Kriminal

Ucar sakini toyda bıçaqlanıb

Ucarda keçirilən toy məclisində bıçaqlanma baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şadlıq saraylarından birində baş verib. Toy məclisinin 2 iştirakçısı arasında baş vermiş mübahisə qanla nəticələnib. Nəticədə rayon sakini, 1983-ci il təvəllüdlü Seymur Soltanəli oğlu İsmayılov bıçaqlanıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən […]

Dünya

Rusiya ABŞ-dakı aralıq seçkilərinə müdaxilə etməyə çalışır

Amerikalı ekspertlər Rusiyanın noyabrın 8-də ABŞ-da keçiriləcək aralıq seçkilərinin nəticələrinə təsir göstərmək üçün bir neçə cəhdini müəyyən ediblər. Bu iddia ilə “The New York Times” qəzeti çıxış edib. Məlumata görə, tədqiqat qrupu bir müddət fəaliyyətsiz olan bir neçə sosial media hesabında Demokratlar Partiyasının mövqeyinin zəifliyi, habelə Ukraynanı dəstəkləmək üçün ABŞ vergi ödəyicilərinin vəsaitlərinin məqsədəuyğun olmayan istifadəsinə […]

Dünya

Almaniya kanslerinin partiyası İrana qarşı sanksiyaları genişləndirməyə çağırıb

Almaniyada hakim koalisiyaya daxil olan və kansler Olaf Şoltsun liderlik etdiyi Sosial Demokrat Partiyası (SDP) İran hakimiyyətinin nümayişçilərə qarşı hərəkətlərini pisləyib və ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə bazar günü partiyanın qurultayının yekununda qəbul edilmiş bəyanatda deyilir. “Yüzlərlə ölüm, siyasi sui-qəsdlər, saysız-hesabsız yaralananlar və ölüm cəzasına qədər ağır cəzaya məruz qalan on […]

Dünya

BMT İqlim məsələlərini müzakirəyə çıxarıb

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-27) 27-ci Tərəflər Konfransının rəsmi açılış mərasimi bazar günü misirin Qırmızı dəniz sahilindəki Şarm əl-Şeyx şəhərində baş tutub. Təntənəli tədbir Şarm əl-Şeyx Beynəlxalq Konqres Mərkəzində təşkil olunub. İlk iclas zamanı BMT Konfransına sədrlik əvvəlki İqlim Sammitinin (COP-26) prezidenti britaniyalı Alok Şarma tərəfindən hazırkı beynəlxalq foruma ev sahibliyi […]

Dünya

Buxarest hotelində fransız hərbçinin cəsədi tapıldı

Bazar günü Buxarestin şimalındakı bir hotel otağında ölü fransız hərbçi tapılıb. Boğazına qayçı sancılan 41 yaşlı fransızı hotelin xadiməsi aşkar edib. Hərbçi NATO-nun Rumıniyadakı döyüş qrupunun əsas hissəsinin yerləşdiyi Cincuda (Brasov dairəsi) yerləşən fransız batalyonunun təmsilçisi olub. İş üzrə istintaq Buxarest hərbi tribunalı prokurorunun nəzarəti altında şəhər polisi tərəfindən aparılır. İstintaqa yaxın mənbələrin məlumatına görə, […]

Siyasət

AzTV Rusiyanın Vardanyan planını ifşa etdi: Erməni milyonçu Qarabağa niyə gətirildi? – VİDEO

Azərbaycan Televiziyasının efirində erməni milyonçu Ruben Vardanyanın Qarabağa gəlməsi məsələsinə toxunulub. “Bu səfər nə deməkdir, bu səfərin mahiyyəti nədir, hörmətli Rusiya rəsmiləri? Prezident Vladimir Putin bildirir ki, bu səfərdən xəbəri yoxdur. Əlbəttə, siz dediniz, biz də inandıq, cənab Putin. Vardanyana şərait yaradan elə Rusiyadır, Rusiya rəsmiləridir, Rusiya dövlətinin başbilənləridir, yəni rəsmi Kremldir. Bunu hər kəs […]

Cəmiyyət

Sumqayıtda mənzildə partlayış baş verib, xəsarət alan var – FOTO/VİDEO

Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 71 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Oxu.Az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış […]

Müharibə

Erməni vəhşiliyinin əyani sübutu: Bərdənin bombalanması nəticəsində 16 yaşlı gəncin ölməsindən iki il keçir

Sərhəd tanımayan erməni vəhşiliyi müharibənin son günlərində də özünü büruzə verdi.  Oxu.Az xəbər verir ki, 2020-ci il 7 noyabr saat 16 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Bərdə rayonunu raket atəşinə tutub. Hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu […]