə çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi nüvə başlıqlarının istehsalını artıracağını vəd edən Şimali Koreya lideri Kim Çen Inın son bəyanatlarına reaksiya verib və Pxenyanı raket buraxılışları əvəzinə vətəndaşların rifahına diqqət yetirməyə çağırıb. İdarənin mətbuat xidməti Şimali Koreyanın yanvarın 1-də qısa mənzilli ballistik raket atmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozduğuna işarə edib. London Pxenyanı nüvə […]

Dünya

ABŞ-nin daha bir ştatı insan cəsədlərinin gübrə kimi istifadəsinə icazə verdi

Yanvarın 1-də Nyu York ştatının qubernatoru insan qalıqlarının kompostlanmasını qanuniləşdirib. Bununla da Nyu York ABŞ-də insan qalıqlarının təbii üzvi azaldılmasını qanuniləşdirən altıncı ştat olub. Qanunu ştatın qubernatoru, demokrat Keti Hoçul imzalayıb. Kompostlama kimi tanınan bu alternativ dəfn üsulu müəyyən qayda ilə aparılır. Əvvəlcə mərhumun cəsədi ağac yonqarları, yonca və saman kimi bitki materialı ilə birlikdə təkrar […]

Cəmiyyət

Naxçıvanda yüksək sürət və musiqi tonu ilə avtomobil idarə edən şəxs HƏBS EDİLDİ

Naxçıvanda onu saxlayan polisin qarşısında özünü öldürməklə təhdid edən şəxs həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, hadisə dekabrın 30-da şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, ittihama əsasən, gecə saatlarında avtomaşını yüksək sürət və yüksək musiqi tonu ilə idarə edən Nadir Quliyev (adlar şərtidir) DYP inspektoru tərəfindən saxlanılıb. Məlum olub ki, Nadir dostu Malik Vəliyevlə […]

Dünya

Çindən gələn səyahətçilər üçün 11 ölkə COVID-19 testi tələb edir

Çindən gələn səyahətçilər üçün 11 ölkə COVID-19 testi tələbi tətbiq edib. Bu ölkələr sırasına ABŞ, Böyük Britaniya, Avstraliya, Fransa, Kanada, İspaniya, İtaliya, Yaponiya, Tayvan, Cənubi Koreya və Hindistan daxildir. Malayziya və Filippin Çindən gələn şəxslər üçün mənfi PCR testi tələbilə yanaşı digər məhdudiyyətlər də qoyub. Mərakeş hakimiyyəti isə ümumiyyətlə Çin vətəndaşı olan bütün şəxslərin ölkəyə girişini […]

Dünya

Rusiya ilk dəfə olaraq Ukraynaya Xəzərdəki reaktiv daşıyıcılardan zərbələr endirib

Rusiya qoşunları ilk dəfə olaraq Ukraynaya zərbələr endirmək üçün Xəzər dənizindəki reaktiv daşıyıcılardan istifadə edib. Bu, Rusiya üçün Qara dəniz sahilində logistika ilə bağlı problemlərə işarə edə bilər. Bu barədə Ukrayna telemarafonunun efirində ölkənin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib. “Dünənki raket hücumları üçün səciyyəvi hal o idi ki, […]

Dünya

Livanda Yeni il münasibətilə havaya açılan atəşlər təyyarələrə tuş gəldi

Livanda Yeni il münasibətilə ənənəvi hava atışları MEA aviaşirkətinin təyyarələrinin zədələnməsinə səbəb olub. Məlumata görə, iki ədəd “Airbus A321 neo” təyyarəsi naməlum güllələrə tuş gəlib. Hadisə Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında baş verib. Xatırladaq ki, mülki təyyarələrlə bağlı analoji hallar öncəki illərdə də yaşanıb. Lakin Livan hakimiyyətinin bütün çağırışlarına baxmayaraq, yerli vətəndaşlar böyük bayramlarda […]

Dünya

Rusiyada “Vaqner”ə qoşulan altı məhbus qaçıb

Rostov vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları “Vaqner” silahlı muzdlu dəstəsi sıralarına qoşulan, lakin sonradan qaçaraq gizlənən keçmiş məhbusları axtarırlar. İlkin məlumatlara görə, qaçanlar silahlıdırlar. Bildirilib ki, məhkumlar dekabrın 21 və ya 22-də Ukraynanın işğal altında olan Luqansk rayonundakı hərbi tədris mərkəzinin ərazisini tərk ediblər. Onların arasında üç Özbəkistan, bir Rusiya vətəndaşı, həmçinin Belarus və Qırğızıstan vətəndaşları […]

Dünya

Şimali Koreyada ordu və partiya rəhbərliyi dəyişib

KXDR Silahlı Qüvvələrinin rəhbərliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən dəyişib. KXDR-in Ali Baş Komandanı, KXDR lideri Kim Çen Indan sonra ölkədə əsas hərbçi sayılan KFP Mərkəzi Komitəsinin katibi, KFP Mərkəzi Hərbi Komitəsinin sədr müavini Pak Çonq Çonq vəzifəsindən azad edilib. Onu əvvəllər müdafiə naziri olmuş Li Yonq-gil əvəzləyib. Eyni zamanda, Pak […]

Dünya

Almaniyada Yeni il iğtişaşlarla başladı

Berlində Yeni il iğtişaşlarla yadda qalıb. Məlumata görə, ilin ilk gecəsində fövqəladə hallar xidmətlərinə 38 hücumun edildiyi, bu zaman 15 əməkdaşın yaralandığı bildirililb. 22 nəfər fişəng atəşi nəticəsində xəsarət alıb. Onlardan biri xəstəxanadadır. Həmçinin yanan avtomobili söndürərkən polis və yanğınsöndürənlər də xəsarətlər alıblar. Kroyzberqdə zibil qutularından barrikadalar qurulub və sonradan onlar yandırılıb. Şöneberqdə küçə barrikadasında […]