Dünya

Afrikada göyərtəsində 53 nəfərin olduğu təyyarə gölə düşüb – VİDEO

Tanzaniyanın “Precision Air” aviaşirkətinin sərnişin təyyarəsi Viktoriya gölünə düşüb. Bildirilir ki, təyyarədə 53 nəfər olub (49 sərnişin və 4 ekipaj üzvü). Təyyarə Tanzaniyanın inzibati mərkəzi olan Dar əs-Salam şəhərindən Afrika ölkəsinin digər şəhəri Mvanzaya uçub. İlkin məlumata görə, qəzaya fırtına və güclü yağış səbəb olub. Axtarış-xilasetmə əməliyyatı davam edir. Sərnişinlərin xeyli hissəsi artıq xilas edilib. […]

Dünya

Almaniyada benzinin qiyməti ölkə tarixindəki ən yüksək həddə çatıb

2022-ci il Almaniya üçün benzin və dizel yanacağının qiyməti baxımından ən bahalı il olacaq və onun bitməsinə qalan iki ay statistik rəqəmləri dəyişməyəcək. Belə ki, fevral ayından Almaniyada dizel yanacağının qiyməti 2,30 avrodan, benzinin qiyməti isə 2,20 avrodan baha olub. Məlumata görə, öncəki rekord 2012-ci ildə qeydə alınıb. O zaman premium E10 markalı benzinin qiyməti […]

Dünya

Liz Trassın nəhəng müqəvvası yandırıldı – VİDEO

Noyabrın 5-dən 6-na keçən gecə Britaniyada Qay Foks Gecəsi qeyd olunub. Məhz 1605-ci ilin bu gecəsi katolik sui-qəsdçiləri Britaniya parlamentinin binasını partlatmağı planlaşdırıblar. Həmin gecə protestant kralı I Yakov qanunverici orqanda parlament üzvləri və ali hakimlərin iştirakı ilə çıxış etməli idi. Qay Foks Vestminster sarayının zirzəmisində barıt çəlləklərini yandırmağa cəhd edib. Terror aktının qarşısı iştirakçılardan […]

Dünya

Çexiya XİN Rusiya rəhbərliyi üçün xüsusi tribunal yaratmağa çağırıb – FOTO

Çexiya Xarici İşlər Nazirliyi Ukraynada törədilmiş hərbi cinayətlərə görə Rusiyanın ali rəhbərliyi üzərində xüsusi tribunalın yaradılmasına çağırıb. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “Twitter” səhifəsində yazıb. “Çexiya Ukraynadakı cinayətlərə görə Rusiyanın ali siyasi rəhbərliyini mühakimə etmək üçün xüsusi tribunalın yaradılmasını müdafiə edən ölkələr sırasındadır. Dövlətin istənilən siyasi lideri müharibənin başlanmasına görə məsuliyyət daşımalıdır”, […]

Dünya

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu: Ölən və yaralananlar var

Amasyanın Taşova rayonunda sərnişin avtobusu ilə tikinti texnikasını daşıyan yük maşını toqquşub. Arxadan gələn avtobus yük maşını üzərindəki ekskavatora çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Avtobusda olan sərnişinlərdən Gülər ​​Gümüş qəza yerində, avtobus sürücüsü Mustafa Dursun və sərnişinlərdən Mehmet Kılıçarslan isə aparıldıqları xəstəxanada dünyasını dəyişiblər. Yaralılardan 8-i əraziyə göndərilən təcili tibbi yardım maşınları ilə […]

Dünya

Serbiya Fransa və Almaniyanın təkliflərini rədd edib

Serbiya Fransa və Almaniyanın Kosovo ilə bağlı təkliflərindən imtina edib. Bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç bildirib. Serbiya hakimiyyəti Kosovonun müstəqilliyini qəbul etmək niyyətində deyil və buna görə də Almaniya və Fransanın təkid etdiyi kimi Kosovonun BMT-yə qəbulu ilə razılaşmayacaq. Xarici işlər naziri “Novosti” agentliyinə müsahibəsində belə bir təklifin Serbiyaya sadalanan ölkələrin səlahiyyətli […]

Dünya

Polşa prezidenti Aİ-ni ölkədə hakimiyyət dəyişikliyi istəyində günahlandırdı

“Avropa Komissiyası Polşa hakimiyyətini, o cümlədən insan haqları məsələlərində güzəştə getməyə məcbur edir. Lakin Varşava artıq bununla razılaşmayacaq”. Bunu Polşa Prezidenti Anjey Duda bəyan edib. Siyasətçi həmçinin hesab edir ki, Avropa İttifaqı və Avropa Komissiyası ölkədə hakimiyyəti dəyişmək istəyir. Qeyd olunur ki, söhbət həm də AK-nin qəbul etdiyi COVID-19 pandemiyasından zərər çəkmiş Polşanın bərpası planından […]

Dünya

BMT: “Son səkkiz il müşahidələr tarixində ən isti illər ​​olub”

“İqlim dəyişikliyi “fəlakətli sürətlə” baş verir. Bəşəriyyət tarixinin son səkkiz ili hava müşahidələri tarixində ən isti illər olub”. Bunu bazar günü BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Meteorologiya Təşkilatının iqlim vəziyyəti ilə bağlı hesabatının dərci ilə əlaqədar COP-27 iqlim konfransının iştirakçılarına müraciətində bildirib. “İndi COP-27 başladığı üçün planet fəlakət siqnalı göndərir. İqlim vəziyyəti hesabatı iqlim […]

Dünya

Avropa Komissiyası Ukraynaya 18 milyard avroluq yardım edəcək

Avropa Komissiyası (AK) 2023-cü il üçün Ukraynaya yardım planını təqdim edəcək. Plan 18 milyard avro məbləğində hesablanıb. Bunu təşkilatın rəhbəri Ursula fon der Lyayen bildirib. Noyabrın əvvəlində Aİ diplomatiyasının rəhbəri Jozep Borrell bəyan edib ki, Avropa İttifaqı (Aİ) 2022-ci ildə Kiyevə maliyyə, iqtisadi və hərbi dəstək üçün 22 milyard avro ayırıb. Eyni zamanda siyasətçi vurğulayıb […]