İqtisadiyyat

KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib

Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43 745 xidmət göstərilib. Bu xidmətlərin 16 508-i “Xaçmaz KOB evi”, 27 237-si isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib. Göstərilən xidmətlərin 41 759-u dövlət-biznes (“G2B”), 1 986-ı isə biznes-biznes (“B2B”) xidmətləridir. KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının […]

Cəmiyyət

Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun şimal hissəsində yüksək dağlıq ərazidə qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın davam edir. Xeberal.az

Siyasət

Azərbaycan Prezidenti: “Bizim İtaliya ilə çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur”

“Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimindən […]

Siyasət

İlham Əliyev: “Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq”

“Bugünkü mərasim Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasında keçirilir. Bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi […]

Mədəniyyət

Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü – “Qırçı Məhəmməd”i kimlər satmışdı?

Bu gün aktyor Fazil Salayevin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir. Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır. Orta məktəbi yaxşı qiymətlərlə bitirən […]

Siyasət

İqor Korotçenko: “Sülh müqaviləsi yalnız beş baza prinsipinə əsaslanmalıdır”

“Azərbaycan və Ermənistan arasında sülh sazişi yalnız Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü beş fundamental baza prinsipinə əsaslanmalıdır”. “Report”un Rusiya bürosu xəbər verir ki, bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib. Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü beş siyasi prinsipin təsir gücü və Ermənistanın gələcəyi haqqında danışıb: “Biz bilirik ki, […]

Cəmiyyət

Gənclər “Yay Fest”in “Karyera və inkişaf” həftəsində! – FOTO

Ölkənin ən böyük gənclər festivalı – “Yay Fest”in “Karyera və inkişaf” düşərgəsi davam edir. Şamaxıda keçirilən və beş gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi şəxsi və karyera inkişafında uğurlu olmaq istəyən 250-yə yaxın gənci öz ətrafında birləşdirib. Düşərgə müddətində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının rəhbəri Toğrul Ələkbər tərəfindən karyera planlaması, əmək bazarı […]

Dünya

Şimali Koreya Rusiya tərəfindən işğal olunmuş Ukrayna bölgələrinə işçi göndərə bilər

Şimali Koreya Ukraynanın şərqində Rusiya tərəfindən işğal olunmuş ərazilərin bərpasına kömək etmək üçün inşaat işçiləri göndərməkdə maraqlı olduğuna işarə edir. Şimali Koreyanın Moskvadakı səfiri bu yaxınlarda Ukraynanın Donbas bölgəsində Rusiyanın dəstəklədiyi iki separatçı bölgənin nümayəndələri ilə görüşüb və ölkəsinin pandemiya ilə bağlı sərhəd nəzarətini yumşaltmasına istinad edərək, “əmək miqrasiyası sahəsində əməkdaşlıq” mövzusunda nikbin olduğunu bildirib. […]

Kriminal

Tutulan qadın narkobaron vəzifəli şəxsin katibəsi işləyibmiş – FOTO

Bakıda keçirilən əməliyyat nəticəsində saxlanılan qadın narkobaron haqqında maraqlı faktlar üzə çıxıb. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hotellərdə gecələyərək izini itirməyə çalışan Gülnar Əhmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O, daha əvvəl Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub. 2015-ci ildə G.Əhmədovanın Şirvan və Hacıqabulda imkanlı şəxslərlə görüşərək onların görüntülərini çəkməsi və […]

Müharibə

Laçın şəhəri, Zabux və Sus kəndindən olan ailələrin sayı açıqlanıb

Laçın şəhəri, Zabux və Sus kəndindən olan ailələrin sayı açıqlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd edilib ki, Laçın şəhərindən 3700-dən çox, Zabux kəndindən 230-a yaxın, Sus kəndindən isə 100-ə yaxın ailə var. Xeberal.az