Dünya

Ərdoğan İsrailə səfir təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib. Təyinat qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub. Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub. 2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var. Xeberal.az

Dünya

ABŞ-dən xəbərdarlıq: “Şimali Koreya təhdidlərini davam etdirərsə…”

Şimali Koreyadan gələn təhdidlər artarsa, ABŞ Asiya-Sakit okean regionunda hərbi mövcudluğunu genişləndirmək məcburiyyətində qalacaq. Bu barədə ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə söhbətində qeyd etmək niyyətindədir. “Bayden Si Cinpinə öz yanaşmasını təqdim edəcək, ona görə, KXDR təkcə ABŞ, Cənubi Koreya və Yaponiya üçün deyil, həm də bütün regionda sülh və sabitlik üçün təhlükə […]

Siyasət

Bayrağımızla yüksələn AND YERİMİZ – FOTO

Azərbaycan xalqı müsəlman Şərqində ilk Demokratik Cümhuriyyəti qursa da, o dövrdə Qafqazdakı geosiyasi vəziyyət, işğal faktoru yeni yaranmış gənc dövlətin müstəqilliyinə son qoyub. Beləliklə, Azərbaycanın dövlət quruculuğu istiqamətində atacağı bir çox addımlar, o cümlədən hüququn aliliyinin təmin edilməsi, zəruri qanunlar, xüsusən Konstitusiya qəbul edilməyib. Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik: Konstitusiyanın hazırlanması zərurəti Bolşevik […]

Siyasət

TDT-dən Azərbaycana təbrik – FOTO

“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”. Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) “Twitter” səhifəsində yazılıb. “Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda bildirilib. Qeyd edək ki, bu gün – 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Türk Devletleri Teşkilatı […]

Cəmiyyət

Zaqatalada ana və azyaşlı övladı dəm qazından zəhərləniblər

Zaqatalada ana və qızı dəm qazından zəhərləniblər. APA-nın məlumatına görə, hadisə noyabrın 11-dən 12-nə keçən gecə Zaqatala şəhər ərazisində baş verib. Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qızı Əhmədli və onun azyaşlı övladı – 2015-ci il təvəllüdlü Damla Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə zamanı ana […]

Cəmiyyət

Siyəzəndə avtomobillər toqquşub, ər və arvad xəsarət alıblar

Siyəzəndə avtomobil qəzası nəticəsində ər və arvad xəsarət alıblar. “Report”un məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1990-cı il təvəllüdlü Sultanov Zaur Səlahəddin oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Sultanova Samirə Nurməmməd qızı xəsarət alıblar. Müxtəlif dərəcəli xəsarətlər alan ər-arvad xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Qətər yığmasının DÇ-2022 üçün heyəti açıqlanıb – FOTO

Qətər millisinin 2022-ci il dünya çempionatı üçün heyəti müəyyənləşib. 26 futbolçudan ibarət siyahıda yalnız yerli komandalarda çıxış edən futbolçular yer alıblar. Our ?? national team squad for the #2022WorldCup A team to be proud of ? #AllForAlAnnabi ? #ForTheLoveOfQatar pic.twitter.com/VvP0qyWJZD — Qatar Football Association (@QFA_EN) November 11, 2022 2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın […]

Dünya

Rusiya Co Baydenin ən yaxın adamlarının adını “stop-list”ə daxil edib

Rusiya Xarici İşlər Nazirliyi 200 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Siyahıya ABŞ prezidenti Co Baydenin qardaşları və bacıları, həmçinin bir sıra nazirlərin, senatorların adları daxil edilib. “Bayden administrasiyası tərəfindən təkcə Rusiya rəsmilərinə, ictimaiyyət nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həmçinin Vaşinqtona etiraz edənlərə qarşı mütəmadi olaraq tətbiq edilən bütün yeni sanksiyalara cavab olaraq bir sıra ABŞ […]

Dünya

Ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayıblar – FOTO/VİDEO

Böyük Britaniyanın Kent qraflığında ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayan iki kişi 8 və 7 il həbs cəzasına məhkum edilib. Həmin şəxslər əvvəlcə ekskavatoru oğurlayıblar, sonra onun köməyi ilə bina, iaşə obyektlərinin qarşısında quraşdırılan bankomatları götürüb kəndə aparıblar. Orada onları bankomatlar açılıb pulları götürüləndən sonra bütün sübutları məhv etmək üçün texnikanı yandıraraq məhv ediblər. […]