Dünya

Böyük Britaniya Rusiya Mərkəzi Bankının rəhbərinə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə cavab olaraq həyata keçirilib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dörd separatçı regionunun başçıları arasında Donentsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında müqavilələr imzalanıb. Mənbə: TASS Xeberal.az

İdman

“Bavariya” “Bayeri” darmadağın etdi – VİDEO

Almaniya Bundesliqasında 8-ci tura start verilib. Oxu.Az xəbər verir ki, “Bavariya” “Bayer”i  qəbul edib. Görüş meydan sahiblərinin qonaqları darmadağın etməsi ilə yekunlaşıb. Münhenlilər 4:0 hesabı ilə qalib gəliblər. “Bavariya” – “Bayer” – 4:0 Qollar: Sane, 3, Musiala, 17, Mane, 39, Müller 84 Bu nəticədən sonra Yulian Naqelsmannın baş məşqçisi olduğu komanda 15 xalla 2-ci pillədə qərarlaşıb. […]

Cəmiyyət

Toyuq ətinin qiyməti dəyişməyib, bəs, dönər niyə bahalaşıb? – AÇIQLAMA + VİDEO

Çox sevilən, həm də çox yeyilən dönərin qiyməti bahalaşıb. Belə ki, qiymətdə olan dəyişiklik son bir neçə gündür ki, hiss olunur. “Xəzər Xəbər”in məlumatına görə, paytaxtın mərkəzi olmayan məkanlarında belə qiymət fərqi hiss olunacaq dərəcədədir. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli məsələyə mənasıbət bildirib. “Sadəcə, orta və ali məktəblərin açılması ilə […]

Dünya

Müharibə əleyhdarı olan rusiyalı repçi intihar edib – VİDEO

Rusiyalı repçi, “Walkie” ləqəbi ilə məşhur olan İvan Petunin intihar edib. 27 yaşlı repçinin cəsədi Krasnodar şəhərində, çoxmərtəbəli binanın yaxınlığında tapılıb. O, ölümündən əvvəl sosial şəbəkələrdə videomüraciət yayımlayıb. Petunin çıxışında Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib. “Mən əlimə silah ala və tətiyi çəkərək özüm kimi insanları öldürə bilmərəm. Bəzən öz prinsiplərinə görə ölməyi bacarmaq […]

Dünya

Co Bayden administrasiyası: “ABŞ Rusiyaya sanksiyalarla cavab verəcək”

ABŞ Rusiyanın Ukraynanın dörd bölgəsini öz ərazisinə birləşdirməsindən sonra Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək. Bu sözləri jurnalisti Piter Aleksandr ABŞ prezident administrasiyasının nümayəndəsi Co Baydenə istinadən deyib. “Bayden administrasiyası Rusiyanın Ukraynanın şərqini ilhaq etməsinə yəni sanksiyalarla cavab verəcək”, – Piter Aleksandr öz “Twitter”ində yazıb. Qeyd edək ki, bir neçə saat əvvəl Kremldə Ukraynanın dörd bölgəsinin […]

Siyasət

Zelenski: “Əgər biz Rusiyanı dayandırmasaydıq, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı”

Volodimir Zelenski Ukraynanın bütün ərazisinin Rusiya işğalından azad ediləcəyini bəyan edib. O, bu barədə xalqa ənənəvi videomüraciətində bildirib. “Biz bu gün burada, Kiyevdə, ölkəmizin qəlbində bütün azad xalqların təhlükəsizliyi üçün qətiyyətli addımlar atırıq. Bizi hədələyənləri, öldürmək və şikəst etmək istəyənləri görürük. Onlar özlərinin nəzarət zonasını genişləndirməkdən ötrü vəhşilik törədirlər”, – deyə Volodimir Zelenski vurğulayıb. Ukrayna […]

Dünya

Rusiya səfiri Latviya Xarici İşlər Nazirliyinə çağrıldı: Ukrayna ərazilərinin ilhaqı ilə bağlı

Rusiyanın Riqadakı səfiri Mixail Vanin Latviya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Latviya xarici işlər naziri Edqar Rinkeviç məlumat verib. Nazir qeyd edib ki, bu, Rusiyaya yeni ərazilərin birləşdirilməsi ilə bağlıdır. “Səfir Rusiyaya yeni subyektlərin qəbulu ilə bağlı çağrılıb”, – deyə Rinkeviç bildirib. Mənbə: news.ru Xeberal.az

Dünya

Rusiyada Ukraynadakı müharibəyə yollanan çağırışçıların avtobusu qəzaya düşdü – VİDEO

Rusiyada qismən səfərbərliyə çağırılanların olduğu avtobus qəzaya düşüb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Hadisə Tatarıstanın Buqulma rayonunda baş verib. Məlumata görə, avtobus əvvəlcə dayanacağa çırpılıb, bunun ardınca xəndəyə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir. Hadisə yerinə polis əməkdaşları yollanıblar. Onlar qəzanın təfərrüatını araşdırırlar. Mənbə: Gazeta.ru Xeberal.az