İqtisadiyyat

Azərbaycanda qeyri-neft sektorunun inkişafına nə mane olur? – ŞƏRH + FOTO

Energetika Nazirliyi cari ilin 8 ayında Azərbaycanın neft və qaz ixracından gəlirlərinin 24,3 milyard manat təşkil etdiyini açıqlayıb. Bu, ötən ilin müvafiq dövrü nisbətdə 13,1 milyard manat artım deməkdir.  Məlumata görə, 8 ay ərzində Azərbaycanda hasil edilmiş 21,8 milyon ton neftin 17,6 milyon tonu, 30,6 milyard kubmetr qazın isə 14,4 milyard kubmetri ixrac olunub. Nəticədə […]

Dünya

Qətərdəki Azərbaycan vətəndaşları yerli sürücülük vəsiqəsi əldə edə biləcəklər

Qətərin Daxili İşlər Nazirliyi Azərbaycanın aidiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin Qətərdə tanınması və onun əsasında yerli sürücülük vəsiqəsinin verilməsinə dair qərar qəbul edib. Bu barədə məlumatı Azərbaycan Respublikasının Qətərdəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov verib. Qərara əsasən, 15 sentyabr 2022-ci il tarixindən etibarən Qətərdə daimi və müvəqqəti yaşamaq hüququ olan Azərbaycan vətəndaşları Daxili […]

Dünya

Novorossiyskdə Türkiyədən bərələrin qəbulu üçün dəniz terminalı açılacaq

Rusiyanın Novorossiysk şəhərində Türkiyədən böyük bərələri (eyni vaxtda 100-ə yaxın yük maşını yerləşən) qəbul edəcək terminal açılacaq. Bu barədə RF Maliyyə Nazirliyindən olan mənbələrdən bildirilib. Məlumata görə, Rusiyanın cənubundakı ən böyük konteyner terminalı olan Novorossiysk qovşaq nəqliyyat-ekspedisiya müəssisəsi (NUTEP) Türkiyədən yüklərin daşınması üçün hazırlanacaq. Mənbədən vurğulanıb ki, iri avtomobil yük bərələrinin qəbuluna hazırlıq anti-Rusiya sanksiyaları fonunda […]

Dünya

İsraildən Türkiyəyə jest – VİDEO

İsrailli gənclər Türkiyə ilə münasibətlərin normallaşmasına jest olaraq video yayımlayıblar. Müvafiq görüntülər İsrail dövlətinin rəsmi “Twitter” hesabında yerləşdirilib. “Bu, bütün türk dostlarımız üçündür. İsrail və Türkiyə bu yaxınlarda diplomatik əlaqələri yenilədi və dünən İrit Lillian İsrailin Türkiyə səfiri təyin edildi. “Qüdsdən Ankaraya bütün Türkiyədəki dostlarımıza mesaj” qeydi ilə paylaşılan videoda israilli gənclər Türkiyəyə sevgilərini göndərərək, bu prosesə […]

İqtisadiyyat

Qazaxıstan Avropadan yük daşıyan Rusiya maşınlarını saxlamağa başlayıb

Rusiya yük maşınları Astananın yeni tələblərinə görə Qazaxıstanda saxlanılmağa başlayıb. Bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından xəbər verilib. Bu, Avropa İttifaqı (Aİ) ilə sərhəddən yük daşıyan yerli şirkətlərə təsir edib: “Rusiya daşıyıcılarının avtomobil karvanlarının saxlanması ilə bağlı səkkiz hadisədən xəbərimiz var. Onların bəziləri qayda pozanların dayanacaqlarındadır, hansı ki, saxlanıldığı üçün hər günü baha başa gəlir. […]

Dünya

“Kurtlar vadisi”ndə rol alan məşhur aktrisa vəfat etdi – FOTO

Türkiyəli teatr və kino aktrisası Başak Özel 51 yaşında vəfat edib. Bu barədə Türkiyə Aktyorlar İttifaqı “Twitter” hesabında paylaşıb: “Həmkarımız Başak Özel həyatını itirib. Ailəsinə və bütün sevənlərinə səbir arzulayırıq. Çox kədərlənirik. Başımız sağ olsun”. Aktrisa “Kurtlar vadisi”, “İhlamurlar altında”, Umutsuz ev kadınları”, “Kara İnci” kimi məşhur layihələrdə rol alıb. Xeberal.az

Cəmiyyət

Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı: Polkovnik həbs olunacaq? – VİDEO

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb. Bakupost.az xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb. Onun son dövrlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir. A.Həsənov Prezidentin […]

Dünya

Türkiyədə Atatürk Universitetinin ərazisində güclü yanğın – VİDEO

Türkiyənin Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin mərkəzi bufetində güclü yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib. Alovun universitetin binasına keçməsinin qarşısını almaq mümkün ölüb. Hadisə yerinə çoxlu sayda təcili yardım və polis qrupları da cəlb edilib. Mənbə: DHA Xeberal.az

Dünya

KTMT baş katibi Ermənistana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas 20 sentyabr tarixində Ermənistana gedəcək. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və təşkilata üzv dövlət başçılarına məruzə etməkdir. Xatırladaq ki, sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurası Stanislav Zasın başçılığı ilə təşkilatın missiyasının Ermənistana göndərilməsi ilə bağlı razılıq əldə edib. Qeyd edək ki, Polkovnik Anatoli Sidorovun rəhbərlik […]

Cəmiyyət

Pivəyə görə 25 illik qonşusunun 42 manatını oğurladı

Sumqayıt sakini qonşusunun 42 manatını oğurladığına görə həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, 30 yaşlı şəhər sakini Mehman Əliyev (şərti soyad) yaşadığı binanın həyətində pivə içmək qərarına gəlib. İki butulka pivə içdikdən sonra isə pulu qurtarıb. O, 25 ildir eyni məhəllədə yaşadığı Azər Rzayevi pivə içmək üçün həyətə çağırıb. Azərə təklif edib ki, pivəni o alsın […]