Cəmiyyət

Keçmiş arvadını qətlə yetirən şəxs məcburi müalicəyə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başa çatıb. Trend xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Rəhmanovun qətli törətdiyi vaxt anlaqsız olduğu müəyyən edilib və o 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib. Xatırladaq ki, R.Rəhmanov Cinayət […]

Cəmiyyət

Həkimdən HƏYƏCAN TƏBİLİ: “Hazırda yayılan xəstəliklərin təxminən 48-72 saat kəskin dönəmi mövcuddur”

Uşaqlar arasında üç gün qızdırma ilə müşahidə edilən xəstəlik yayılıb. Bir müddətdir davam edən virus artıq valideynlər arasında narahatlığa səbəb olub. Onun hansı formada və necə yayıldığını izləmək olmur. İlkin simptom kimi hərarət, qusma və halsızlıq olduğu deyilir. Valideynlər bildirirlər ki, dərman belə, uşaqlarda hərarəti endirmir. Məktəblərin açılması valideynlərin narahatlığını bir az da artırır. Valideynlər hansı halda dərhal həkimə müraciət etməlidirlər? […]

Dünya

BAEA-nın baş direktoru Ermənistana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi oktyabrın 4-5-də Ermənistana səfər edəcək. Səfərin gündəliyi açıqlanmayıb. Qeyd edək ki, iyun ayında Metsamor atom elektrik stansiyasının (AES) mətbuat xidməti Ermənistan və Rusiyadan olan mütəxəssislərin respublikada yeni atom enerji blokunun layihəsini müzakirə etməyə başladıqlarını xəbər vermişdi. Məlumata görə, xüsusilə növünə görə cari atom elektrik stansiyası ilə eyni, lakin təxminən […]

Dünya

“Qarabağ”ın rəqibi “Real”ın sabiq futbolçusunu komandaya baş məşqçi gətirir

İspaniyalı futbol mütəxəssisi, Madridin “Real” klubunun sabiq futbolçusu Xose Miçel Qonsales “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi olan “Olimpiakos”un yeni baş məşqçisi olacaq. 59 yaşlı ispaniyalının Yunanıstan klubu ilə iki mövsümlük müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Xose Miçel Qonsales 2013-cü ilin fevralından 2015-ci ilin yanvarınadək “Olimpiakos”un baş məşqçisi olub. O, “ağ-qırmızılar”a iki dəfə Yunanıstan çempionluğunu qazandırıb. […]

Dünya

Millimizin oyunçusu İsveçrə çempionatında ən yaxşıların siyahısında – FOTO

İsveçrə Super Liqasında bu yayın ən uğurlu 11 transferinin adları açıqlanıb. Siyahıda millimizin futbolçusu Renat Dadaşov da yer alıb. Xatırladaq ki, futbolçumuz İsveçrənin “Qrasshopper” klubunun heyətində oynayır. O, İsveçrə çempionatında bu mövsüm üç qol vurub. Siyahıya düşən digər futbolçuların adlarını təqdim edirik: Qapıçı: Haynz Lindner Müdafiəçilər: Kassem Nuhu, Arnai Komas, Daouda Guindo, Numa Lavanşi Yarımmüdafiəçilər: Tsiy […]

Dünya

İran məhkəməsi güneyli fəalı 4 il 4 ay müddətinə azadlıqdan məhrum edib – FOTO

İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Qeyd olunub ki, M.Qaragözlü barəsində qərarın ən azı 3 il 8 ayı mütləq icra edilməlidir. Bundan başqa, onun həbs müddəti bitdikdən sonra ictimai fəaliyyəti qadağan olunub. Eyni zamanda, gəncin ictimai, siyasi təşkilatlara üzv olması və […]

Dünya

FED uçot dərəcəsini nə qədər artıracaq?

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası start götürür. İclasın sonuncu günündə uçot dərəcəsinə yenidən baxılacaq. “Report”un analitik qrupu hesab edir ki, FED ardıcıl olaraq üçüncü dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılması haqqında qərar verəcək. Bununla da uçot dərəcəsinin 3-3,25 faizə çatacağı gözlənilir. Tənzimləyicinin martdan […]

İqtisadiyyat

Rəhman Hacıyev: “Toyda fotoqraf kimi işləyən şəxs daha istedadlıdır”

“Yaradıcılarla dövlət arasında dialoqa ehtiyac var”.  Oxu. Az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.  Onun sözlərinə görə, hər kəs bazar auditoriyasını tapmalıdır: “Yaradıcı insanlara verilən qrant elə maliyyə yardımıdır. Qrant sözü biznesin əksidir. Mənim fikrimcə, toyda fotoqraf kimi […]

Cəmiyyət

Bakıda avtobusa hücum edən şəxs saxlanıldı – YENİLƏNİB + VİDEO

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib. “Həmin şəxsin orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib. 12:36 Bakıda naməlum şəxs marşrut avtobusuna hücum edib. “Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində baş verib. Orta […]

Siyasət

İlham Əliyev dövlət agentliyinə 9,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı Prezident.az məlumat yayıb.  Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə […]