Siyasət

İlham Əliyev KTMT-nin Azərbaycana münasibəti barədə: “Təşkilatda dostlarımız Ermənistanınkından daha çoxdur”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim dostlarımız Ermənistanınkından daha çoxdur”. Bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev noyabrın 21-də YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib. “Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu haqda çox danışmaq olar, sadəcə olaraq, bir neçə məqamı qeyd etmək istəyirəm. Biz MDB məkanında birinci ölkə olduq ki, […]

Siyasət

İlham Əliyev iqtisadiyyat sahəsində gündəlikdə duran məsələləri AÇIQLADI

“Bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə – bütün bunlar gündəlikdə duran məsələlərdir”. Bu sözləri YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyev deyib. “O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun […]

Siyasət

Prezident: “Bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur”

“2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir”. Bu sözləri YAP-ın yaradılmasının 30-cu ildönümü ilə bağlı Bakıda keçirilən tədbirdə Prezident İlham Əliyev deyib. “Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət […]

Dünya

Teylor Svift “İlin artisti” oldu – FOTO

Amerikalı müğənni Teylor Svift 2022 “American Music Awards”da “İlin artisti” mükafatını qazanıb. Bu barədə Los-Ancelesdə baş tutan mərasimin təşkilatçıları məlumat veriblər. “İlin artisti” adına digər namizədlər Harri Stayls, Adel, Obri Dreyk Qrem (Drake), “The Weeknd”, Beyons və “Bad Bunny” idi. Amerika musiqi mükafatları mərasimi “American Music Awards” 1973-cü ildə təsis edilib. Mükafat musiqi məhsullarının istehlakçıları […]

Cəmiyyət

Azərbaycanda 6 aylıq hamilə qadını zorlamaq istəyən kişi CƏZALANDIRILDI

Xaçmazda qadınların evinə girərək zorla onlarla cinsi əlaqədə olmağa çalışan 1990-cı il təvəllüdlü Kənan Bayramov (soyadlar şərtidir) cəzalandırılıb.  Sfera.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrın 24-də 6 aylıq hamilə olan İlahə Quliyevanın evinə daxil olaraq onunla zorla cinsi əlaqədə olmağa çalışıb. Belə ki, hadisə günü İlahə çimdikdən sonra saçını fenlə qurudarkən qəflətən Kənan əli […]

Siyasət

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarına müraciət edib. Oxu.Az xəbər verir ki, dövlət komitəsinin müraciətində deyilir: “Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada […]

Dünya

Rəcəb Tayyib Ərdoğan: “İraq və Suriyadakı əməliyyat təkcə hava zərbələri ilə məhdudlaşmayacaq”

“Qurudan və havadan nə lazımdırsa, etdik. Bundan sonra da etməyə davam edəcəyik”. Bu barədə Qətər səfərindən dönən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib. Ərdoğan İraq və Suriyanın şimal istiqamətində “Pençe Kılıç” hava əməliyyatının quru əməliyyatı ilə davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. “Bunu asanlıqla deyə bilərəm ki, əvvəla, İraq və Suriyanın şimalındakı bu […]

Dünya

Repressiv qüvvələr İranda etirazçıları atəşə tutdular – DƏHŞƏTLİ KADRLAR

İranın Cavanrud şəhərində etirazçılar atəşə tutulublar. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, xüsusi təyinatlılar insanlara atəş açırlar, çox sayda ölən və yaralananın olduğu müşahidə edilir. Repressiv qüvvələr etirazçılara atəş açaraq onların qarşısını almağa çalışırlar.       Xeberal.az

Cəmiyyət

Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.  Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Metroda cibgirlik edən şəxslər TUTULDULAR – FOTO

Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun müxtəlif  stansiyalarında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən mobil telefon oğurlamaqda şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Qocayev və 1990-cı təvəllüdlü Fazil Zeynaov saxlanılıblar.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur. Araşdırmalar davam etdirilir. […]