Dünya

KTMT baş katibi Ermənistana gedir

Sharing is caring!

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas 20 sentyabr tarixində Ermənistana gedəcək.

Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və təşkilata üzv dövlət başçılarına məruzə etməkdir.

Xatırladaq ki, sentyabrın 13-də KTMT Kollektiv Təhlükəsizlik Şurası Stanislav Zasın başçılığı ilə təşkilatın missiyasının Ermənistana göndərilməsi ilə bağlı razılıq əldə edib.

Qeyd edək ki, Polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının ilkin qrupu sentyabrın 15-də Ermənistana gəlib. Qrup Ermənistan sərhədinin müxtəlif hissələrini ziyarət edib, əməliyyat vəziyyəti ilə tanış olub.

Mənbə: “Sputnik” Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir