Cəmiyyət

Qəbələdə 10 yaşlı qız dəm qazından öldü

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.  İlkin ehtimala görə, hadisə uşağın vanna […]

Dünya

Aşqabad Azərbaycan, Türkmənistan və Türkiyə sammitinə ev sahibliyi etməyə hazırlaşır

Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə sammitinin keçirilməsi planlaşdırılır. Bu barədə “Neytral Türkmənistan” qəzeti Türkmənistan parlamentinin Yuxarı Palatasının (Halk Maslahatı Milli Gengeş) sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşündən sonra məlumat yayıb. Qəzet yazır ki, Berdiməhəmmədov Türkmənistan-Azərbaycan-Türkiyə formatında üçtərəfli əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini və tərəflərin dekabrın əvvəlinə planlaşdırılan görüşünə Aşqabadın ev sahibliyi […]

Cəmiyyət

İrandan Azərbaycana qeyri-adi üsulla külli miqdarda mal keçirmək istədi – FOTO

Külli miqdarda siqareti portağal yeşiklərinin arasında xüsusi üsulla gizlədib. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Belə ki, Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99-DE-312 / 99-ZB-124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocəsən gömrük postunda baxış keçirilib. Baxış […]

Dünya

İranda hökumət qüvvələri 12 yaşlı güneylini güllələyib öldürdülər – FOTO

Noyabrın 17-də Güney Azərbaycanın Zəncan şəhərində Arşiya Sultani adlı 12 yaşlı uşaq hökumət qüvvələri açdığı atəş nəticəsində həyatını itirib. Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 56 uşaq öldürülüb.   Xeberal.az

Dünya

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır

Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. “Report”un məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov Çin təmsilçisi Xiao Zhou ilə üz-üzə gələcək. Ötən gün 63 kq-dakı Sədri Həmidreza ilk qarşılaşmasında özbəkistanlı Niyaz Pulatova uduzub. Qeyd edək ki, Azərbaycan dünya çempionatında ümumilikdə səkkiz taekvondoçu ilə təmsil […]

Dünya

Molla rejiminin əsas fiqurlarından biri istefa verib? – FOTO

Sosial şəbəkələrdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxaninin istefa verdiyinə dair məlumatlar verilir. Xəbər molla rejiminin kütləvi aksiyaları güc yolu ilə, çoxlu sayda insanı öldürməklə və həbsə atmaqla yatırmaq cəhdlərinin boşa çıxması fonunda yayılıb. Lakin “Azad İran” “Telegram” kanalının məlumatına görə, Ali Milli Təhlükəsizlik Şurasının rəsmi media orqanı olan “Noor News” saytı […]

Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişindən tapança götürüldü

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.  Silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib. Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Xeberal.az

Cəmiyyət

Bərdə və Salyanda narkotik əməliyyatı: Səkkiz nəfər saxlanıldı – FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və quldurluq əməli törətməkdə şübhəli bilinən ümumilikdə səkkiz nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qax rayon sakini, […]

Cəmiyyət

Azərbaycanda DƏHŞƏT: Vəhşi heyvan kişini parçaladı

Oğuz rayonunda meşədə meyit aşkarlanıb.  Oxu.Az-ın məlumatına görə, meyit rayonun Tayıflı kəndindəki meşəlik ərazidə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları […]

Cəmiyyət

Ağdamda yanğın: Xəsarət alan var

Ağdam rayonunda yanğın hadisəsi baş verib.  Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Belə ki, rayonun Üçoğlan kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə və dam örtüyü 60 kvadratmetr sahədə yanıb.  Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən […]