Dünya

Türkiyədə avtojir qəzası baş verib – ANBAAN VİDEO

Türkiyənin Bursa əyalətinin Mudanya rayonunda göyərtəsində iki adamın olduğu avtojir(fırlanan qanadlı və ya pərli aviavasitə – red) qəzaya uğrayıb. Avtojirin nasazlıq səbəbindən qəzaya uğradığı bildirilir. İnsident nəticəsində göyərtədə olan hər iki nəfər sağ qalıb. Onları müayinə etmək üçün xəstəxanaya aparıblar. Mənbə: İHA Xeberal.az

Dünya

Gey-parad Belqradda toqquşmalarla nəticələnib – VİDEO

Serbiyanın paytaxtı Belqradda gey-paradın iştirakçıları ilə tədbirin keçirilməsinə etiraz edən serblər arasında toqquşma baş verib. Toqquşmalar qısa müddət ərzində iğtişaşlara çevrilib. Hadisəyə hüquq-mühafizə orqanlarının əməkdaşlarına müdaxilə etməli olub. İğtişaşlar nəticəsində maşınlara, iaşə obyektlərinə, reklam lövhələrinə zərər dəyib. Çoxlu sayda saxlanılanların olduğu bildirilir. Qeyd edək ki, Serbiya hökuməti iğtişaşların olacağından ehtiyat edərək bir neçə gün əvvəl […]

Dünya

İstanbulda sakinlər ölüm təhlükəsi ilə üz-üzə qalan qadın üçün səfərbər oldular – VİDEO

İstanbulun Baxçalıevlər rayonunda qadın yaşadığı mənzilin pəncərəsindən asılı vəziyyətdə qalıb. Qonşular dərhal hərəkətə keçərək qadının asılı qaldığı pəncərənin altında mələfə açaraq onun həyatını qorumağa çalışıb. Xoşbəxtlikdən vaxtında evin qapısını sındıraraq mənzilə daxil olan qonşulardan biri qadını eyvandan evinin içinə sala bilib. Mənbə: İHA Xeberal.az

Dünya

50 ədəd batareya udan qadını əməliyyata edildi

İrlandiyanın paytaxtı Dublində yerləşən Sent Vinsent Universitetinin xəstəxanasına yerləşdirilən qadının 50 ədəd batareya udduğu məlum olub. Əvvəlcə həkimlər batareyaların təbii yolla mədə-bağırsaq traktından keçməsini gözləyib. Lakin batareyaların böyük əksəriyyəti bağırsaqlardan keçə bilmədiyindən qadın əməliyyata qaldırılıb. Uğurlu keçən əməliyyat nəticəsində qadının özünü yaxşı hiss etdiyi bildirilir. Xeberal.az

Dünya

Kral III Çarlza etiraz: “Evimizi qızdırmaq əvəzinə sizin mərasimin pulunu ödəməliyik” – VİDEO

İngiltərə kraliçası II Elizabetin ölümündən sonra taxta çıxan Kral III Çarlz ötən gün Uelsə səfər edib. İngiltərənin yeni monarxı kimi Uelsin paytaxtı Kardiffə ilk ziyarəti zamanı kral vətəndaşlardan birinin etirazı ilə üzləşib. “Evlərimizi qızdırmaq üçün mübarizə apardığımız bir vaxtda sizin keçid mərasiminizi ödəmək məcburiyyətindəyik. Vergi ödəyicisi sizin üçün 100 milyon funt ödəyir, bəs nəyə görə?”, […]

Dünya

Berluskoni: “Avropa dünyanın hərbi gücünə çevrilməlidir”

Avropa dünyanın hərbi gücünə çevrilməlidir. Bu barədə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni bildirib. Onun sözlərinə görə, Çin iqtisadi, siyasi və hərbi baxımdan təhlükəni ifadə edir. “Ona görə də biz bütün Avropa ölkələrinin hərbi qüvvələrini koordinasiya etməli və ümumi xarici siyasət yeritməliyik <…> Avropa gələcəkdə baş verə biləcək hücumlara qarşı özünü müdafiə etmək istəyirsə, dünya […]

Dünya

İspaniya Ukraynaya sursatla dolu beş təyyarə göndərdi – FOTO

İspaniya Ukraynaya 5 hərbi-nəqliyyat təyyarəsi göndərib. Təyyarələr iriçaplı artilleriya sistemləri üçün döyüş sursatı ilə yüklənib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Təyyarələr bir neçə gün ərzində ayrı-ayrılıqda göndərilib. Beşinci – T-23 təyyarəsi sentyabrın 9-da Torrexon de Ardos aviabazasından (Madrid) havaya qalxıb. Bu təyyarə ilə Ukraynaya iriçaplı səhra artilleriya sursatları daşınıb. Keçən həftə […]

Dünya

ABŞ hakimiyyəti video oyunlarında terrorla mübarizə üçün 700 min dollar ayırdı

ABŞ Daxili Təhlükəsizlik Departamenti 699,763 dollar dəyərində tədqiqat qrantı dərc edib. Bu məbləğ video oyunlar və tematik mesajlarda terrorizm və ekstremizmin təzahürləri, həmçinin qumar əyləncələrinin təşkili hallarının öyrənilməsi üçün nəzərdə tutulur. “Son on ildə video oyunlar getdikcə daha çox yeniyetmələr və gənclər üçün sosial fəaliyyətin və şəxsiyyətin formalaşması mərkəzinə çevrilib. Ekstremistlər video oyunlardan və cəmiyyətdən […]

Dünya

İspaniyalı nazir: “Ailələr balıq və ya ət ala bilmirlər”

İspaniyada inflyasiyanın ciddi şəkildə artması səbəbindən bütün ailələr balıq və ya ət ala bilmir. Bu barədə ölkənin əmək naziri Yolanda Diaz “Financial Times” qəzetinə müsahibəsində bildirib. “Ailələr mənə deyirlər ki, uşaqlara ancaq makaron və düyü verirlər. Onlar balıq və ya ət ala bilmirlər. Meyvələr çox bahadır. İki-üç uşağı olan ailə üçün bu, çox çətindir. Bu, […]