Dünya

Çavuşoğlu Lavrovla Qafqazdakı vəziyyəti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon vasitəsilə taxıl sazişi ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. “Taxıl sazişi ətrafında vəziyyət, Qafqazda son hadisələr və 3+3 regional platforması çərçivəsində əməkdaşlıq müzakirə edilib”, – məlumatda bildirilib. Mənbə: Haber Global Xeberal.az

İdman

Azərbaycanın dünya çempionu 36 pillə irəliləyib – REYTİNQ

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. “Report” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb. Teymur Rəcəbov 2747 xalla 5 pillə irəliləyərək, 11-ci sıraya yüksəlib. 2746 xalı olan Şəhriyar Məmmədyarov isə bir mövqe itirərək 14-cü yerdə qərarlaşıb. Qədir Hüseynov (2661) 2 pillə irəliləyərək 86-cı yerə enib. 2 […]

Siyasət

Soçi danışıqları: Paşinyanın növbəti uğursuzluğu

Caliber.Az Soçi danışıqlarının bəzi təfərrüatından xəbər tutub. Belə ki, əldə olunan məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hadisələri yekun bəyanatında əks etdirmək istəsə də, buna nail ola bilməyib. Üstəlik, Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma bu cəhd […]

Dünya

Bolqarıstanda Türkiyənin iştirakı ilə birgə hərbi dəniz təlimi başlayıb

Bazar ertəsi Bolqarıstanın ərazi sularında, ölkənin cənub Qara dəniz sahilindəki Burqas şəhəri yaxınlığında “Poseydon 2022” minalardan təmizləmə təlimi başlayıb. Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 5-dək davam edəcək manevrlərdə Bolqarıstan, Rumıniya, Belçika, Yunanıstan, Latviya və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti iştirak edir. Təlimlərin məqsədi minatəmizləmə tədbirlərinin planlaşdırılması və aparılması, […]

Cəmiyyət

“Milli ornamentlərlə bəzədilmiş “qədim dəmiryolu vağzalı”-dan FOTOREPORTAJ

Ötən əsrdə insanlar bir yerdən digərinə rahat şəkildə gedə bilmirdilər. Nəqliyyat vasitələri indiki qədər deyildi. Xüsusən uzaq Bakı kəndlərində yaşayanlar əziyyət çəkirdilər. Bunun üçün işə bəzən piyada gəlib-gedirdilər. 1930-cu ilə qədər qədim Maştağa kəndində yaşayanlar bu problemlə üz-üzə idilər. Maştağadan digər ərazilərə işə gedənlər piyada getmək məcburiyyətində qalırdılar. Lakin 1930-cu ildə yerli ustalar tərəfindən dəmiryolu […]

Cəmiyyət

Gəncədə mikroavtobus qəza törətdi: Xəsarət alanlar var

Gəncə şəhərində, 3-cü mikrorayon ərazisində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. “Report”un məlumatına görə, “QAZel” markalı mikroavtobusla VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində mikroavtobusda olan iki nəfər xəsarət alıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Mikroavtobusda Şəmkir rayonunda təsərrüfatda işləyən fəhlələrin olduğu bildirilir. Xatırladaq ki, bir neçə saat öncə də Gəncə şəhərində sərnişin daşıyan avtobusun iştirakı ilə […]

İdman

DÇ-2022: Azərbaycan millisinin rəqibi mundiala ciddi itki ilə yollana bilər

Futbol üzrə Belçika millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına ciddi itki ilə yollana bilər. Oxu.Az xəbər verir ki, İtaliya “İnter”ində icarə əsasında çıxış edən yığmanın aparıcı hücumçusu Romelu Lukaku zədələnib. Müqavilə ilə İngiltərənin “Çelsi” klubuna məxsus olan 29 yaşlı forvardın sol budunda əzələ yorğunluğu aşkarlanıb. Onun mundialı buraxa biləcəyi istisna olunmur. Qeyd edək ki, Belçika […]

Cəmiyyət

Goranboyda maşın dəmir yol ayrıcına çırpıldı: Xəsarət alanlar var – FOTO

Goranboyda xəsarətlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Nissan”markalı minik maşınının sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə birgə bəyanat razılaşdırılıb – FOTO

“Biz birgə bəyanatı razılaşdırdıq. Sənədin ilkin versiyasından bəzi məsələləri silməli olduq. Amma görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razıyam”. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələri haqqında danışarkən bildirib. “Bu, bütövlükdə vəziyyətin həlli üçün gələcək addımlara şərait yaradır”, –  deyə o, əlavə edib. […]

Dünya

Rusiya taxıl dəhlizi ilə gəmilərin hərəkətini dayandırıb

Rusiya Müdafiə Nazirliyi Qara Dəniz Təşəbbüsü ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi ilə hərəkəti dayandırıb. Qurumdan bildirilib ki, gəmilərin təhlükəsizlik taxıl dəhlizi boyunca hərəkəti yolverilməzdir, çünki Kiyev ondan Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir. Həmçinin, nazirlikdən Rusiyanın Qara Dəniz Təşəbbüsündən çıxmadığı, yalnız razılaşmaların icrasını dayandırdığı vurğulanıb. Mənbə: TASS Xeberal.az