Dünya

Türkiyədə insanlara dağıdıcı zəlzələ zamanı necə davranmağın qaydalarına dair təlimlər keçirilir

Türkiyədə sıravi sakinlərin, yataqxana tələbələrinin, hökumət rəsmilərinin və fabrik işçilərinin iştirakı ilə kütləvi mülki müdafiə təlimləri keçirilir. Mülki müdafiə təlimləri 1999-cu ildə Türkiyənin Düzcə bölgəsində baş verən zəlzələnin 23-cü ildönümünə həsr edilib.  Təlimlərə cəlb edilmiş mütəxəssislər insanlara dağıdıcı zəlzələ zamanı necə davranmağın, həyatı təhlükədə olan insanlara yardım etməyin əsas qaydalarını izah edirlər.   Təlimlərin əsas məqsədi insanların maarifləndirməkdir.  […]

Dünya

ABŞ-də Demokratların Senata nəzarəti ələ keçirməsi üçün bir yer qaldı

ABŞ-də Senata nəzarəti təmin etmək üçün Demokratlar Partiyası daha bir yer qazanmalıdır. Bu məlumatı ölkənin aparıcı KİV-ləri cümə günü öz hesablamalarına istinadən verib. Arizonada Konqresin yuxarı palatasına seçkilərdə hazırkı demokrat senator Mark Kelli qalib gəlib. Səslərin 88%-ni hesablandıqdan sonra Kelli 52% səs toplayıb, onun respublikaçı rəqibi Bleyk Masters isə 46% səsə sahibdir. Rəsmi məlumatlar daha sonra […]

Dünya

Rusiyada yaşyarımlıq körpə alt paltarında bağçadan qaçdı – VİDEO

Rusiyanın Kirov şəhərində yaşyarımlıq qız uşaq bağçasından qaçıb. Onun əynində yalnız uşaq bezi olub. Uşağı küçədə kuryer və yoldan keçən qadın görüb. Onlar qızı evə aparıblar və təcili yardım çağırıblar. Sonradan körpənin valideynləri də gəlib çıxıblar. Onların dediyinə görə, uşaq yuxu saatı zamanı bağçadan çıxıb bir saata yaxın dolaşsa da, müəllimlərdən heç biri ondan xəbər tutmayıb. […]

Dünya

İranın hakim elitası parçalanır – ŞƏRH

İranda Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimir. Günbəgün artan və genişlənən aksiyaların hədəfi də artıq dəqiqləşib – mövcud molla idarəçilik rejimi. Etirazçılar sistem daxilində siyasi islahat tələb etmir, qəti şəkildə teokratik rejimin getməsini istəyir. Aksiyalar rejimin ən qatı tərəfdarı olan Qum və Məşhəd kimi şəhərləri də əhatə edib. Aksiyalar başlayandan yüzlərlə etirazçı öldürülüb, […]

Şou-Biznes

Aqşin Fateh: “Rəşadın yerinə olsaydım, mən də…”

Meyxanaçı Aqşin Fateh həmkarı Rəşad Dağlının həbsindən danışıb. Lent.az xəbər verir ki, “Xəzər axşamı” proqramına qatılan müğənni Rəşada və ailəsinə dəstək olduğunu bildirib: "Həm sənətçi, həm kişi kimi mütləq borcumdur ki, bunu deyim. Sosial şəbəkələrdə bir-iki məqalə oxudum, şərhlərdə artıq şeylər yazmağa başlayıblar. Əvvəla Rəşad qardaşımızın ailəsinə, Yusif balasına, qızına səslənirəm. Siz elə bilməyin ki, təksiniz. Biz […]

Dünya

Rusiya Çaplinkadakı helikopter bazasını təxliyə edir – FOTO

Rusiyalılar Ukraynanın Çaplinka şəhərindəki helikopter bazasını boşaltmağa başlayıblar. Rus hərbçilər Xerson bölgəsində, Krıma yaxınlığında yerləşən bazalarını təxliyə edirlər. Bu barədə “Telegram” kanalları məlumat yayıb. Məlumata görə, rusiyalılar Çaplinkadakı bazadan texnikaları çıxarmağa başlayıblar. Mənbə: Donpress Xeberal.az

Siyasət

Azərbaycan və Fransa Prezidentləri arasında telefon danışığı olub

Noyabrın 12-də Fransa Respublikasının Prezidenti Emanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha […]

Dünya

Roqozin hərbi əməliyyatların keçirildiyi zonaya ən müasir silahların göndəriləcəyini bildirib

“Yaxın aylarda Ukraynadakı hərbi əməliyyatların keçirildiyi zonaya ən müasir rus silahları daxil olmağa başlayacaq”. Bu sözləri Rusiyanın “Roskosmos” dövlət korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozin deyib. D.Roqozin bəyan edib ki, Rusiya qoşunları döyüş meydanında ən müasir texnologiyalardan istifadə etməlidir. O, vurğulayıb ki, ordunun müasir silah sistemləri ilə təmin ediləməsi Rusiyanın müharibədə qalib gəlməsinə imkan verəcək. Mənbə: Gazeta.ru Xeberal.az

Cəmiyyət

Gürcüstanda soydaşlarımız etiraz aksiyası keçirdi – VİDEO

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Dəllər (Muşevani) kəndinin sakinləri etiraz aksiyası keçiriblər. Buna səbəb isə kəndin ərazisində aşkrarlanan qızıl yataqlarında qazıntı işlərinin aparılmasıdır. Kənd sakinləri bildiriblər ki, əgər yataqlarda qızıl hasilatına başlanarsa, bu, kəndin ekologiyasına, eləcə də əhalinin yaşam tərzinə çox mənfi təsir edəcək. Onlar etirazlarına davam edəcəklərini bildiriblər. Daha ətraflı Baku TV-nin süjetində: […]